Gedərlər...Bir acı, bir göz yaşı, bir sınıq daha doğrusu sındırdıqları ürək, bir də ömürlük yollara dikiləcək baxış qoyarlar ardlarında... İnsafsızcasına gedərlər... “Məndən daha yaxşısına layiqsən” deyib gedərlər... “Sənin xoşbəxt olmanı istəyirəm” deyib gedərlər.... “Öz həyatını yaşa” deyib gedərlər...”Neyləməli, bizimki belə gətirdi, qismət” deyib gedərlər...Nə qədər şablon, nə qədər ucuz bəhanələrdir, deyilmi? Səndən yaxşısına layiq idimsə niyə sən özünü güclə mənə yaraşdırmağa çalışırdın? Mənim xoşbəxt olmağımı istəyirsənsə bu nə gedişdir bəs? Öz həyatımı yaşayıramda yaşamasına... Amma sənə kim haqq vermişdi ki, özgəsinin həyatını zəhərə, acıya, göz yaşına döndərəsən? Niyə öz günahına qismət adıyla don geydirirsən? Niyə demirsən ki, qismət əlimdə olan son bəhanədir? Niyə demirsən ki, mən getmək istəyirəm? Bu qədərmi çətindir doğrunu söyləmək? Niyə qorxursan? Kimdən qorxursan? Getmək istəyirsənsə get...Amma gedişinə don geyindirmə, yalan qatma...Heç olmasa düzünü deyib get...De ki, mən vicdansızam.De ki, vicdanım ya ölüb, ya da əvvəldən heç olmayıb. Niyə demirsən? Getmək istəyirsən? Get. Qapı açıqdır, gedəni saxlamazlar. Amma yadından çıxartma, getdinsə nə olur olsun birdə geri qayıtmayacaqsan. Çünki, hər şeyin ikincisi ən böyük məğlubiyyətdir. Hər dönüş sübutudur itirdiyinin səni yandırmasının. Ayrılıq çətin sənətdir, unutma. Heç kəs yüzdə yüz gülə bilməz. Heç kəs yüzdə yüz gedə bilməz. Gedən dönürsə itirdiyinin fərqinə vardığındandır. İtkisinin onu yandırdığındandır.. “Daha yaxşısını tapacağam” fikirləşdiyindən və fikirləşdiyini tapa bilmədiyindən və elə daha yaxşısının geridə gözü yaşlı qoyduğu insanın olduğunu anlamasındandır. Anladınmı?
“Sağ ol” demə, vida etmə...
Zamandırsa, vaxtdırsa get
Getməyinin gərəkliyi
Qalmağından çoxdursa....Get!
İndi getmək istəyirsənsə get. Bir addım irəliyə atdığından sonra belə bir daha dönmək haqqında əsla düşünmə. Və dönmə. Çünki, üzünə bağladığım qapı bir daha açılmayacaq. Çünki, köhnə küləklərin sözü keçməz tərk etdikləri dağlara.Əlvida!
GETMEK ISTEYIRSEN GET ,AMMA GEDISINE DON GEYDIRME ,YALAN QATMA , HEC OLMAYA DUZU DE,
HER SEYTIN IKINCISI MEQLUBIYYETDI,
UZUNE BAQLADIQIM QAPI BIR DAHA ACILMAYACAQ .
COX GOZELDI COX BEYENDIM HELBETDEKI QALANLAR GEDEN DAIM UDUZANDI
Yer imleri