Yaşayan hər bir kəsin bu həyatdan gözlədikləri vardır...Arzuları,istəkləri vardır...Xəyalları vardır...Kimiləri bu xəyalların nə vaxtsa reallaşacağına inanar,kimilərinin heç ümidi belə olmaz...Kimiləri arzularının həyata keçməsi üçün çalışar,cəhd göstərər,keçən hər dəqiqə o arzusuna dahada yaxınlaşa bilmək üçün çalışar,düşünər,bəlkə gecə yatmadan öncə o arzusunu necə reallaşdırmaq barədə fikirləşərkən yuxusuna haram qatar...Kimiləri isə heç bir cəhd göstərmədən elə istər və "Qismətdirsə olacaq" deyər...









Bəzi insanlar vardır soruşarsan həyatdakı arzuların,istəklərin,xəyalların nədir deyə "Mən həyatda hər şeyə nail olmuşam,heç bir istəyim yoxdur" deyər...Arzusuz insan yaşarmı həyatda?Bir insanınki bu həyatdan heç bir istəyi olmasın,gələcəyi barədə planlar qurmasın o insan artıq tükənmiş insandı...Fiziki cəhətdən yaşasada mənəvi cəhətdən ölüdür...Çünki xəyallarda insanlar kimidir...İnsan yaşayar,xəyallarıda yaşayar...İnsan ölər,xəyallarıda ölər...Hələdə nəfəs alırıqsa,bu dünyanı həqiqətən görürüksə,həqiqətən yaşayırıqsa həm fiziki həmdə mənəvi cəhətdən deməkki arzularımız vardır,gələcəyimiz üçün düşündüyümüz planlarımız vardır,xəyallarımız vardır...O xəyallar əlçatmaz görünə bilər bizə lakin həyatda hər şeyin mümkün ola biləcəyi ilə bağlı ümidimiz vardır qəlbimizdə...Biz inanaq və cəhd göstərək Allahımız isə bizim üçün ən xeyirlisini qismət etsin...
Niyədə olmasın?Belə bir deyim var "Dünyanı yalnış oxuyub bizi aldadır deyərik"...Bəlkə doğurdanda bizə əlçatmaz gələn xəyallarımızı bu dünyada reallaşdırmaq düşündüyümüz qədər çətin deyil...

ƏLÇATMAZ SAYDIĞINIZ ARZU, XƏYAL VƏ GƏLƏCƏYƏ DAİR PLANLARINIZI
Azeri.NET-le bölüşün eyer isteseniz
NuriyeV Production