Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi və Spuybroek Assurantien web saitinə xoş gəlmisiniz.
Bu sait Hollandiya Azərbaycan Türk Dərnəyinin üzvüləri üçün Spuybroek Assurantien ilə ortaq olaraq hazirlanmişdir.

Sitenin əsas məqsədi sizlərə Cənazə fondu barədə geniş məlumat vermək,cənazə fondundan hansı şəkildə istifadə etmək ,mərasim zamani çəkiləcək xərclər və .s.suallar barədə kömək göstərməkdən ibarətdir.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə yarada bilərsiniz.

Dəfn mərasimi çox bahalı olduğu üçün sənədləşmə işlərinin çox qısa bir zamanda dəqiq bir şəkildə vaxt itirilmədən yerinə yetirilməsi lazimdir.
Ona görə sizə təqdim edilən imkanların (müraciət formulunun doldurulmasi,çəkiləcək xərclər,siğorta xərcləri,və yaxud ödənəcək olan xərclərin nağd ödənməsi kimi )dəqiqləşdirilməsi lazimdir.


Müraciət formulu.

Bu formul vasitəsi ilə dəfn mərasimi işlərinin hansı şəkildə aparilaclgini öyrənmiş olacaqsınız.Formulu dolduraraq bizə göndərə bilir və ya bizim əməkdaslarin köməyi doldura bilərsiniz.

Siz öz istəyinizə uyğun olaraq aşağıda göstərilən prosidurlari seçə bilərsiniz
- Son vidalaşma mərasiminin evdə və ya məsciddə keçilməsi.
- Tabutun hazirlanmasi (hansı ağacdan olmasi.rəngli və ya rəngsiz olması )
- Dəfn zamani ərklilərin sifariş verilməsi (sizin istəyinizə görə )
- Dəvətnamələrin göndərilməsi
- digər başqa istəklər

Xərclər.
Cənazə mərasimi çox bahalı olduğu üçün sizin üçün özəl bir qovluq hazirlanmişdir.Bu qovluğa görə mərhumun hansı ölkədə Niderlanda ,Azərbaycanda,Türkiyədə dəfn edilməsinə siz qərar verirsiniz.Verdiyiniz qərara uyğun olaraq məsafədən asili olaraq siğortanizin nə qədər olacağı ,və sizin ödəyəcəyiniz aylıq miqdari (üzvlük haqqı) təyin edilir.

Böyüklər fərdi olaraq siğortalanir , 18-yaşindan kiçiklər isə çox az miqdarda sığorta haqqı ödəyərək siğortalanir.Başqa bir seçimə görə isə 18-yaşindan kiçiklər istəklərinə uyğun olaraq fərdi olaraq sığortalana bilərlər.Və ya sizlər(ata,ana ,baci,qardaş, yaxın qohumlar) sığorta haqqini ödəməyi üzərinizə götürərək həddi-buluğa çatmayanlara sığorta paketi hədiyə edə bilərsiniz.

Öhdəliklər.

Bu Cənazə fondu Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi və Van Der Spek Uitvaartverzorginglə bərabər həyata keçirilir.

Məqsədimiz cənazə mərasimini dinimizə uyğun olaraq yerinə yetirməkdən ibarətdir.Bunun üçün Niderlanda,Azərbaycanda və Türkiyədə fəaliyyət göstərmək istəyirik.Den-Haag şəhərində mövcud olan məscidlərlə bərabər işləyirik.

Van Der Spek Uitvaartverzorginig Azərbaycana göndəriləcək naşın bütün yol xərclərini öz üzərinə götürür. Azərbaycan daxili yol xərcləri və yas mərasimində iştirak edəcək olan mollanın da xərcləri qovluğa daxildir.

Ölüm hadisəsi zamani bizim əməkdaşlarimiz çox qısa zamanda sizin yaninizda olaraq lazım olan bütün informasiya və köməyi göstərəcəklər.

Sığorta.

İnternet üzərindən [ saitinə daxil olaraq Verzekering bölümündəki uitvaartkostenmeter bölümünə tıklyaraq göstərilən bölümləri doldurduqdan sonra sizin üzvlük haqqinizin nə qədər olacağını öyrənə bilirsiniz.

Sığorta olunma işləri isə çox rahat və tez bir şəkildə tamamlanır.Mövcud olan formulu doldurub bizə göndərirsiniz və bizə çatan kimi sizə xəbər verilir.



Əlaqə tel 0031643801877 e-mail [email protected]

Bəhruz Əliyev


[/url]