Fiziki şəxs kimi vergi orqanında uçota durmaq istəyirəm. Bilmək istəyirəm, bunun üçün məndən hansı sənədlər tələb olunacaq?

Cavab: - Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinin müddəalarına uyğun olaraq, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında Vergilər Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş formada ərizə verməklə (ərizəyə fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və yaşadığı yer haqqında məlumat əlavə olunur) uçota alınırlar. Vergi orqanı fiziki şəxsi vergi ödəyicisi kimi uçota sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində ödənişsiz qəbul edir və vergi ödəyicisinə müvafiq şəhadətnamə verilir. ZAMAN