Arzularım çoxdur. Amma insan ömrü elə rəngarəngdir ki, arzuları da özü ilə birlikdə. Yəni demək istəyirəm ki, həyatımızın hər mərhələsində könlümüzdə böyüklüyündən-kiçikliyindən asılı olmayaraq arzular doğulur. Bir arzu ya yerinə yetir, ya yetmir. Amma bununla qurtarmır, mənim bu gün ən böyük sandığım arzu bəlkə həyata keçər, ya da keçməz, amma sabahsı gün başqa bir arzu içimdə bəsləyəcəm ki, bəlkə o da mənimçün ən böyük arzu olacaq. Yəni böyülüyündən-kiçikliyindən asılı olmayaraq arzular hər an yaranır. Və biz özümüz öz arzularımızı ölçürük və mənim nəzərimdə ƏN deyə bir arzu dilimə gətirə bilmirəm, çünki o ənlərdən (yəni ən böyük arzulardan) çox olub, olur və olmaqda da davam edəcək. Və məndən belə soruşanda mən cavab verirəm ki, ........
bu mənim ən böyük arzularımdan biridir. Bəlkə də ürəyimin dərinliyində ən böyük arzum var ki, həmişə içimi sızladır, sızladacaq taki çin olmayınca. Amma bununla ən böyük arzularım bitmir və yenə də yaranır. Arzular hamısı böyükdür, böyük olmayanlar isə yəqinki, sadəcə istəkdir.
Yəqinki, fikrimi çatdıra bildim- və sizdə məni əminəm ki, yaxşı başa düşdünüz, mən indi burda ən böyük arzularımı sadalasam, əsər olar.
Allahdan diləyim hamının arzusu çin olsun, həyata keçsin, eləcə də mənim
Yer imleri