Məhbuslar pedofilə ölüm hökmü çıxararaq, onu icra ediblər

Rusiyanın Krasnodar şəhərinin istintaq təcridxanasında özünün 7 yaşlı qızını zorlamaqda ittiham olunan uşaqbazın meyiti tapılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, İstintaq Komitəsi uşaqbazın boğazının kəsildiyini bildirib.

Cinayətkar arvadının ərizəsindən sonra həbs olunub. Gelencik şəhərində yaşayan qadın bildirib ki, əri onların ikisinin nikahından olan doğma qızını zorlayıb. İstintaqın gəldiyi nəticəyə görə, manyak avqust ayından etibarən qızına qarşı iyrənc hərəkətlərə yol verib, sonra isə onu zorlayıb.

Hələlik uşaqbazın hansı şəraitdə öldürüldüyü məlum deyil. Güman edildiyinə görə, təcridxanadakı dustaqlar ən dəhşətli cinayətlərdən sayılan zorlama, xüsusilə də uşaq zorlaması ittihamı ilə həbsxanada yatan məhkuma ölüm hökmü “çıxararaq”, onu icra ediblər. Təcridxana rəhbərliyi məhbusun öldürülməsinə yol vermiş işçilər barəsində də tədbir görməyə hazırlaşır.