8 sonuçtan 1 ile 8 arası

Mənalı Sözlər

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Mənalı Sözlər

    Həyatın minbir təcrübəsindən keçmiş mənalı sözlər bəzən həyatımıza yön verir. Sizə internetdən götürdüyüm bir neçə mənalı söz.

    1. Həyatda ən dəhşətli şey diri ikən ölməkdir.(M.Anderson-Nökse)
    2. Həyat hərəkət deməkdir, su da axmayanda iylənir.(Aristotel)
    3. Heyat beşiklə məzar arasında sınaq müddətidir.( O.Balzak)
    4. Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır.(A.Barbüs)
    5. Mən həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm. (A.Bek)
    6. Hər gün insan üçün yeni bir həyatdır.(R.Beyker)
    7. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.(Ş.Bodler)
    8. Həyat yuxuda da öz sonuna doğru gedir. (A.Bule)
    9. Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş.(Ç.Çaplin)
    10. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.(A.Dante)
    11. Başqalarının həyatından dərs almağı bacaran insan xoşbəxtdir. (T.Fontane)
    12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop)
    13. Bu gözəl həyat təkcə bizim deyil.Bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik. (Z.Freyd)
    14. Dünyada xeyir iş görməyən insan əbəs yerə yaşayır.(C.Fuller)
    15. Bu dünya bir qızıl kuzəyə bənzər,
    Suyu gah şirindir, gah da ki zəhər.(M.Gəncəvi)
    16. Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
    17. Faydasız həyat- vaxtsız ölümə bərabərdir.(İ.Höte)
    18. Namusla yaşamaq üçün insan öz səhvlərini görüb düzəltməlidir.(V.İrvinq)
    19. Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki! (A.Kapus)
    20. Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz.(D.Karnegi)
    21. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır.(Ç.Kolton)
    22. Həyat əvvəldən axıradək öyrənməkdir.(J.Labrüer)
    23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer)
    24. Yalnız yaşamaq deyil, yaşatmaq da vacibdir.(Menandr)
    25. Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən- həyatın məqsədi məhz budur.(C.Məmmədquluzadə)
    26. Nəfsinin hakimi olan dünyanın ağası olar.(Naməlum)
    27. Əsl qəhrəmanlıq həyatda mübarizə aparıb qalib gəlməkdir.(Napoleon)
    28. Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən.(F.Nitsşe)
    29. Həyatda vaxt öldürmək özünü öldürmək deməkdir. (C.Pekk)
    30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson)
    31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.(C.Santayana)
    32. İnsanı həyata bağlayan onun gözəl cəhətləridir. (Sokrat)
    33. Müdrik insan ölüm haqqında deyil, həyat haqqında düşünməlidir.(B.Spinoza)
    34. Həyat avtomobil idarə etmək kimi bir şeydir-nə qədər diqqətli və təcrübəli olsan da, qəzaya uğramaq ehtimalı həmişə var. (A.L.Stal)
    35. Görmək və hiss etmək mövcud olmaq, düçünmək isə yaşamaq deməkdir.(U.Şekspir)
    36. Dünyada dörd cür insan var: aşiqlər, özünə vurğunlar, xəyalpərəstlər və dəlilər.(İ.Ten)
    37. Şərəfli ölüm şərəfsiz həyatdan yaxşıdır.(Q.Təbrizi)
    38. Həyatın ən gözəl cəhəti insanın özünü tanımasıdır. Ancaq bunun nəticəsində bədbəxt olmaq da mümkündür.(L.Tolstoy)
    39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.(O.Uayld)
    40. Başqalarının halına yana bilən insan yaşamağa layiqdir.(Van Qoq)
    41. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir. (C.Vatson)
    42. Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. (F.Volter)
    43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)
    44. Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən.(L.Vovenarq)
    45. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.(H.Toro)

    PS: Fikirlərinizi Bizimlə Bölüşün !!
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Mənalı Sözlər

    Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz

    cox doqru bir fikir

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Mənalı Sözlər

    12. Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz.(Ezop) -- bunu bəyənmədim
    39. Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər.(O.Uayld)-- bulari deyenler qadin düşmenidiler

    23. İnsanın həyatinda cəmi üç böyük hadisə var: doğulmaq, yaşamaq və ölmək. O necə doğulduğunu hiss etmir,insan kimi yaşamağı unudur və əzablar içində ölür. (J.Labrüer - Men babam can verende yaninda elinden tutub durmuşam.İnanin ki can vererken üzünde ezadb deyil nur vardi ele bil güneşe baxirdi xöşbext idi.Yeqin ezablardan qurtarirdi ona göre
    31. Həyat nə tamaşa, nə də bayramdır. Həyat çətin bir imtahandır.(C.Santayana)
    45. Bu qısa ömrü əbədi həyatmış kimi yaşamaq lazımdır.(H.Toro
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Mənalı Sözlər

    30. Mən əminəm ki, biz həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmişik.(C.Robertson)
    Burda sehvlik var belə olmaliydı
    Mən əminəm ki, biz həyata öyrənmək üçün deyil, Əylənmək üçün gəlmişik. (Z.Natiq)

  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Mənalı Sözlər

    43. İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)duzdu
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Mənalı Sözlər

    * Vəziyyətlər dəyişməz, biz dəyişərik. Henry d. Thoreau
    * Bir səhv etdiyin zaman palçıq içinə süründürülə bilərsən. Lakin o palçıq içində yatıb qalxma. Chateaubriand
    * Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq içində oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu. Francis Bacon
    * Yarım bilmək təhlükəlidir. Aleksandr Popa
    * Şans yalnız hazır olan zehinlərə gülər. Luis Pasteur
    * Yalnız mən həyatımı dəyişdirə bilərəm. Onu kimsə mənim adıma edə bilməz. C. Burnett
    * Sahili gözdən itirməyə ceraset edə bilməyən insan yeni okeanlar kəşf edə bilməz. Andre Gedə
    * Damla özünü tamamlayınca damlar. Özdəmir Asaf
    * Gənckən etdiyim on şeydən doqquzunun müvəffəqiyyətsizliklə nəticələndiyini görmüşdüm. Bunun üçün on qat daha çox işə başladım. Bernard Shaw
    * Əlimizdən gələni etmək yaterli deyil, bəzən lazımlı olanı etməliyik. Winston Churchill
    * Bizi həyəcanlandıran, bizə əsin verən şeylər ehtiyac və mübarizədir. Boşuğa düşməməmizə səbəb olan şey isə müvəffəqiyyətə çatdığımız xatırlat. William Ceyms
    * Böyük müvəffəqiyyətlərin sahibləri, kiçik işləri vasvasılıqla edə bilmə səbrini göstərən kəslərdir. Schiller
    * Möhkəm bir işin yerini heç bir şey ala bilməz. Dahilik, yüzdə bir ilham və yüzdə doxsan doqquz tərdir. Tomas Edison
    * Bir zəfərin şərtləri hər vaxt çox sadədir. Bir müddət çalışın, bir müddət dözün, hər vaxt inanın və heç bir zaman geri dönməyin. Simms
    * Heç bir təşviq, adamın öz işinin nəticələrinə dözərək yaşamaq məcburiyyətində qalacağını bilməsi qədər təsirli ola bilməz. Hammer və Champy
    * İnsanlar şərtlərin köləsi deyil, şərtlər insanların köləsidir. Disraeli
    * " Yaradıcılıq" yeni şeylər düşünmək; "Yenilik" yeni şeylər etməkdir. Levitt
    * Öz səbəbimizə inandığımız və qazanmaq üçün məğlub olmaz bir iradəyə sahib olduğumuz müddətcə, zəfər bizə uzaq olmayacaq. Winston Churchill
    * Xoşbəxtlik müvəffəqiyyətə, müvəffəqiyyət isə zamanı qiymətləndirməyə bağlıdır. İl tərəfindən
    * Müvəffəqiyyət yorğunluğun mükafatı oldupunu xatırlayın. Sophocles
    * Xoşlandığınız şeyi əldə etməyə baxın, yoxsa əldə etdiyinizdən xoşlanmağa çətinlik ceke bilərsiniz. Bernard Shaw
    * Hər sözü bir şəkildə izah edən Çincədə "risk" iki şəkil yan-yana gətirilərək yazılar: Təhlükə və fürsət. Bernard Shaw
    * Yaxşı bir iş, yaxşı bir düşüncədən daha yaxşıdır. Buddaha
    * Tumurcuq dərdində olmayan ağac, odundur. Nəcib fazıl
    * Maneələr/, gözünüzü hədəfdən ayırdığınız zaman qarşınıza çıxan qorxunc şeylərdir. Henry Ford
    * Özünü idarə et! O zaman dünyanı idarə edəcək gücü tapa bilərsən. Əflatun
    * Həyatınız pis bir yola girmişsə, unutmayın; sükandakı sizsiniz. Marlynn Longsdon
    * Yaxşı təşkil edilmiş zaman, yaxşı təşkil edilmiş bir zehinin ən qəti işarəsidir Pitman
    * Məsələ həlli görməmək deyil, problemi görməmək. G. K. Chesterton
    * Başqalarını idarə edənlər əvvəl özlərinin ustası olmalıdır. Phillip Massinger
    * Bir insanı oldugu mövqeylə deyil, göz qoyduğu mövqeylə ölçmək lazımdır. Tolstoy
    * Komandirlər iş bilər insanlar deyilsə, əsgər çox olmuş neyə fayda. Aisopos
    * İstədiyini deyil, sənə lazım olanı al. İstəmədiyin şeyin qiyməti, çox az belə olsa yenə sənin üçün bahalıdır. Cato
    * Dünyada insanların əhvalını pul qədər heç bir şey poza bilməz. Sophokles
    * Üstündə ulduz olmayan heç bir yol yoxdur. Emerson
    * Həyatın müxtəlif çətinliklərinə qarşı üç şey hədiyyə edilmişdir; ümid, yuxu və gülmək. Kant
    * Müvəffəqiyyətinizin böyüklüyünü inancınızın böyüklüyü təyin edər.
    * Bizi həyatdan şikayətə yönəldən şey, qarşılaşdığımız çətinliklərin böyüklüyü deyil, mübarizə gücümüzün azlığıdır. Taylor
    * Necə və nə vaxt öləcəyinizi seçə bilməzsiniz. Yalnız necə yaşayacağınıza qərar verə bilərsiniz. İndi! Joan Baez
    * Sevginin olduğu yerdə qeyri-mümkün yoxdur.
    * Ümid yoxsa cəhddə yoxdur. Samuel Johnson
    * Cəsarət insanı zəfərə, qərarsızlıq təhlükəyə, qorxaqlıq da ölümə aparar. Yavuz Sultan Səlim
    * Fürsət nazlı, cilvəli bir qadın kimidir. Bir dəfə qapını bağlı tapsa, bir daha gəlməz. Grillparzer.

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Mənalı Sözlər

    Necə və nə vaxt öləcəyinizi seçə bilməzsiniz. Yalnız necə yaşayacağınıza qərar verə bilərsiniz. İndi! Joan Baez

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Mənalı Sözlər

    maraqli ve heqiqet dolu sozler idi. tesekkurler...
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.