Hazırda Ginnesin rekordlar kitabı 37 dildə çap edilir və dünyanın 40 ölkəsində satılır. Portuqaliyada 15 metr hündürlüyü olan yumurta kitaba salınıb. 3 dəqiqə ərzində ağzına atılan 116 üzümü tutduğuna görə dünya rekordu əldə edən Stif də Ginnesin kitabına düşənlər arasındadır.O, yarım saat ərzində ağzı ilə 1203 üzüm dənəsi tutub. Bunu öyrənmək üçün Stif 26 il vaxt sərf edib. O, rekordunu vertolyotdan 400 m hündürlükdən atılan üzümü tutmaqla təzələmək istəyir.
Dünyanın ən böyük məscidi Ginessin Rekordlar kitabına daxil olmuş Pakistanın Şah Feyzal məscididir. Məscid paytaxt İslamabadda yerləşir. Məscidin tikintisi 1976-cı ildə başlayıb, 1986-cı ildə sona çatıb.Məscidin sahəsi 5000 kv. metrdir. 700000 insanın ibadət edə biləcəyi sahəsi var. Məscid Türkiyəli memar Vedat Dalokay tərəfindən dizayn edilib.


Ginessin rekordlar kitabına düşənlər arasında həmyerlilərimiz də var. Bu kitaba düşən ilk azərbaycanlı Cəbrayıl rayonunda anadan olmuş, hazırda, Belçikada yaşayan Fəxrəddin Vəliyevdir. O, 2004-cü ildə 5 dəqiqə ərzində 20 nəfərin siluetini çəkdiyinə görə Ginessin kitabına düşüb. Rekordlar kitabında adı çəkilən ilk azyaşlı da azərbaycanlıdır. Ələskər Həsənzadə 7 yaşında olarkən 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmadan 3 min dəfə qalxıb endiyinə görə rekordçu olub. Ginnesin rekordlar kitabına fiziki görnüşü və ağlı ilə yanaşı, axmağlığına görə düşənlər də var. Bu kitaba düşməyin bir şərti var. Necə olursa olsun insanları heyrətləndirmək lazımdır.

Ən çox uşağı olan Ata : Mərakeşin köhnə imperatorlarından Muley İsmayılın (1672-1727) 888 uşağı var idi (548k, 340q

Dünyanın ən bahalı dişi Nyutonun dişi idi, qiyməti də 730 sterlinq


Ən çox əsnəyən insan: 1888-ci ildə bir qız uşağı 5 həftə əsnədi.

Ən ağıllı uşaq: Merilyn Mach
10 yaşındakı bu qız 23 yaş üçün nəzərdə tutulan ən yüksək İQ xalını alıb(230

Ən yaddaşlı insan: Bhandanta vixitsara
1974-cü ildə Birmalı olan bu adam 16 min səhifəsi olan Budda kitabını əzbərdən dedi.

Komputer İnsan: SHAKANTULA DEVİ
1980-cı ildə ingiltərədə İmperial College-deki testdə iştirak edərək izləyicilər tərəfindən verilən iki 13 rəqəmli sayının hasilini dedi
Birinci sayı:7.686.369.774.870
ikinci Sayı:2.465.009.745.779
Nəticəsi: 18.947.668.177.995.426.462.773.730

Ən böyük pivəxana: Matxazen Pivəxanası (Myunxen, Almaniya) 5 500 adam yerləşir və gündəlik 48 000 litr pivə satır

Ən böyük sabun köpüyü: 9 avqust 1996-cı ildə Alan Makkey 32 m uzunluqda sabun köpüyü buraxmışdı. Bundan ötrü o sabun köpüklərini buraxmaq üçün çubuq, yuyucu maddə, qliserin və sudan istifadə etmişdir.

Ən bahalı ikra: Bu almas ikrasıdır, beluqa-nın sarı yumurtalıqlarından hazırlanır. Onun 100 qramının qiyməti 2000$ dır

Əllə səyahət: İoqann Qurlinqer 1900-cu ildə 55 gün əli ilə gəzərək səyahət etmişdir, o saatda 2,54 km sürətlə sutkada 10 saata yaxın gedərək 1 400 km yolu qət etmişdir


Qar adam: Ən hündür qar adamı 10 mart 1995-ci ildə Yaponiyada, Yamaqata Okura qəsəbəsində 10 günə düzəldilmişdi, Qar adamının hündürlüyü 29.43 m hündürlüyündə idi.

Qələm: 1997-ci il may ayı. Angelika Unverxaunun kolleksiyası 108 500 diyircəkli qələm. Almaniya, Dinslakena.
Suda yaşayanlardan ən böyük balıq Kit Akuladır.Ona Atlantik Hind Sakit okeanda rast gəlmək mümkündür.Kit Akulanın uzunluğu-12.56m,çəkisi isə-21 tona çatır.
Suda yaşayanlarda ən kiçik balıq Bıçok balığıdır.Onlara ən çox Hind Sakit okeanda rast gəlmək olur.Bıçok balığının uzunluğu-8.9mm-ya çatır.
Suda yaşayanlardan ən sürətli balıq yelkən balığıdır.Onun sürəti saatda 109km-ya çatır.

Ən incəbel qadın.Onun adı Kati Canq-dır.Hal-hazırda 69 yaşı var.Onun belinin incəliyi 20 sm-ə çatır.
Dünyanın ən uzun dırnaqlı qadını :
ABŞ-da yaşayan Lee Redmond adlı qadın dünyanin ən uzun dırnaqlarına sahibdir.
əl dırnaqlarının ümumi uzunluğu 7 metr,51 sm-dır.

Kanadalı 3 macərapərəst, xaricdən yardım almadan Antarktida yarımadasının şimalından cənubuna qədər 1100 kilometr qət edib cənub qütbünə çataraq rekord qırmağı bacarıb. "Qaynar.info"-nun verdiyi xəbərə görə, Rey Zəhab, Kevin Ualli və Riçard Veberin, maşın vəsaitlərinin olduğu xizəkləri ilə birlikdə, qitənin şimalındakı "Hercules Inlet"-dən başlayan səyahəti, 33 gün, 23 saat və 30 dəqiqə sonra ötən gün Cənub qütbündə başa çatıb.
Bununla da kanadalı macərapərəstlər, ötən ay amerikalı Todd Karmayklın qırdığı rekordu 6 gün irəli aparıb.
Rey Zəhabın bütün səyahəti geniş əsaslı ayaqqabı ilə, Kevin Ualli və Riçard Veberin isə xizəklərlə həyata keçirdiyi bildirilib.