Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Kim haqlıdırki...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Kim haqlıdırki...

    Vəziyyət 1:

    Qadının evi yoxdur,kişinin evi var.

    Qadına bütün həyatı boyu sübut etmək lazım gələcək ki,kişi ona əbəs yerə sığınacaq verməyib,öz küncünü tam proqramla qazanmaq üçün çalışacaq,Allah eləməmiş-boşanma halı olarsa:təmiri sənin hesabına etdiklərini unudacaq,əzizim,mənzil evliliyə qədər alınmışdı və sənin heç bir haqqın yoxdur deyərək yola salınacaqsan.

    Vəziyyət 2:

    Qadının evi var,kişinin evi yoxdur.

    O qadının gözündə bədbəxt məxluqdur,ona görə də onun mənzilinə pul xərcləməyin və ümumi məsrəflər üçün pul yığmağın heç bir əhəmiyyəti yoxdur.Ondansa özünə vaxt ayırmalı,ayaq üstə durmağı bacarmalı,öz qeydinə qalmalı və əgər bir gün ayrılarsa mütlər getməyə “yeri” olmalıdır.

    Vəziyyət 3:

    Kişi işləyir,qadın yox.

    Bütün ev işləri qadının üzərindədir.Bəs necə?Axı o evdə olur,bütün günü dincəlir.Yığışdırmaq,təmizləmək,yumaq,də rslər,uşağın paltarları,xəstəliyi-hamısı qadının sevimli məşğuliyyətidir.Yoxsa niyə ərə getməyə tələsirdi ki?Vacib deyil kişi nə qədər qazanır,səhər,günorta,axşam 3 cür yemək hazır olmalıdır,mütləq ət xörəkləri daxil edilməlidir menyuya və ümumiyyətlə pullar bu qədər hara gedir axı?Qadın qənaətcil olmalıdır.İşdən sonra kişi mütləq dincəlməlidir.Xoşuna gəlmir azadsan!Hara gedəcəksən axı?

    Vəziyyət 4:

    Qadın işləyir,kişi yox.

    O hamı tərəfindən qəbul edilməyən dahidir.Primitivliyi sevmir,özünü axtarır hələ də tapa bilməyib,10 il nədir ki?Sən məgər onu puluna görə sevirsən?O ev işlərində kömək edə bilərdi,amma təhsil alıb filoloqdur,aşbaz deyil,həm də sən necə qəbul edərsən ki ,kişi qadın işləri etsin.Bunu görməyəcəksən!

    Vəziyyət 5:

    Kişi xəyanət edir,qadın yox.

    Xəyanət etməyən kişi yoxdur ümumiyyətlə,həm də sən özünün kişi olduğunu sübut etməlisən ya yox?Bəs həyat yoldaşın?Bütün kişilər belədirsə mən niyə seçilməliyəm ki,?Qoy sevinsin ki mən həmişə onun yanına qayıdıram,çunki sevirəm!!!

    Həm də o özü günahkardır.Bir il eyni saç düzümü,eyni paltarlar-adam yorulur,fərqlilik görmək istəyir.

    Vəziyyət 6:

    Qadın xəyanət edir,kişi yox.

    Bu harda görülüb belə!!!!!!!O bunu necə edə bilər?Özü də mənə,mənim kimi kişiyə????

    Mən xəyanət etmirəm (çünki birinə iqtidarım güclə çatır,nə olsun ki.O ki,bunu bilmir)

    Həm də mənim əylənməyə ixtiyarım var,o axı ailənin qoruyucusu sayılır.Bunu necə edə bilər?

    Vəziyyət 7:

    Qaynana-qəddar düşmən.

    Əbəs yerə qaynanalar haqda bu qədər lətifələr yaranmayıb ki.Xalq folkloruna həmişə inanmaq lazımdır.Onsuz da o hər zaman qızının tərəfində olacaq.Gec-tez mənim axırıma çıxacaq.Hər zaman ehtiyatlı olmaq lazımdır.

    Vəziyyət 8:

    Qaynana-başa düşəndi

    Bu mənim anamdır ey!!!

    Görürsən?O düz danışmaya bilməz.O artıq məni dünyaya gətirdiyi üçün hörmətə layiqdir.Həmişə gəlir və səni öyrətmətə,ağıl verməyə çalışır?Sən də qulaq as,bəlkə də ağıllandın.O səni sevə bilməz,bu aydındır.Sən axı onun ən dəyərli olanını-oğlunu almısan əlindən.Sən bütün ömrü boyu ona sübut etməlisən ki buna layiqsən!

    Vəziyyət 9:

    Qadın uşaq istəyir,kişi yox.

    Əzizim,gəl özümüz üçün yaşayaq.Mən hələ buna hazır deyiləm.Özümün hələ 3-cü BMW-ni almamışam,hələ 2-ci villamın işləri yarımçıq qalıb.Biz axı onu kasıbçılıq içində böyüdə bilmərik.Sənin 30 yaşın olur?Həkim deyir vaxtdır?Mənim hələ 39 yaşım var və hər şey irəlidədir,çatdıraram.

    Vəziyyət 10:

    Kişi uşaq istəyir,qadın yox.

    Sənin ağlın çaşıb?Hər bir normal qadın istəyər ki,onun uşağı olsun,analıq hissinin ləzzətini duysun.

    Sən normal qadın deyilsən,ya da mütləq sənin psixi çatışmamazlığın var.Artıq 19 yaşın var,artıq tam zamanıdır.Bəlkə feministsən?Əvvəl sənət almağı, sonra başqa işləri fikirləşirsən.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Kim haqlıdırki...

    Bu yazılar sadəcə bir yaşam hekayəsidir.
    Çox təəssüfki real həyatımızda bu kimi hallarla çox qarşılaşacayıq.
    Bəs çıxış yolu nədir...???

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Kim haqlıdırki...

    demek bu cüre çetin bir mövzu idiki kimse bir şey düşünüb yaza bilmedi...

  4. #4
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Kim haqlıdırki...

    Bunlarin hamisinin birce yolu var o da esl sevgidi.Eger aralarinda esl sevgi olarsa onda hec vaxt aralarinda ele de boyuk bir problem olmaz.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Kim haqlıdırki...

    bu problem 100illərdiki var və davam da eləyir. Hansına düz və ya səhv desək də hamısı özünə bəraət qazandıracaqdır, zəncirvari prossesdir.
    Yalnız mənim şəxsi fikrimdir. Hər şeyi oğlan(ər) eləməlidir: necə?
    ----- Ana, Həyat yoldaşın. bunların ikisi də sənin həyatının ayrılmaz bir hissəsidir . Elə münasibət qurmalısan ki heç vaxt iki çıxış yolu arasında qalmayasan.....
    -----digər:uşaq istəmək ya da istəməmək bu hələ bizim psixologiyamızda az rast gələn bir şeydir, yəni bizdə(azərbaycanda) əksər qızlar ana olmaq arzusundadır, özüdə nə qədər tez olsa o qədər yaxşıdır(1-2 uşaq).......
    -----başqa: evdir, maşındır, villadır, holdinqdir.... bunlar səbəb deyil, bəhanədir. təkrar kimi olmasın əsas oğlanın və qızın psixi və fiziki hazır olmasıdır. Bu da ki qızlarda tez (hardasa 18 yaş),oğlanlarda (21 yaş)bir az gec başlayır. statistikada ən davamlı evlilik:qızlar 25-30,oğlan 28-35 yaş aralığında olanlardır......
    -----Ya da:xəyanət isə.... bu bir az qəliz məsələdir. düşüncə formaların dəyişə bilsə insan bu problemi həll eləmiş olar, yəni istər kişinin xəyanəti istərsə də qadının xəyanətində günahı özündə axtarsa. günahı bir-birinin üstünə atmaqla heç nə eləmək olmaz.............
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.