2 sonuçtan 1 ile 2 arası

Gecə Həyatı, Əyləncə Məkanları

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Gecə Həyatı, Əyləncə Məkanları

    Gecə Həyatı, Əyləncə Məkanları

    Gecənin halı gündüzdən çox başqadır. Bəzi insanlar vardır gecə həyatını, əyləncə məkanlarını həddindən artıq çox sevərlər. Onlar üçün gecə həyatı xüsusi bir məna daşıyar. Bəs gecə həyatı dedikdə ilk ağlımıza gələn nədir?
    Bu gün müzakirə edəcəyimiz mövzu əyləncə məkanları haqqında olacaq. Gənclərin maraq göstərdiyi əyləncə məkanları cafe, bar və discolardır. Əyləncə məkanlarının xeyri və ziyanı hansılardır?Əyləncə hər kəsin haqqıdır ancaq hal-hazır ki, gənclərimiz əyləncə məkanları haqqında nə fikirləşirlər?
    Gecə həyatı bizim ölkədə xüsusən oğlanların müraciət etdiyi bir məkandır. Ancaq hər kəsin əyləncə düşüncəsi fərqlidir. Bəziləri üçün gecə həyatı sadəcə əyləncə, bəziləri üçün gecə həyatı yeni tanışlıq, bəziləri üçün içki içmək və öz aləmində olmaq, bəziləri üçünsə isə gecə həyatı artıq bir vərdişdir. Yeri gəldiyi zaman əyləncə məkanlarına üz tutmaq, çərçivə daxilində əylənmək hər birimizin haqqıdır.

    Ancaq mütamadi olaraq gecə həyatına üstünlük verən insanlar nə dərəcə özlərinə vaxt ayıra bilirlər?Öz aləmində olmaq, heç kəsi fikirləşməyib öz həyatını yaşamaq heçdə bütün problemlərin həll olunacağı demək deyil.
    Bəs gecə həyatına meyl göstərən qızlarımız?Onlar haqqında nə fikirləşirik. Çoxlarımız buna qarşı olduğumuzu deyirik. Çoxlarımız bunu dəstəkləmədiyimizi deyirik. Ancaq əyləncə məkanlarında yetəri qədər qızlara rast gəlmək olur. Bəs həmin məkanlara üstünlük verən qızlarımız kimlərdir?Əyləncə məkanlarına üstünlük verən qızlarımız bizə bu sualla müraciət edə bilərlər. Əyləncə sadəcə oğlanların haqqıdır?
    Hər kəsin bu mövzu barədə fikirləri bambaşqa olsada dərindən fikirləşdikcə düzgün yolu görmək çətin deyil. Sadəcə reallığı görmək, real həyatı yaşamaq, gələcəyini fikirləşmək sizə doöru yolu göstərməkdə köməklik edə bilər.


    Bizim ölkədə gecə həyatı xüsusən oğlanların müraciət etdiyi bir məkandır.
    Bəs gecə həyatına meyl göstərən qızlarımız?Onlar haqqında nə fikirləşirik?

    Gecə Həyatı, Əyləncə Məkanları, Cafe, Bar, Diskolarlara münasibətiniz?

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Gecə Həyatı, Əyləncə Məkanları

    gece heyati ,eylence mekanlari ,kafe , bar ,diskoteka munasibetim?

    men hele indiye kimi bu yerlerin hec birinde olmamisam yeginki, hec vaxt da olmayacam . ona gore de hec bir soz deye bilmirem hec bir munasibet de besleye bilmerem

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.