1 sonuçtan 1 ile 1 arası
-
07-14-2009, 10:00 AM #1
Umidlər olduğu yerdə heç bir şey bitmir
Qırılmadılar həyata, Hirslənmədilər qədərlərinə,
Küsmədilər yaradıcılarına, İtirmədilər ümidlərini…
Qorxmadılar, yıxılmadılar…
Ümidi bir körpə kimi böyütdülər sinələrində, Yapışdılar həyata…
Boş dayanmadılar, işlədilər, çalışdılar… Axtardılar...
Bir çıxış yolu var dedilər… Sabahlara ümid əkdilər…
Müqavimət göstərdilər, Gözlədilər,
Səbr etdilər, Sevdilər, Və qazandılar.
Bilirdilər,Həyatdakı rəng və ahəngin ümidlə yaxalanacağını,
Ümit etdikcə xoşbəxt olunacağını,
Sarsıntı yaşanan zamanlarda tək tuta bilmək və dayaq olduğunu,
Ancaq ruha ümidlə qan nasosla vurulacağını və ruhun onunla bəslənəcəyini… Bilirdilər…
Davamlı qaranlıq olmayacağını,
Davamlı əziyyət və hüznlərin olmayacağını,
Davamlı xəstəliyin olmayacağını,
Amma ümidin davamlı olması lazım olduğunu da bilirdilər…
Onlar, Xəyalları arada bir qırılsa da,
Həyatlarını qırmadılar.
Hər xəyal qırıqlığını yeni xəyalların pilləsi etdilər.
Bir sevdanı yola saldıqlarında, ürəklərinə; digər bir sevda cücərtisi tikdilər.
Həyatda ağır qan itkinləri yaşadılar.
Ayaqları arada bir ağrılara ilişdi…
Amma Ümidlərini qaranlıqlara tərk etmədilər.
Yaralı baharlar arzulamadılar.
Yaşanan hüznləri yetişkinləşmə səbəbi gördülər.
Həyatın özlərinə oynadığı bəzi oyunları itirdilər,
Pullarını itirdilər,
Sağlamlığını itirdilər,
Sevdiklərini itirdilər,
Amma ümidlərini itirmədilər…
İtirilənlərin təkrar ümidlə qazanıla biləcəyini bilirdilər.
Pessimizmin altındakı kürsüyə təpiklər sovurdular.
Ümidlərinin qurumasına icazə vermədilər lazım olduğunda gözyaşları ilə suladılar.
Bilirdilər
Hal hazırda dünyanın müxtəlif yerlərində özlərindən hər baxımdan daha pis vəziyyətdə olanların olduğunu
Ən qeyri-mümkün deyilən anda qeyri-mümkünü işıqlandıracaq tək işığın ümid olduğunu,
Çarəsizlik əhatə etməyə başladığı an: ümidin cücərdiyi an olduğunu,
Sabahları gözləmənin mənanının ümiddə gizli olduğunu,
Ən sancılı anların xoşbəxt bir doğuma ən yaxın anlar olduğunu,
Hamı/həmişə yoxuş çıxılmayacağını və hər yoxuşun şübhəsiz bir enişi olduğunu,
Qırılsa da qanadlarının bir təki
Bir gün amma bir gün göydən bir əlin kömək edəcəyini və
Gömgöy vətənlərində təkrar azadca və sərhədsiz olaraq uçacaqlarını bilirdilər…
Görürdülər
Qışda/qışın açan çiçəkləri,
Qaranlıq baramada gözləyən tırtılın bir gün qaranlıqları qırıb kəpənək olub uçduğunu,
Həyatın ümid edilmədik bir anda gözəl sürprizlər etdiyini,
Günəşin hər səhər yenidən doğulduğunu,
Hər doğan yeni günün yeni başlanğıclar olduğunu,
Və hər səhər pəncərədən içəriyə girən gün işıqlarının ümidlərini təzələdiyini,
Sabahlar gözəl günlərin xəbərçisinin də ola biləcəyini,
Özlərindən və ətraflarında yaşayanlardan görürdülər
Və Onlar
Həyat yanğınlarına qarşı ümidin üstünə "yanğından qurtarılacaq ilk əşya" olaraq yazdılar.
Heybelerinde daşan bu qədər günahlarına baxmayaraq yaradıcıdan ümid kəsmədilər.
Onun şəfqətinin qanadlarının altına sığındılar və cənnəti arzuladılar.
Yaşanan ağrıların məhşərdə öz lehinə olduğundan xəbərdar idilər.
Xülyalarını salsalar da yeni xülyalar qurmasını bacara bildilər.
Ağrılara yumruq yumruğa var ola bilmə döyüşünü verdilər.
Məğlub olmadılar.
Pambıq ipliyinə bağlamadılar ümidlərini,
Vida türküləri heç söyləmədilər.
Ümidin yaşıllığında uşaqlar kimi diyirlənməsini bildilər.
Və onlar sevdalarına qovuşa bilməsə də;
Başqasının ümidi oldular.
Üzü şüşəyə söykənən bir uşağın atasının gəlməsini ümit etdiyi kimi;
Onlarda sabahları eyni ümidlə gözlədilər.
Həyatı ümidə düymələdilər.
Onlar cəsur ürəklərə sahib idilər…
Çünki onlar ümidli idilər…
Və onlar xoşbəxt idilər…


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri