Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Dost olaraq?...

  1. #1
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Dost olaraq?...

    Dost olaraq hökmünüzün bitdiyi oldumu heç? Artıq çiyininizin ona dinclik təmin etmədiyini, yalnız illər sürən vərdişi üzündən sizinlə bir neçə söz danışdığını hiss etdinizmi? Bir daha geri gəlməyəcək günləri unutmanız lazım olduğu xatırladıldımı sizə?
    Nə edərdiniz belə bir zamanı yaşasaydınız? Səssizcə küncünüzə çəkilər, "Bəlkə bir gün yenidən" mi deyərdiniz, yoxsa döyüşərdinizmi?

    Təsəlli etdikcə təsəlli tapdığınız, can dediyiniz canım dediyiniz yoxdur həyatınızda. Boşluqdasınız. Yerini dolduracaq namizədləri nəzərdən keçirərsiniz. Boşdur səyiniz. Çünki hər sözünüzün hər hərəkətinizin qarşılığında eşitmək istədiklərinizi eşidə bilməzsiniz. Ürək başlar ağrımağa, sizdən başqası hiss etməz. Mövsüm yazdır amma siz payızı yaşayarsınız. Tökülər sevincləriniz bir-bir sarı yarpaqlar kimi. Bir külək əsər ən sərinindən, üşüyərsiniz. Sarınmaq üçün qalın bir sevgi istəyərsiniz. Yoxdur. Borc olaraq verdiyi sevgini geri götürmüşdür çünki bir başqasına vermək üçün.

    Hardadır səhv deyə düşünər dayanarsınız. Bilə bilməzsiniz, bəlkə də bilmək istəməzsiniz. Əslində çox sadədir. Çox çox dəyər vermisiniz, sahiblənmisiniz. Ərköyün bir uşaq olmuşdur sevginizin sıxlığında. Anasına etdiyi hər kaprisi sizə də edər. Çünki siz onun həm anası həm də yoldaşısınız. Kağıza tökərsiniz duyğularınızı, amma oxuya bilməzsiniz. Özünüzün belə eşidə bilməyəcəyi sözlər qışqırıq olar dodaqlarınızda, qışqırarsınız:

    Yaşadığınız zamanı geri almaq istəyərsiniz, bəlkə təkrar yaşayaram deyə. Boşunadır səyiniz. Uçub getmişdir əlinizdən, zarafat kimi gəlsə də.
    Sözləri gəlir ağılınıza " Mən burada olsam da olmasam da məni sevməyə davam et, mənim səni sevdiyim kimi!!!!"

    Zamanla alışarsınız yoxluğuna, unutmaq üzrə yaşamısınız çünki.

    Kilitləyərsiniz ağrınızı ürəyinizə, "Yaşadıq dostum" deyər, yeni gələcəyə yelkən açarsınız. "Yaşadım" deyər ürəyiniz "Yaşadım və bitdi."

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.