7 sonuçtan 1 ile 7 arası

Hamı düşdüyü cəmiyyətdə formalaşır...

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Hamı düşdüyü cəmiyyətdə formalaşır...

    Hinin sözü gedən gənc toyuqlarından 3-ü bir gün yaxınlıqdakı dağı gəzmək arzusuna düşürlər. Bir fürsət tapıb, dağa doğru yönəlirlər. Düzü hinin ən məharətli toyuqları olmalarına baxmayaraq, dağa çıxmaq həqiqətən onları çox yorur və dincəlməyə qərar verirlər. Elə təzəcə oturmuşdular ki, bir də görürlər ki, yanlarında yekə bir yuva və içində böyük yumurtalar var. Təbii ki, onlar yumurtaların qartala aid olmasının fərqində belə deyildilər. Buna baxmayaraq, bu məram onlar üçün çox önəmli idi. Çünki həyatlarının ən böyük yumurtası ilə qarşı-qarşıya idilər.
    Gözəl artıq hində ballandıra-ballandıra danışacaqları mövzuları var idi. Amma hinin digər sakinlərinin toyuq ağılları bunu dərk etməyəcəyinə görə onlara inanmayacaqlardı. Bununla belə yaşadıqları macəranın isbat etmələri artıq onlar üçün qürur məsələsinə çevrilmişdi. Nə olursa olsun bir yolunu tapmalı, hinin qəhrəmanı olmalıydılar.
    Uzun müzakirələrdən sənra ən yaxşı yolun, elə yumurtanı yuvaya götürmək olduğu qərarına gəlirlər. Dolayısıyla, cəld hərəkət etmək və yumurtanın sahibi gəlməkdən onlardan birini götürüb qaçmaq lazım idi. Beləcə onlar vaxt itirmədən yumurtanın birini götürüb dabana qüvvət, üz tuturlar hinlərinə doğru. Böyük məşəkqətdən, əzab-əziyyətdən sonra, nəhayət ki, hinə çatırlar.
    Hin əhli onları alqışla qarşılayır. Tez bir zamanda hin məclis toplanır və bu qərara gəlir ki, digər təzə yumurtalarla birlikdə bu yumurtanın üstündə, elə onların çoxusuna da analıq etmiş qoca toyuq yatmalıdır. Bu qərar bütün sakinlərin ürəyincə olur.
    Vaxt dolanır, vədə keçir və nəhayət yumurtalar cücə çıxma vaxtı gəlib çatır. Digər cücələrdən seçilən, qara və birazca da böyük cücə hər kəsin sevimlisi halına çevrilir. Toyuq ana digər cücələr ilə birlikdə bu iri *toyuq* balasına toyuqluğun bütün sirlərini öyrətməyə başlayır. Tez bir zamanda qartal balası toyuqlar kimi eşələnir, qurd tapıb yeyir, səhər lap tezdən oyanır, hava biraz qaralmağa üz tutmuş yatır və ilaxır...
    Bir gün yenə bala qartal həyətdə eşələnərkən göydə süzən qartalları görüb, onların məharətli uçuşuna heyran qalır və tez toyuq anasının yanına qaçır:
    - Ana, o uçan quşlar hansı quşlardı?
    - Oğul, onlar qartaldırlar.
    - Nə gözəl uçurlar, mən də elə uça bilərəm?
    - Yox oğul. Onlar qartaldır, sənsə toyuq. Toyuqlar isə heç vaxt elə uça bilməzlər.
    Qartal balası məyus halda eşələnməyə davam edir. Nə vaxt göydə qartal görsə, yanındakı toyuqlara içindəki uçmaq arzusundan danışır, ancaq hər zaman eyni cavabla qarşılaşırdı:
    - Boş-boş danışma, sən heç vaxt qartallar kimi uça bilməzsən. Çünki sən bir toyuqsan, onlar isə qartal. Yaxşı yadda saxla ki, toyuqlar qartallar kimi uça bilməzlər.
    Hər zaman göydəki qartalları həsədlə seyr edən qartal balası ətrafdakıların təsiri nəticəsində bir müddət sonra inanır ki, o heç vaxt qartallar kimi uça bilməz. Beləcə də, varlığında qartal mahiyyəti gizli olmasına baxmayaraq, toyuq kimi yaşayır və toyuq kimi ömrünü başa vurur.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Hamı düşdüyü cəmiyyətdə formalaşır...

    Həqiqətən gözəl və mənalı Hekayə idi. Dərs götürmək lazımdır bu Hekayədən. Bu günümüz insanına da aiddir. Bələ bir söz var : Deyir əgər insan insan olduğunu dərk eysə nə üçün yaradıldığını dərk etsə onda insanın ol dediyi şey olar! Hekayə üçün saqol!
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Hamı düşdüyü cəmiyyətdə formalaşır...


  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Hamı düşdüyü cəmiyyətdə formalaşır...

    tsk canim

  5. #5
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Hamı düşdüyü cəmiyyətdə formalaşır...

    Maragli hekayedi teshekkur
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  6. #6
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Hamı düşdüyü cəmiyyətdə formalaşır...

    O qədər ətrafimizda toyuqlaşan qartallar var ki?? İcimizdəki cox hissləri boğublar! Yavaş yavaş qarabağıda unuduruq... Lay lay bala laylay... yat qal dala lay lay ... deye yatizdirilar ki!
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  7. #7
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Hamı düşdüyü cəmiyyətdə formalaşır...


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.