4 sonuçtan 1 ile 4 arası

Kişilerin meşhur yalanları

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Kişilerin meşhur yalanları

    Kişilerin meşhur yalanları

    Sevgilinizin, ya da həyat yoldaşınızın heç yalan dediyini ağlınıza gəldimi?

    Əgər partnyorunuz “heç vaxt yalan danışmıram” deyirsə, ona qətiyyən inanmayın.

    Çünki kişilərin tez-tez dedikləri yalanlar var.

    Üzr istəyirəm

    Bu cümləni bütün kişilər istifadə edir. Kişilər əsəbi halda olan sevgililərini bu cümləylə sakitləşdirməyə çalışırlar.

    Ananı çox sevirəm

    Bəzən bir qadının ürəyini fəth etməyin ən böyük açarı onun ailəsidir. Kişilər də sevməsələr belə bu cümləni işlətməkdən çəkinmirlər.

    Romantik filmlərə bayılıram

    Qadınların əksəriyyəti romantik olduğuna görə kişilər də bəzən özlərini belə göstərirlər. Guya onlar romantik olan hər şeydən xoşlanırlar. Əslində əksər kişilərin romantik filmlərdən zəhləsi gedir.

    Bu ev artıq sənindir

    İnanmayın. Çünki bu cümlə sadəcə birinci dəfə üçün keçərlidir.

    İtə belə baxmaram

    Partnyotun qırmaq istəməyən kişilərin ən çox istifadə etdiyi, qadınların isə eşitməkdən yorulmadığı yalan...

    Yeməklərin çox dadlıdır

    Ay... Yalansa sizi! Görəsən, bu yalana inanan qadın qalıbmı?

    Cenifer Lopez kimisən

    Bu da bir başqa yalan. Ancaq bu sözləri eşidəndə qadınlarda özünə inam yaranır

    Arıqlamısan

    Qadınları ən çox maraqlandıran kökəlmək barədə kişilər həmişə yalan söyləməyə meyillidirlər. Çünki “arıqlamısan” deyəndə qadınlara ləzzət edir.

    Müğənniyə baxmıram, mahnısına qulaq asıram

    Mahnısına qulaq asırsansa get radiodan, ya da mp3 player`dən qulaq as. Bəs niyə klipinə baxırsan.

    Sonra danışarıq

    Sərf eləmiyən söhbət gedəndə kişilər bu yolla məsələdən yayınmağa çalışırlar

    Heç bir qadını sənin qədər sevmədim

    Yəqin ki, sizdən qabaqkına da eyni sözü deyib.

    Sabah iclasımız var, gec gələcəm

    Nəinki həyatda, hətta filmlərdə də, ədəbiyyatda da kişilərin ən çox istifadə etdiyi yalanlardan biridir

    Dostumun nişanlısıdı

    Bəzən sevgilinizin telefonunda başqa qızlardan gələn mesajlar tutursunuz. Onlar da vəziyyətdən çıxmaq üçün müxtəlif yalanlar uydururlar

    Yaman yorulmuşam

    Bəzən yataqda kişilər seksdən imtina edəndə bu cür bəhanələr uydururlar.

    Satıcı ölçünü səhv salıb

    Məşuqə üçün alınan hədiyyə, daha çox alt paltar əlinizə keçir. Və... Bir söz tapa bilməyən kişinin beynindəki yalan maşını bu vaxt işə düşür.

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Feb 2013
    Mesajlar
    2
    Alıntı Aygun Nickli Üyeden Alıntı Mesajı göster

    teşekkürler...

  3. #3
    Senior Member Regina - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2013
    Yer
    Deep Cove, Beautiful
    Mesajlar
    133
    kishilerin nefesi de yalan,gedib gelir.

  4. #4
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502
    Alıntı europix Nickli Üyeden Alıntı Mesajı göster
    teşekkürler...
    Xoşunuza gelmesine sevindim

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 01-07-2013, 04:50 PM
  2. ermeni yalanları....
    By Albatros_23 in forum Diaspora
    Cevaplar: 1
    Son Mesaj: 01-05-2008, 06:23 PM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.