4 sonuçtan 1 ile 4 arası

Qocalar evindən məktub...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Qocalar evindən məktub...

    Dünyada müqəddəs anadır,bir də vətəndir.
    Övlada məhəbbətləri ümmanlara təndir,
    Düşsən dara onlar deməmiş,dada yetəndir,
    Bəs sən niyə atdın ananı,eyləmədin ar?
    Dünya sənin olsun ananın borcunu qaytar.
    Daşdır ürəyin,yoxsa dəmirdir,nə bilim mən,
    Tapşırdın onu özgələrə,uf demədin sən,
    Borcundur axı baş çəkəsən barı sən hərdən,
    Orda qocanın qayğısına bil ki,qalan var,
    Dünya sənin olsun,ananın borcunu qaytar.
    Süd verdi sənə, lay-lay dedi yatdın,
    Çəkdi nə əzablar,böyüyüb ərsəyə çatdın.
    Qəlbin sənin heç göynəmədi,sən onu atdın?
    Yəqin ki,deyənlər çox olub, eyləməyib kar,
    Dünya sənin olsun,ananın borcunu qaytar.
    Yollarda qalıb gözləri,səndən də xəbər yox,
    Ömrü qısalır,çəksə o həsrət nə qədər çox.
    Hər gün düşünür:"indi balam acdı, görən tox?"
    Qıydın necə sən,dərdli ana ağlaya zar-zar?!
    Dünya sənin olsun,ananın borcunu qaytar.
    İllər ötüşər sən də yəqin ki,qocalarsan,
    Övladın atar bəlkə səni,tənha qalarsan.
    Şəksiz belə nankorluğunu yada salarsan,
    Olmazmı bu dünya başına,bax,o zaman dar?
    Dünya sənin olsun,ananın borcunu qaytar.
    Çarəm kəsilib indi sənə dost deyirəm mən,
    Tənha ananını yad eləyib,qəm yeyirəm mən,
    Kövrək ürəyin vurğusuna baş əyirəm mən,
    Hər kəs ki,atır öz anasın,olmalıdır xar,
    Dünya sənin olsun,ananın borcunu qaytar.



    Fikirləriniz . . .
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Qocalar evindən məktub...


  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Qocalar evindən məktub...

    Ele eden sexslerin qarsisianda ele Ovlad cixacaq ve ona ele bir sey yasadacaq onda gorecek gozu acilacaq ovladin
    [

  4. #4
    Member
    Üyelik tarihi
    Aug 2009
    Mesajlar
    41

    Re: Qocalar evindən məktub...

    bele insanlara bir ad ermek olar nankordular ...valideyin onlara etdiyini ovlad omur boyu onu qaytara bilmezz...ama neynemek olar ovladin piside var yaxsisida

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.