İngiltərədə aparılan bir araşdırmaya görə kişilərin 53 yaşında ən romantik çağında olduğu ortaya çıxdı. Araşdırmaçılar, yaşları 18 ilə 65 yaş arasında dəyişən 2 min kişi arasında aparılan araşdırmada, 51 ilə 55 yaş aralığındakı kişilərin 4-də 3-nün yoldaşlarına hər gün, ən romantik jest olaraq bilinən "Səni Sevirəm" ifadəsini istifadə etdiyini ifadə etdilər.

Araşdırmaçılar, 50 yaşlardakı kişilərin gənc kişilərə görə eşqə daha düşkün olduğunu və yoldaşlarına sürpriz etməyi daha çox sevdiyini açıqlayarkən, bu kişilərin yarısının şeir yazaraq, yarısının isə romantik həftəsonu tətili təşkil edərək yoldaşlarına sürpriz etdiyini ifadə etdi.

Araşdırmaçı, Jim Forward, "50 yaşlara gələn kəslər həyatın dadını dadmış, təcrübəli və yoldaşlarını xoşbəxt etmək üçün usta adamlardır. 50 yaşlarına gələn kəslər, gəncliyində yoldaşlarıyla saysız mübahisədə olmuş, yüzlərlə səhv etmiş kəslərdir" dedi.

Forward ayrıca, "53 yaşa gələn bir kişi yoldaşını xoşbəxt etmək üçün nəyin işə yaradığını bilən adamdır. 20-25 yaş aralığındakı kişilərin yalnız 4-də 1-i yoldaşını son zamanlarda yeməyə apardığını ifadə edərkən, 53 yaşdaki kişilərin az qala yarısının yoldaşını yaxın zamanda axşam yeməyinə çıxardığını" dedi.

Ayrıca 50 yaşlardakı cütlərin ümumiyyətlə tək yaşadığını söyləyən Forward, "Yaşlı nəsillə gənc nəsil arasındakı əhəmiyyətli fərqlərdən biri də, cütlərin yaşlılıq dövründə bir-birlərini şişirtməyə daha çox zamanlarının olması və həftəsonları çöldə əylənmək üçün daha azad olmasıdır" dedi.