2 sonuçtan 1 ile 2 arası

Yardımlı Rayonu haqqında məlumat

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Yardımlı Rayonu haqqında məlumat

    Dəniz səviyyəsindən 1000-1800 metr yüksəklikdə yerləşən indiki Yardımlı rayonunun tarixi çox qədimdir. Bu rayonun keçmişi Ərdəbil vilayəti ilə bağlı olsa da 1827-ci ildən sonra Çar Rusiyasının əsarətinə düşərək Talış xanlıgının tərkibinə qatılmışdır.

    Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra indiki Yardımlının ərazisi onun qeyrətli oğulları tərəfindən mühafizə olunduğu üçün Şura hökumətinin orada bərqərar olması digər ərazilərə nisbətən bir müddət yubadılmışdır.

    İlk dəfə 1929-cu il avqust ayında inzibati ərazi kimi təşkil olunmuş indiki Yardımlı rayonu 1938-ci ilədək Vərgədüz rayonu adı ilə tanınmışdır. Təsadüfi deyil ki, eramızdan əvvəl(e. ə) dördüncü əsrdən başlayaraq İslamın tətbiq olunduğu vaxtlara qədərki dövrlərə aid olunan küp qəbirlərə bu rayonun ərazisində tez-tez rast gəlmək olar.

    1962-ci ildə rayonun Dəlləkli kəndində tapılmış nəhəng küp bənzərsizliyinə görə ölkəmizdə hələ də yeganə hesab olunur.

    Yolocaq kəndinin yaxınlığından çıxarılmış küp qəbir e. ə dördüncü əsrə aid edilir. Küp qəbirlərinin içindən aşkar olunmuş əşyaların üzərində müxtəlif fəza cisimləri təsvir edilmişdir ki, bu da eramızdan əvvəlki minilliklərdə insanların oda, günəşə sitayiş etdiklərini bir daha sübut edir.

    Eyni oxşarlıqda olan küp qəbirlərindən əldə edilmiş döyüş, məişət və əmək alətləri indiki Yardımlının əvvəlki sakinlərinin də çox yüksək mədəniyyətə malik olduqlarından xəbər verir. Qədim və indiki əhalisi sırf Oğuz türklərindən ibarət olan bu rayonun ərazisi həm də yeraltı sərvətlərin poliqonudur. Burada qızıl, platin, mis, dəmir, torf, neft yataqları mövcuddur. Yardımlı ərazisindəki qayalardan süzülüb gələn bulaqlar əsasən hidrogen-sulfidli, natrium-sulfatlı. sulfatlı-karbonatlı mineral sulardan ibarətdir.

    Mövcud on bir iqlim qurşağından dördünü özündə birləşdirən bu rayona mülayim yarımsəhra, mülayim isti, soyuq yarımsəhra və quru çöl iqlimləri xasdır. İlin 230-235 günü şaxtasız keçən Yardımlıda illik yağıntının miqdarı 300-700mm olur. Yay aylarında havanın ən yüksək temperaturu 30-40 dərəcə selsiyə qalxsa da qış aylarında mənfi 20-25 dərəcəyə qədər düşə bilir. Havasının rütubəti aşağı olduğundan ərazisində vərəm xəstəliyinə tutulmaq təhlükəsi çox aşağıdır.

    Hal-hazırda Yardımlıda yüksək yaş həddi 80-90 yaş arasındadır.

    Yardımlı ərazisi əsasən dörd növ müxtəlif tipli və yarım tipli torpaq örtüyünə:tipik və yuyulmuş qəhvəyi dağ-meşə torpaqlar, qonur dağ-meşə torpaqlar, çimli dağ-çəmən torpaqlar, tipik və karbonatlı qəhvəyi dağ-meşə torpaqlar örtüyünə malikdir. Yardımlı ərazisi buzlaşmaya məruz qalmadığı üçün üçüncü dövrün relikt və endemik ağac cinsləri-azat(nil ağacı), dəmirağac, şabalıdyarpaqlı palıd və birgöz, zərgin kolları ilə zəngindir.

    Əhalisi sırf Oğuz türklərindən ibarət olan bu rayonun 91 kəndi(85-də yaşayış var)və Yardımlı adlanan qəsəbəsi vardır. Ərazisi 667kv. km dağlıq və dağətəyi sahələrdən ibarətdir. Qeydiyyatda olan əhalisinin sayı altmış minə yaxındır.

    1947-1953-cü illərdə 32 kəndi deportasiyaya məruz qaldığı üçün indi yardımlılıların böyük bir hissəsi Cəlilabad, Masallı, Lənkəran, Şirvan(Əli-Bayramlı), Salyan, Nefçala, Sabirabad, Göyçay, Quba, Bakı, Sumqayıt və digər bölgələrdə yaşayırlar. Ümumiyyətlə Ölkəmizdə Yardımlı əsilli insanların sayı 200 mindən yuxarıdır. İkiyə bölünmüş Azərbaycanımızın mərkəzlərindən biri olmuş ƏRDƏBİL vilayətinin varisi sayılan indiki Yardımlı ucqar bir dağ rayonu kimi tanıtdırılsa da əslində ölkəmizin ən dilbər guşələrindən biri olaraq gözəlliyə meydan oxuyur. . .


  2. #2
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772
    Yardımlı şekilleri








Benzer Konular

  1. Cari vergi ödəmələri haqqında məlumat
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 12-29-2012, 12:24 PM
  2. Reinkarnasiya haqqında məlumat verərsiniz?
    By Baku in forum Mənəviyyat
    Cevaplar: 1
    Son Mesaj: 07-20-2010, 05:46 PM
  3. Allahın adları haqqında məlumat verərsiniz?
    By Baku in forum Mənəviyyat
    Cevaplar: 0
    Son Mesaj: 07-20-2010, 02:59 PM
  4. Ölüm haqqında maraqlı məlumat
    By AgLaYaN_BuLuD in forum Çayxana
    Cevaplar: 0
    Son Mesaj: 02-22-2010, 03:00 PM
  5. İllər haqqında məlumat
    By NuriyeV in forum Çayxana
    Cevaplar: 0
    Son Mesaj: 10-29-2009, 06:07 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.