İnzibati rayon - İmişli rayonu
Əhalisi-111.500 nəfər
Ərazisi-1890,2 (kv. km)
Bakı — İmişli-215 km
Yaranma tarixi-18 Aprel 1960-cı il
Ərazi vahidləri-Şəhər — 1;Qəsəbə — 2;Kənd — 48
İnzibati mərkəzi -İmişli şəhəri
Kəndləri-Bəhrəmtəpə qəsəbəsi, Aranlı, Hacırüstəmli, Qızılkənd, Qaradonlu, Çaharlı, Gövhərli, Məzrəli, Xubyarlı, Soltanmuradlı, Qaralar, Muradallar, Otuziki, Nurulu, Qulubəyli, Xəlfəli, Kürdmahmudlu, Murğuzallı, Xoşçobanlı, Qaraqaşlı, Mürsəlli, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili, Cavadxanlı, Rəsullu, Yalavac, Məhəmmədli, Göbəktala, Şahverdili, Qaraguvəndikli, Sarıxanlı, Əliqulular, Muradxanlı, Cəfərli, Boşcallar, Ağaməmmədli, Ağamallar, Oruclu, Hacımustafalı, Məmmədli, Əlyetməzli, Telişli, Allahmədədli, Ağaməmmədli.
İmişli rayonunun ərazisi Kür-Araz ovalığında Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisini ortadan kəsib keçir. Arazın sağ sahili Muğan düzünə, Arazın sol sahili isə Mil düzünə aiddir.
İmişli rayonu ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayirir.
İmişli ərazisinin Muğandakı sahəsini Muğanın İrandakı sahəsindən dövlət sərhədi ayırır. İmişli rayonu ərazisi düzən yerlər olduğuna görə keçmiş sərkərdələr, hökümdarlar bu yerlərdə müvəqqəti qalmaq üçün istifadə etmişlər.
Bu yerlər qədim Manna, Urartu, Midiya, Makedoniyalı İsgəndərin, İran Əhmənilər şahlarının, Ərəblərin, Səlçuqların, Monqollarin, Əmir Teymurun, Nadir şahın, Qacarın, rusların və onlarla fatihlərin, sərkərdələrin hücumlarina şahid olmuşlar.
Monqollarin Azərbaycana birinci yürüşü zamanı 1220-1221-ci illərdə onlar Muğanda qışlamışlar. Muxor və s. təpələr də çox yəqin ki, o illərin yadigaridir.
İndiki İmişli ərazisində keçmişdə tikilən qalalarin, karvansaraların, şəhər qalıqlarının izləri qalmamışdır.
Rayon ərazisində XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr var. Lakin həmin yerlərdə arxeoloji qazıntılar aparılmamışdır, odur ki həmin abidələr barəsində ətraflı məlumatımız yoxdur.
1930-cu ilin avqust ayinda Qaradonlu kəndi mərkəz olmaqla Qaradonlu rayonu adlandirilmişdir. Rayon mərkəzi olana kimi Qaradonlu “uyezd” idi və o əvəllər Salyan qəzasina , Cavad qəzasina tabe olmuşdur.
1938-ci ilin avqust ayinda rayon mərkəzi Baki-Nardaran dəmir yolunun Qaradonlu stansiyasi yaxinlığında İmişli kəndinə köçürülmüşdür. Həmin vaxtdan da rayon İmişli adlanir.
İmişli kəndi Qaradonlu stansiyasina ən yaxin və kiçik bir kənd olmuşdur.Kəndin adinin əmələ gəlməsi, mənasi hələ aydinlaşmamişdir. ”Yemişli”,”Gümüşlü”, “İbişli və ya İmiş” adlari ilə bağlılıq da fərziyyə olaraq qalır.
İmişli rayonu ərazisindı ilk məktəb 1906-ci ildə Qaradonlu ərazisində açilmişdir. Qaradonlu orta məktəbinin hazirki binasi isə 1922-23-cü illərdə tikilmişdir.
Rayon ərazisində ilk tibb ocağı-1913-cü ildə Çaxirli kəndində baş vermiş vəba ilə əlaqədar olaraq elə həmin il Qaradonluda tikilmiş Tauna qarşi mübarizə stansiyasi idi.
Yeni rayon mərkəzi olan İmişlidə ilk inzibati bina –“Qirmizi bina”-1937-1938-ci illərdə tikilmişdir.
1906-cı ildə Çarin fərmanina əsasən Rusiyani baş naziri Stolpinin aqrar islahatlari nəticəsində Qaradonlu ”Muğanstroy” qəsəbəsi tikilmiş, muğanda geniş suvarma şəbəkəsi qurumu və rusiyadan Azərbaycana köçürülən əhalinin hesabina İranla sərhəd zonalarda yeni kəndlər salinmişdir.
1951-1955-ci ildə tikilib istifadəyə verilmiş nəhəng Bəhrəmtəpə hidroqovşaği Milin və Muğanin suvarma sahəsindəki problemləri qismən aradan qaldirdi və kənd təssərüfati məhsullarinin surətli inkişfina səbəb oldu.
İmişli rayonunda hazırda 127,7 min nəfər əhali yaşayir. Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20% -ini işğal etmişlər ) məcburu çixarilmiş 35 minə yaxin qaçqın və məcburi koçkünlər yaşayırlar.
Rayon əhalisinin 36 min nəfəri İmişli şəhərində, 4,5 min nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır.
Rayonda 93 min hektar əkinə yararlı torpaq sahəsi vardır.Bunun da 62 min hektarı otlaq sahəsidir.
Suvarılan torpaq sahəsi 31 min hektardır ki, onun da 29 min hektarı şum altındadır.
Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsi vardır.
Rayonda 49 bələdiyyə fəaliyyət ğöstərir.İmişli şəhər,Bəhrəmtəpə qəsəbə və 47 kənd bələdiyyəsi 451 nəfər bələdiyyə üzvünü özündə birləşdirir.
İmişli rayonunun mərkəzi İmişli şəhəridir.Əvvəllər kiçik bir kənd olan İmişli rayon mərkəzi olandan sonra sürətlə inkişaf etməyə başladı.O 1944-çı ildə şəhər tipli qəsəbə, 1960-cı ildə şəhər statusu aldı.
İmişli şəhəri Araz çayinin sol sahilində Mil düzündədir. Azərbaycanin paytaxtı Baki şəhərindən 206km məsafədə yerləşir. Bakı- Naxçivan dəmir yolu üzərindədir.
İmişli şəhərindən keçən , Azərbaycan dəmir yolundan Ələt- Mincivan hissəsi 1936-cı ildə istifadəyə verilmişdir.
İmişli şəhərinin sürətlə böyüməsindən və abadlaşmasinda dəmiryolçular qəsəbəsinin salinmasi və burada onlara sosial , inzibati və mədəni obyektlərin tikilib istifadəyə verilməsi böyük rol oynadı.
Imişli xeyriyyəçiləri də rayonda aparilan tikinti və abadliq işlərində fəal iştirak edirlər.
Hazirda rayonda 3 neft-kimya sənayesi, 4 pambıq təmizlənməsi, 2 qum-çınqıl, 6 yeyinti sənayesi zavodu, bir neçə fabrik, keçmiş SSRİ məkanında analoqu olmayan Şəkər istehsalı zavodu fəaliyyət göstərir. İmişlidə 10.000 nəfərlik müasir stadion, 600 yerlik mədəniyyət sarayı, 100.000 kitab bazasına malik mərkəzi kitabxana, qədim antik eksponatları özündə cəmləşdirən tarix-diyarşunaslıq muzeyi, xüsusi arxitekturaya malik şahmat məktəbi, möhtəşəm Vəliyyül-əsr məçidi, Aranda ən böyük ticarət mərkəzi, yüzlərlə fərdi, sosial və inzibati binalar, unikal ağaclarla zəngin parklar, xiyabanlar, Böyük Vətən Müharibəsi, 20 Yanvar, 31 Mart qurbanlarının xatirəsinə ucaldılan abidələr bu gün hər bir imişli sakininin fəxr edə biləcəyi yerlərdəndir.