Re: AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ
Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ
Birliyi" MMC olan İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. İmişlidə 70 hektar ərazidə inşa olunan zavoda 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Gündəlik 5 min ton şəkər çuğunduru və min ton xam şəkərin emal olunduğu zavodda illik 300-350 min ton şəkər istehsal olunur. Şəkər çuğunduru becərilməsi üçün ayrılan 25 min ha. ərazidə 100 min nəfər işlə təmin olunub. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda fəaliyyət göstərir.
Azərbaycanda qurulan bu ilk Şəkər Zavodu bölgədə inkişafın başlanğıcı oldu. Bölgədə yaşayan çox saylı məcburi köçkün bu zavod ilə iş imkanı əldə etdi və gəlir səviyyəsi yüksəldi. Və bu Azərbaycanı iqtisadi cəhətdən daha da irəli çəkdi. Dünya standartlarına cavab verən İmişli Şəkər Zavodunun layihə və montaj işləri Türkiyə, Ukrayna və Polşa mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montajçılar tərəfindən həyata keçirildi. 83 milyon ABŞ dolları həcmində sərmayəyə ev sahibliyi edən İmişli xalqı da işlərin gedişindən məmnundur.
pay atonnan yeri biz bayaqdan sekil gozleyirik.bu hele shekerden dansihir. :mad: