İnzibati rayon - İmişli rayonu
Əhalisi-111.500 nəfər
Ərazisi-1890,2 (kv. km)
Bakı — İmişli-215 km
Yaranma tarixi-18 Aprel 1960-cı il
Ərazi vahidləri-Şəhər — 1;Qəsəbə — 2;Kənd — 48
İnzibati mərkəzi -İmişli şəhəri
Kəndləri-Bəhrəmtəpə qəsəbəsi, Aranlı, Hacırüstəmli, Qızılkənd, Qaradonlu, Çaharlı, Gövhərli, Məzrəli, Xubyarlı, Soltanmuradlı, Qaralar, Muradallar, Otuziki, Nurulu, Qulubəyli, Xəlfəli, Kürdmahmudlu, Murğuzallı, Xoşçobanlı, Qaraqaşlı, Mürsəlli, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili, Cavadxanlı, Rəsullu, Yalavac, Məhəmmədli, Göbəktala, Şahverdili, Qaraguvəndikli, Sarıxanlı, Əliqulular, Muradxanlı, Cəfərli, Boşcallar, Ağaməmmədli, Ağamallar, Oruclu, Hacımustafalı, Məmmədli, Əlyetməzli, Telişli, Allahmədədli, Ağaməmmədli.
İmişli rayonunun ərazisi Kür-Araz ovalığında Mil-Muğan düzündədir. Araz çayı rayon ərazisini ortadan kəsib keçir. Arazın sağ sahili Muğan düzünə, Arazın sol sahili isə Mil düzünə aiddir.
İmişli rayonu ərazisinin Mil düzündəki sahəsini Şirvan düzü ilə Kür çayı ayirir.
İmişli ərazisinin Muğandakı sahəsini Muğanın İrandakı sahəsindən dövlət sərhədi ayırır. İmişli rayonu ərazisi düzən yerlər olduğuna görə keçmiş sərkərdələr, hökümdarlar bu yerlərdə müvəqqəti qalmaq üçün istifadə etmişlər.
Bu yerlər qədim Manna, Urartu, Midiya, Makedoniyalı İsgəndərin, İran Əhmənilər şahlarının, Ərəblərin, Səlçuqların, Monqollarin, Əmir Teymurun, Nadir şahın, Qacarın, rusların və onlarla fatihlərin, sərkərdələrin hücumlarina şahid olmuşlar.
Monqollarin Azərbaycana birinci yürüşü zamanı 1220-1221-ci illərdə onlar Muğanda qışlamışlar. Muxor və s. təpələr də çox yəqin ki, o illərin yadigaridir.
İndiki İmişli ərazisində keçmişdə tikilən qalalarin, karvansaraların, şəhər qalıqlarının izləri qalmamışdır.
Rayon ərazisində XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeri və s. tarixi abidələr var. Lakin həmin yerlərdə arxeoloji qazıntılar aparılmamışdır, odur ki həmin abidələr barəsində ətraflı məlumatımız yoxdur.
1930-cu ilin avqust ayinda Qaradonlu kəndi mərkəz olmaqla Qaradonlu rayonu adlandirilmişdir. Rayon mərkəzi olana kimi Qaradonlu “uyezd” idi və o əvəllər Salyan qəzasina , Cavad qəzasina tabe olmuşdur.
1938-ci ilin avqust ayinda rayon mərkəzi Baki-Nardaran dəmir yolunun Qaradonlu stansiyasi yaxinlığında İmişli kəndinə köçürülmüşdür. Həmin vaxtdan da rayon İmişli adlanir.
İmişli kəndi Qaradonlu stansiyasina ən yaxin və kiçik bir kənd olmuşdur.Kəndin adinin əmələ gəlməsi, mənasi hələ aydinlaşmamişdir. ”Yemişli”,”Gümüşlü”, “İbişli və ya İmiş” adlari ilə bağlılıq da fərziyyə olaraq qalır.
İmişli rayonu ərazisindı ilk məktəb 1906-ci ildə Qaradonlu ərazisində açilmişdir. Qaradonlu orta məktəbinin hazirki binasi isə 1922-23-cü illərdə tikilmişdir.
Rayon ərazisində ilk tibb ocağı-1913-cü ildə Çaxirli kəndində baş vermiş vəba ilə əlaqədar olaraq elə həmin il Qaradonluda tikilmiş Tauna qarşi mübarizə stansiyasi idi.
Yeni rayon mərkəzi olan İmişlidə ilk inzibati bina –“Qirmizi bina”-1937-1938-ci illərdə tikilmişdir.
1906-cı ildə Çarin fərmanina əsasən Rusiyani baş naziri Stolpinin aqrar islahatlari nəticəsində Qaradonlu ”Muğanstroy” qəsəbəsi tikilmiş, muğanda geniş suvarma şəbəkəsi qurumu və rusiyadan Azərbaycana köçürülən əhalinin hesabina İranla sərhəd zonalarda yeni kəndlər salinmişdir.
1951-1955-ci ildə tikilib istifadəyə verilmiş nəhəng Bəhrəmtəpə hidroqovşaği Milin və Muğanin suvarma sahəsindəki problemləri qismən aradan qaldirdi və kənd təssərüfati məhsullarinin surətli inkişfina səbəb oldu.
İmişli rayonunda hazırda 127,7 min nəfər əhali yaşayir. Eyni zamanda rayon ərazisində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən (Azərbaycan ərazisinin 20% -ini işğal etmişlər ) məcburu çixarilmiş 35 minə yaxin qaçqın və məcburi koçkünlər yaşayırlar.
Rayon əhalisinin 36 min nəfəri İmişli şəhərində, 4,5 min nəfəri isə Bəhrəmtəpə qəsəbəsində yaşayır.
Rayonda 93 min hektar əkinə yararlı torpaq sahəsi vardır.Bunun da 62 min hektarı otlaq sahəsidir.
Suvarılan torpaq sahəsi 31 min hektardır ki, onun da 29 min hektarı şum altındadır.
Rayonda 1 şəhər, 1 qəsəbə və 48 kənd olmaqla 50 yaşayış məntəqəsi vardır.
Rayonda 49 bələdiyyə fəaliyyət ğöstərir.İmişli şəhər,Bəhrəmtəpə qəsəbə və 47 kənd bələdiyyəsi 451 nəfər bələdiyyə üzvünü özündə birləşdirir.
İmişli rayonunun mərkəzi İmişli şəhəridir.Əvvəllər kiçik bir kənd olan İmişli rayon mərkəzi olandan sonra sürətlə inkişaf etməyə başladı.O 1944-çı ildə şəhər tipli qəsəbə, 1960-cı ildə şəhər statusu aldı.
İmişli şəhəri Araz çayinin sol sahilində Mil düzündədir. Azərbaycanin paytaxtı Baki şəhərindən 206km məsafədə yerləşir. Bakı- Naxçivan dəmir yolu üzərindədir.
İmişli şəhərindən keçən , Azərbaycan dəmir yolundan Ələt- Mincivan hissəsi 1936-cı ildə istifadəyə verilmişdir.
İmişli şəhərinin sürətlə böyüməsindən və abadlaşmasinda dəmiryolçular qəsəbəsinin salinmasi və burada onlara sosial , inzibati və mədəni obyektlərin tikilib istifadəyə verilməsi böyük rol oynadı.
Imişli xeyriyyəçiləri də rayonda aparilan tikinti və abadliq işlərində fəal iştirak edirlər.
Hazirda rayonda 3 neft-kimya sənayesi, 4 pambıq təmizlənməsi, 2 qum-çınqıl, 6 yeyinti sənayesi zavodu, bir neçə fabrik, keçmiş SSRİ məkanında analoqu olmayan Şəkər istehsalı zavodu fəaliyyət göstərir. İmişlidə 10.000 nəfərlik müasir stadion, 600 yerlik mədəniyyət sarayı, 100.000 kitab bazasına malik mərkəzi kitabxana, qədim antik eksponatları özündə cəmləşdirən tarix-diyarşunaslıq muzeyi, xüsusi arxitekturaya malik şahmat məktəbi, möhtəşəm Vəliyyül-əsr məçidi, Aranda ən böyük ticarət mərkəzi, yüzlərlə fərdi, sosial və inzibati binalar, unikal ağaclarla zəngin parklar, xiyabanlar, Böyük Vətən Müharibəsi, 20 Yanvar, 31 Mart qurbanlarının xatirəsinə ucaldılan abidələr bu gün hər bir imişli sakininin fəxr edə biləcəyi yerlərdəndir.
İmişli Rayonu
Printable View
-
12-05-2008, 01:45 PMBakuİmişli Rayonu
-
12-24-2009, 02:23 AMGLAMOURKARe: İmişli Rayonu
Kombatin seklinide qoyardiz da bura. :D
-
12-24-2009, 10:22 AMDamla1Re: İmişli Rayonu
SSRİ məkanında analoqu olmayan Şəkər istehsalı zavodu fəaliyyət göstərir.
Deyirem axi niye bezi uzvler bele şirin dillidi bu forumda.Pesokdan o qeder yeyirler ki ... :D :D -
12-24-2009, 10:26 AMGLAMOURKARe: İmişli Rayonu
Deyirler pesok qittigi olacaq.Deyesen Kombat pesoklari levi satir. :-h?mm
-
12-24-2009, 10:28 AMDamla1Re: İmişli RayonuYox e qış tedarükü görür.gizledir :lol:Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
12-24-2009, 10:30 AMGLAMOURKARe: İmişli Rayonu
Forumda demaqoqluq gedir.Sapi ozumuzden olan baltalar.Serxani deyesen biz tuutduraciq. :D
-
12-24-2009, 01:09 PMje_demeureRe: İmişli Rayonu
:)
-
12-25-2009, 12:47 AMkombat80Re: İmişli Rayonu
Hee demeli Levi heee ,??? Demeli qisa tedaruk gorurem???
O zaman madamki ish sekerden dusdu Seker zavodu haqda yazaram! BAxin Zavodun mohtesemliyine :) -
12-25-2009, 12:49 AMGLAMOURKARe: İmişli Rayonuqoy baxaqda,da bashimiz beynimiz getdi. :al:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
12-25-2009, 01:00 AMkombat80AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ
AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİ
Birliyi" MMC olan İmişli Şəkər Zavodunun inşaat işlərinə 2003-cü ildə, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlanılmışdır. İmişlidə 70 hektar ərazidə inşa olunan zavoda 83 milyon ABŞ dolları məbləğində investisiya qoyulmuşdur. Gündəlik 5 min ton şəkər çuğunduru və min ton xam şəkərin emal olunduğu zavodda illik 300-350 min ton şəkər istehsal olunur. Şəkər çuğunduru becərilməsi üçün ayrılan 25 min ha. ərazidə 100 min nəfər işlə təmin olunub. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında qabaqcıl rol oynayan İmişli Şəkər Zavodu hazırda fəaliyyət göstərir.
Azərbaycanda qurulan bu ilk Şəkər Zavodu bölgədə inkişafın başlanğıcı oldu. Bölgədə yaşayan çox saylı məcburi köçkün bu zavod ilə iş imkanı əldə etdi və gəlir səviyyəsi yüksəldi. Və bu Azərbaycanı iqtisadi cəhətdən daha da irəli çəkdi. Dünya standartlarına cavab verən İmişli Şəkər Zavodunun layihə və montaj işləri Türkiyə, Ukrayna və Polşa mütəxəssislərinin nəzarəti altında azərbaycanlı mühəndis və montajçılar tərəfindən həyata keçirildi. 83 milyon ABŞ dolları həcmində sərmayəyə ev sahibliyi edən İmişli xalqı da işlərin gedişindən məmnundur. -
12-25-2009, 01:02 AMGLAMOURKARe: AZƏRBAYCAN ŞƏKƏR İSTEHSALAT BİRLİYİpay atonnan yeri biz bayaqdan sekil gozleyirik.bu hele shekerden dansihir. :mad:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
12-25-2009, 01:10 AMkombat80Re: İmişli Rayonu
İxracat xəritəmiz!
[
İSTEHSAL PROSSESİ VƏ ZAVODUN FƏALİYYƏTİ
Çuğundur qəbulu. Çuğundur silosları zavoda gətirilən çuğundurun boşaldılması və istehsalata daxil olmamışdan əvvəl müəyyən müddətə saxlanılması üçün nəzərdə tutulmuş, xüsusi konstruksiyaya malik olan, səthi betonla örtülmüş çuxurlardır. Çuğundur buradan istehsalata yüksək təzyiqli su vasitəsi ilə nəql olunur. Zavodun iki ədəd silosu vardır. Buradan saatda 200 ton çuğunduru istehsalata vermək mümkündür.
Ekstraksiya. Ekstraksiya prossesi çuğundur şirəsinin çıxarılmasında ən vacib mərhələdir. Diffuziya qülləsi, daxilində hərəkət edən xüsusi konveyorlara malik olan hündür avadanlıqdır. Burada, doğranmış çuğundur və isti su əks istiqamətdə hərəkət edərək şirə ifrazının daha məhsuldar olmasına şərait yaradır. Diffuziya qurğusunun gündə 5000 ton çuğundurdan xam şərbət əldə etmə qabiliyyəti var.
Şirə emalı. Diffuziya prossesində çuğundurun şirəsi çıxarılaraq saflaşdırılmasına başlanılır. Bunun üçün əhəng südündən istifadə edilir. Şirənin tərkibindəki qeyri şəkər maddələr çökdürülərək saflaşdırılmış şirə əldə olunur. Daha sonra təmizlənmiş çuğundur şirəsi evaporatorlarda buxarlaşdırılaraq yüksək konsentrasiyada məhlul əldə edilir. Evaporatorlar xüsusi daxili dizayna malik olan fasiləsiz buxarlaşdırıcılardır. İmişli Şəkər Zavodunda müxtəlif ölçü və tiplərdə evaporatorlar vardır.
Kristallaşdırma. Yüksək konsentrasiyada məhlul Rafinasiya sexinə verilir. Burada şirə vakum buxarlaşdırıcılarından keçərək ifrat doymuş hala gəlir. Bu şəraitdə kristal dənələrinin yaranması müşahidə olunur. Vakum buxarlaşdırıcıları Almanyanın Buckau R.Wolf, Krupp Teknik və BMA şirkətlərinin istehsalıdır.
Sentrifuqalar. Şəkər kristalları ilə doymuş kütlə sentrifuqalara verilir. Sentrifuqa avadanlığının vəzifəsi şəkəri suspenziyadan ayırmaqdır. Mərhələli prossesin sonunda məhsuldan əlavə melas əldə edilir. Melasın tərkibində bir miqdar şəkər var ancaq bu şəkəri melasdan ayırmaq səmərəli deyil. Bu avadanlıqlar Almanyanın BMA şirkətində istehsal olunmuş qurğulardır. Bu qurğuların hər biri gündə ortalama 600 ton kristal suspenziyasını emal etmək qabiliyyətinə malikdir.
Qurutma. Yaş şəkər sentrifuqalardan çıxaraq qurutma aparatlarına daxil olur. Bu avadanlıqlarda şəkər isti hava ilə əks istiqamətdə alçaq sürətlə nəql olunur. Bu prosses yaş şəkərin qurumasına səbəb olur. Cəmi üç ədəd Almanya istehsalı olan bu avadanlıqların hər birində gündə 500 ton yaş şəkəri qurutma imkanı vardır. Şəkər tamamilə qurudulduqdan sonra ələklərdən keçərək paketləmə bölməsinə göndərilir.
Paketləmə. Burada şəkər tozu torbalara doldurularaq transportyor vasitəsi ilə anbara göndərilir. Bölmə, İngiltərə istehsalı olan yarı-avtomatik paketləmə qurğuları ilə təmin olunmuşdur.
Anbarlar. İmişli Şəkər Zavodu xammal, material və məhsul anbarlarına malikdir. Məhsul anbarında torbalar yük maşınlarına və ya vaqonlara nəql olunur. Məhsul buradan yüklənərək yola çıxır. Məhsul anbarı, torbaların saxlanması üçün deyil, nəqliyyat vasitələrinə yüklənməsi üçün nəzərdə tutulmuşdur. Texniki anbarda zavodun ehtiyacı olan bütün köməkçi materiallar və ehtiyat hissələri saxlanılır. Xammal anbarından isə xam şəkərin saxlanılması üçün istifadə edilir.
Keyfiyyətə Nəzarət Laboratoriyası. İmişli Şəkər Zavodunda istehsalatın hər bir mərhələsində keyfiyyətə nəzarət sistemi fəaliyyət göstərir. Keyfiyyətə nəzarət xüsusi cihazlarla təmin olunmuş laboratoriyada 24 saat fasiləsiz olaraq aparılır. Laboratoriyada həm hazır məhsulun, həm də xammalın və köməkçi materialların analizləri aparılaraq beynəlxalq keyfiyyət normalarına uyğunluğu yoxlanılır. Bundan əlavə, istehsalatın ayrı ayrı mərhələlərinin də şəkər istehsalı normalarına uyğunluğu nəzarət altında saxlanılır. Laboratoriya, həm kimyəvi həm də mikrobioloji analizlərin aparılması üçün lazımi cihazlarla təchiz olunmuşdur. Burada əsasən polarimetrik, rəng testləri, konduksiya külü, sakarometrik, spektrofotometrik, kalorimetrik, digestiya, bulanıqlıq və s. analizləri göstərmək olar.
İstilik Elektrik Mərkəzi. İstilik Elektrik Mərkəzi qazan və turbin bölmələrindən ibarət olub İmişli Şəkər Zavodunu fasiləsiz olaraq elektrik enerjisi və buxarla təmin edir. Qazan bölməsi Rusiya istehsalı olan iki ədəd avtomatik rejimdə idarə olunan qazanlarla təmin olunmuşdur. Bu qazanların hər biri saatda 50 ton buxar vermə qabiliyyətinə malikdir. Turbin bölməsində Ukraynada dizayn olunmuş 12 MW gücə malik turbin mövcuddur.
Əhəng müəssisəsi. Əhəng sexi istehsalat prossesini xüsusi əhəmiyyətə malik olan əhəng məhlulu və karbon qazı ilə təmin edir. Əhəng məhlulu və karbon qazı şərbətin saflaşdırılmasında istifadə olunur. Müəssisədə iki ədəd əhəng sobası mövcuddur. Bunlardan biri Almanya istehsalıdır və gündə 200 ton əhəng daşını yandırmaq imkanı vardır. Bu soba koks kömürü ilə fəaliyyət göstərir. İranda istehsal olunan digər soba mazutla işləyir və gün ərzində 150 ton əhəng daşını yandıra bilir.
Su Hovuzları və Təmizləyici Qurğular. İmişli Şəkər Zavodunun işlətdiyi su dünyada qəbul edilmiş normalara uyğun təmizləmə prossesindən keçdikdən sonra istehsalata verilir. İçməli su eyni zamanda zavodun yataqxanalarında və digər xidməti sahələrində də istifadə olunur. Təmizləyici qurğular bölməsi saatda 200 m3 suyu təmizləyib ana xəttə verə bilir. Üç ədəd hovuz bölməni daimi olaraq su ilə təmin edir. Dizinfeksiya sistemi olaraq UV texnologiyasından istifadə olunur.
İstehsalat və Məişət Sularını Təmizləmə Sexi. Bu müəssisənin tikilməsinin səbəbi zavodun istehsalat və məişət sularının ekologiya üçün təhlükəsiz vəziyyətə gətirilməsidir. Müəssisə iki hissədən ibarətdir: Aerob-anaerob və məişət sularının təmizlənmə sexləri.
Daşkəsən Dağ Mədən Sahəsi. Daşkəsən mədən sahəsi Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən İmişli Şəkər Zavodunu əhəng daşı ilə təmin etmək üçün 2005 -ci ildə yaradılmışdır. Burada fasilələrlə bir gündə 300 ton daş hasil olunur. Əhəng daşı çıxarılmamışdan əvvəl xüsusi quyular qazılaraq filiz nümunələri İmişli Şəkər Zavodunun Keyfiyyətə Nəzarət Laboratoriyasına göndərilir. Burada aparılan analizlərə əsasən daşın standartlara uyğunluğu yoxlanılır. Əhəng daşı normalara uyğundursa, yataqda partlayış keçirilir və qazıntı işləri başlayır. Çıxarılan iri daşlar xırdalanır və yuyularaq tozdan təmizlənir. Daha sonra əhəng daşı dəmir yolu stansiyasına gətirilərək vagonlara yüklənir və buradan da İmişli rayonuna gətirilir.
Avtomatika və Prossesə Nəzarət. İmişli Şəkər Zavodunda istehsal prossesinin avtomatlaşdırılması layihəsi Polşa Respublikasında 2004 - 2005 -ci illərdə hazırlanmışdır. Hal-hazırda zavod layihədə nəzərdə tutulmuş həcmdə tam avtomatlaşdırılmışdır. Texnoloji prossesin ayrı-ayrı mərhələlərində şərbətin keyfiyyət parametrlərinə uyğun emal olunmağı avtomatik cihazlarla ölçülür. Bu cihazlar real dəyərləri qəbul edilmiş parametrlərlə (istilik, pH, Bx, səviyyə, təzyiq və s.) müqayisə edərək avadanlıqlara lazımi əmrləri göndərir və texnoloji rejimin stabil davam etməsinə nəzarət edir. Bu cihazlar Türkiyə, Almaniya, İngiltərə, Amerika və Ukraynada istehsal olunmuşdur.
Sosial xidmətlər. İmişli Şəkər Zavodu əməkdaşlarını sosial xidmətlərlə də təmin edir. Sosial xidmətlərə yataqxana, yeməkxana, istirahət klubu, tibbi xidmət sahələri aiddir. Yataqxanalar 4 ədəd üç mərtəbəli binalardan ibarətdir. Zavod növbəli iş rejimində işlədiyinə görə gündə üç dəfə yemək və qəhvəaltı verilir. İşçi klubunda zavod əməkdaşları boş vaxtlarında istirahət edirlər. Təcili tibbi yardım maşını ilə təchiz olunmuş tibb xidməti işçilərin sağlamlığının qayğısına qalır. -
12-25-2009, 01:13 AMGLAMOURKARe: İmişli Rayonu
seker qamishlari nece olur?
-
12-25-2009, 01:20 AMkombat80Re: İmişli Rayonu
[
[ -
12-25-2009, 01:21 AMGLAMOURKARe: İmişli Rayonu
sizin zavodda karicnivi qend duzeldirler?
-
12-25-2009, 01:26 AMkombat80Re: İmişli Rayonu
aha demeli indi keceyin sual cavaba. Beleki Merakli Glamourka suallara baslayib.
Azerbaycanda Şəkər şəkər qamışından yox Şəkər çuğundurundan alınlır. Şəkər Qamışı əsasən isti ölkələrda Cabubi Amerikada əsasən yetişdirilir. Və Azərbaycanda Şəkər Qamışından Hazırlanan Xam Şəkərdə emal edilere Rafine şəkər edilib satışa verilir.
Birdə Zavodumuzda Yalnız Şəkər Tozu alınır Qənd hazırlanmır. -
12-25-2009, 01:28 AMGLAMOURKARe: İmişli Rayonuonda siz pesok hazirlayirsiniz.bes qendi kim hazirlayir.yoxsa here evinde bishirir?muharibe vaxti edirdilere.1kq pesoka 3 stakan sud qoshub bishirirdiler.Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
12-25-2009, 01:34 AMkombat80Re: İmişli Rayonu
sen ne demoqoqluq edirsen! Ye qendivi Allaha sukr ele neyive lazim kim hazirliyir :D Guya ele Muharibeye gedecek :D
-
12-25-2009, 01:36 AMGLAMOURKARe: İmişli Rayonu:ceeAlıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
09-01-2010, 02:43 PMKralica_Re: İmişli Rayonu
[
[
[
[
[ -
09-01-2010, 03:06 PMKralica_Re: İmişli Rayonu
Imishlinin cox seklini cekdim,boyuk cixdigi ucun yerlesdire bilmedim.
-
09-01-2010, 03:19 PMKralica_Re: İmişli Rayonu
[img] [[/img
[
[ -
09-01-2010, 03:58 PMDamla1Re: İmişli Rayonu
Rəhmətlik Nizami Gəncəvi bu şəkilləri görseydi bele yazardi:
İmişli ne gözəldi nece qeşengdi
Yayı tozdu qışı palciqlıdı.....
Hər halda daha yaxşı qoşacaqdı :D
