1 sonuçtan 1 ile 1 arası
-
12-09-2009, 12:06 AM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Sevinc Arzulunun şeirleri
İÇİNDƏ
Mən qalmışam təkçə,tənha,
Azmışam min ər içində.
Sən demə bu aciz dünya,
Boğulurmuş şər içində.
Biz deyirdik dünya yalan,
Demə dünya özü yalan,
Nədir bu dünyada qalan,
Cavab axtar sər içində.
Dağılıbdır dünyam mənim,
Uçulubdur qayam mənim,
Qorxuludur rö`yam mənim,
Ayılıram tər içində
AY ATA
Yuxuma gəlmişdin gecə,
Sən olduun mehman,ay ata.
Bilsəm sevinirdim necə,
Fərəhim ümman ,ay ata.
Dedik,danışdıq güldük biz,
Dərd-səri yarı böldük biz,
Yenə sahilə gəldik biz,
Dayandı zaman,ay ata.
Həsrət qaldım gülüşünə,
Asta-asta yerişinə,
Bir gün bizə gəlişinə,
Qalmadı güman,ay ata.
Hicran köçün saldı yenə,
Toy-düyünlər qaldı yenə,
Sevinc deyər aldı yenə,
Dağları duman,ay ata.
HARDASAN
Sən sanki göylərdən enmiş bir mələk,
Bəxtin qara yazdı amansız fələk,
Qayit gəl,kədəri səninlə bölək,
Həsrətdən az qalır donam,hardasan,
Başına döndüyüm anam, hardasan.
Sən mənə ömürlük etmisən zülüm,
Alışıb yanıram ,görünmür külüm,
Bircə anam vardı, apardı ölüm,
Büstünü əlimlə yonam, hardasan,
Başına döndüyüm anam, hardasan
Niyə dərdli etdin bircə qızını,
Sən daha çəkməzsən nəvə nazını,
Qarlı qış eylədin güllü yazını,
Saçları ağarmış sonam,hardasan,
Başına döndüyüm anam,hardasan.
Neçə ildir itirmişəm Atamı,
Ətri qalan bir qızılgül butamı,
Qoy ruhunuz bağışlasın xatamı,
Ordusu məhv olmuş xanam, hardasan,
Başına döndüyüm anam, hardasan.
ANA
Yenə quçaqlayıb soyuq qəbrini,
Ağlaraq çəkirəm həseət qəhrini
Bilmədik vaxtında sənin qədrini,
Şəklini köksümə sıxıram Ana.
Qəbriniz önündə mən əyirəm baş,
Hey axır, qurtarmır ğözlərimdə yaş,
O sizli günlərim bir dönəydi kaş,
Qəm ilə qəlb evin yıxıram Ana.
Yenə də könlümə sərin meh əsə,
Həsrətəm bir şirin,bir doğma səsə.
Atalı-analı olan bir kəsə,
İndi mən həsrətlə baxıram Ana.
Həmişə doğruyuq, həmişə düzük,
İstidə zirvəyik, soyuqda düzük,
Yadigar qalıbdır mənə bir üzük,
Mən onu nisgillə taxıram Ana.
Fikirdən ləçəyi soluxmuş güləm,
İstisi soyumuş bir qoram, küləm,
Gah sakit Alazan,gah dəli Kürəm,
Araza qoşulub axıram Ana.
Qəlbimi atəşə yaxıram Ana.
YAXTIDIR İNDİ
Çən, duman çökübdür gülzarım üstə,
Bir qara rəng gəlib güzarım üstə,
Diz çöküb bu qoşa məzarım üstə,
Sel tək çağlamağın vaxtıdır indi,
Ana, ağlamağın vaxtıdır indi.
Mənim düz sözümə uymadın nədən,
Qəlbümdən keçəni duymadın nədən,
Bizə qəm verməkdəın doymadın nədən,
Qara bağlamağın vaxtıdır indi,
Ana , ağlamağın vaxtıdır indi.
Mən sizi anaram hər addımbaşı,
Könlümə hey axar gözümün yaşı,
Durubdur önümdə qoşa baş daşı,
Ürək dağlamağın vaxtıdır indi,
Ana,ağlamağın vaxtıdır indi.
ANA
Bir yaş gələr yaşım ustə,
Daş yığılar daşım ustə,
Göy guruldar başım ustə,
Qəm yayılar asimana.
Bənövşə tək qoşa bitək,
Lalələr içində itək,
Ulduzları mirvari tək.
Qoy boynundan asım, ANA.
Getdin, qopdu qiyamətim,
Azalıbdır dəyanətim,
Verilməyir öz qiymətim,
Səndin əsl xasım,ANA.
Şirin danışıb dinənim,
Ölüm atın tez minənim,
Həsrətin çəkdiyim səni,
Daş bağrıma basım,ANA.
Qoyma kədər öndə olsun,
Lal həsrətim ündə olsun,
İlinlə bir gündə olsun,
Ölsəm,mənim yasım,ANA.
AĞLA YAR
Günü-gündən uzaqlaşıb gözümdən,
Lal könlümü ayırdın da özümdən,
Od almadın lalə rəngli közümdən,
Həsrətimdən dağ çayı tək çağla yar,
Mənim üçün göz yaşı tök,ağla yar.
Bilirsənmi necə yaşadım sənsiz,
Gündüzü də gecə yaşadım sənsiz,
Gənc ömrümü heçə yaşadım sənsiz,
Gəkdirdiyin zülm gəlməz ağla, yar
Mənim üçün göz yaşı tök,ağla yar.
Bir gün görüş baş tutacaq nəhayət,
Gülüm,ovaxt danışarsan hekayət,
Həyat qoşar min əfsanə,hekayət,
İnanmaram daha rəngli nağla,yar.
Mənim üçün göz yaşı tök,ağla yar.
Qəm dumanın dağıtmaz ki yel,səba,
Etdiklərin,fələk, gəlməz hesaba,
Dözəmmirəm çəkdirdiyin əzaba,
Qəm qapısın möhkəm-möhkəm bağla,yar.
Mənim üçün göz yaşı tök,ağla yar.
Zalım fələk məni yaman xar etdi,
Qulağını ah-naləmə kar etdi,
Qəm çölünə yağan bəyaz qar etdi,
Ürəyimə az sitəm et, dağla yar.
Mənim üçün göz yaşı tök,ağla yar.
QEYB OLAN İLLƏR
Qəlbimə tuşlanan min oxa döndü,
Kədərim hey artdı , lap çoxa döndü,
Heçlikdə əridi , bir yoxa döndü,
Qızılgül tək həsrətdən solan illər.
Günəş tək zirvədən enməyəcəkdir,
Könüldə od-atəş sönməyəcəkdir,
Bir daha geriyə dönməyəcəkdir,
Səninlə birlikdə qeyb olan illər
Bulud tək gözləri hey dolan illər.
Üzümə həsrətlə baxıb gedibdir,
Ayrılıq üzüyün taxıb gedibdir,
Kür kimi dənizə axıb gedibdir,
Səninlə birlikdə qeyb olan illər.
Mənim tək pərişan , həm nalan illər.
Duman yenə dağdan asılı qalıb,
Qar yağıb , buz yollarr kəsili qaıb,
Səninlə birlikdə qeyb olan illər,
Darıxıram tənha , tək qalan illər.
Sən getdin , sevinc də məni tərk etdi ,
Əynimə qəm qarın bəyaz soyuq kürk etdi ,
Deyən hamıdan çox mənə ərk etdi ,
Səninlə birlikdə qeyb olan illər
Ayrılıqdan saçını yolan illər
HƏSRƏT
Özünə zil qara libas alıbdır,
Nakamlarçun yeni bir dəb salıbdır,
Qəlbi qan ağlayır, tənha qalıbdır,
Bir vaxtsız sevdanın duludur həsrət.
Köhnə dəyirmanın tək soğulubdur o,
Özü öz içində boğulubdur o,
Sanırdım mənimçün doğulubdur o
Sən demə uludan uludur həsrət.
Rastlaşsa səninlə bil, verməz xeyir,
Əyninə daima tül paltar geyir,
Fələyin əmrinə-“Baş üstdə”-deyir,
Möhnətin,nisgilin quludur həsrət.
NƏYİNİ SEVİM
Bir gözü ağlayır,bir gözü gülür,
Mən belə dünyanın nəyini sevim,
Daim havasından kədər tökülür,
Mən belə dünyanın nəyini sevim.
Deyirlər yyenə də zəlzələ gəzir,
İnsanlar içində vəlvələ gəzir,
Olum ölüm ilə əl-ələ gəzir,
Mən belə dünyanın nəyini sevim,
Bir kimsə çəkəmməz nazımı mənim,
Payıza döndərib yazımı mənim,
Daha da azaldıb azımı mənim.
Mən belə dünyanın nəyini sevim,
ÇAŞIB GƏLMİŞƏM
Gəncliyi tez ötən pərimişəm mən,
Yaramı çiçəklə sərimişəm mən,
Sənsiz gilə-gilə ərimişəm mən,
Sel olub dağları aşib gəlmişəm.
Odlandım,qalmadı külüm gizlicə,
Həmişə çəkirdim zülüm,gizlicə,
Sənsiz darıxırdım,çülüm gizlicə,
Qəlbimdə hisslərim daşıb gəlmişəm.
Çətin ki yenə də coşa qanımız,
Daha heç qalmayıb yarı canımız,
Bilirəm, gecikib vüsal anımız,
İndi bu görüşə çaşıb gəlmişəm.
SƏN DEMƏ
Çəkilməzdir dərd-ələmi qədərin,
Çox ağırdır borc-sələmi qədərin,
Qırılaydı kaş qələmi qədərin,
Bu yazıya pozu yoxmuş sən demə.
Taleyimdirfərəhimi kəm çəkən,
Ala gözlər buludlardan nəm çəkən,
Sanırdım ki,təkcə mənəm qəm çəkən,
Dərd-kədərin azı yoxmuş sən demə.
Sis,çən salıb dağ üstünə tüllərin,
Şəbnəm qonub yanağına güllərin,
Mən Sevincəm,gəzdim bütün elləri,
Həyatından razı yoxmuş,sən demə.
DÖNÜB GƏLMİŞƏM
Xəzərim arzularar qoynunda yatıb,
Gecələr Günəşlə yüsala çatıb,
Dərdimi,qəmimi başımdan atıb,
Ağ murad atına minib gəlmişəm.
Sən olub keçəni həsrətlə an ki,
Vüsalsız eşqinin oduna yan ki,
Heyrətlə baxırsan üzümə,sanki,
Mələk tək göylərdən enib gəlmisən.
Yolumu vüsalın qoynundan saldım,
Ətrini tər güldən,çiçəkdən aldım,
Mən sənsiz fikirli,mən sənsiz laldım,
İndi şeir-sözlə dinib gəlmişəm.
Yenə də qayğısız qıza dönmüşəm,
Kədəri,qüssəsi aza dönmüşəm,
Kim deyir soyuyub buza dönmüşəm,
Kim deyir atəşim sönüb, gəlmişəm.
Tək səni dərdimə bir çərə bilib,
Mən gəzdim Şirvanı,aradım Mili,
Silibən ömrümdən bu neçə ili,
Əvvəlki Sevincə dönüb gəlmişəm.
ƏL ÇƏK KÖNÜL
Fərəh hissin kəm olacaq,
Ala gözün nəm olacaq,
Ürəyinə qəm dolacaq,
Bu sevdadan əl çək könül.
Gen yolların daralmamış,
Ağ buludlar qaralmamış,
Rəngin solub saralmamış,
Bu sevdadan əl çək könül.
Qəmi qəlbdən getməyəcək,
Heç vaxt vəslə yetməyəcək,
Səni xoşbəxt etməyəcək,
Bu sevdadan əl çək könül.
Yazı yazdı qədər belə,
Ömür getdi hədər belə,
Qüssə elə,kədər belə,
Bu sevdadan əl çək könül.
Qəlb evini sökdün yenə,
Dizi üstə çökdün yenə,
Göz yaşları tökdün yenə,
Bu sevdadan əl çək könül.
DAR AĞACINDAN
De ,əlindən hara gedim
Acını da bal tək yedim
Bircə dəfə haqqı dedim.
Asıldım dar ağacından
Göydən qar təkin ələnmə
Bəyaz rəngə heç bələnmə
Kölgəsində kölgələnmə
Uzaq dur xar ağacından
Qəlb otağı qəm əhəngli
Könül notu dərd ahəngli
Al gülləri günəş rəngli
Göz çəkməm nar
GÖZ MUNCUĞU
Su qayadan süzülübdür
Gül budaqdan üzülübdür
İpək sapa düzülübdür
Ürəyimin söz muncuğu
Kür Arazla yarışır bax
Sonda sular qarışır bax
Tək özünə yaraşır bax
Hər insanın öz muncuğu
Fələk vəslin işin əyir
Heç görməzsən ondan xeyir
Ğülüm sənə tez göz dəyir
As üstündən ğöz muncuğu
QARA GÖZÜN İŞIĞINDA
Xəzər dərin keçəmməzsən,
Suyu soyuq ,içəmməzsən,
Həqiqəti seçəmməzsən,
Sönmüz közün işıqında.
De, vüsaldan nə tez doydun,
Həsrətinlə qəlbim oydun,
Kölgəsində məni qoydun,
Durdun özün işığında.
Araz kimi burularam,
Saflaşaram,durularam,
Gülüm,çətin yorularam,
Qara gözün işığında
OLANIM MƏNİM
Qəlb ağlar telində dəni görəndə,
Üzünü bürümüş çəni görəndə,
Elə ki rastlaşdıq,məni görəndə,
Sevincdən gözləri dolanım mənim.
Məhəbbət nemətdir şirin pay kimi,
Məcraya sığmayır dəli çay kimi,
Gör necə uzaqsan günəş ,ay kimi,
Ayrılıq əlindən solanım mənim.
Nisgilli könlümə saçmadın ətir,
Mənim qəm bağımda yad bülbül ötür,
İstərsən xara ver ,istərsən götür,
Neynəyim,tək budur olanım mənim.
YOLLARDA
Vaxtsız sevda qəlbdə daş tək,
Gözdən gələr qanlı yaş tək,
Gəncliyimi bir daş-qaş tək,
Saldım yollarda,yollarda.
Artırar od-köz gücümü,
Göstərərəm söz gücümü,
İlahidən öz gücümü,
Aldım yollarda,yollarda.
Taleyini seçib getdin,
Xəyalımdan keçib getdin,
Quşlar kimi köçüb getdin,
Qaldım yollarda,yollarda
İLAHİ
Ürəyimdə həsrətinin yeri var,
Bu sevgini məndən alma ilahi.
Yağmasın üstünə nə yağış,nə qar,
Bu sevgini məndən alma,İlahi.
Ürəyimdə bir sirr kimi saxlanar,
Qızılgül tək ətirlidir,qoxlanar,
Qorxuram ki nəzər dəyər,oxlanar,
Bu sevgini məndən alma ,İlahi.
Sevinc deyər gülsün üzə səadət,
Mənim olmasa da qoy olsun xoşbəxt,
Vüsala yetməyir çox vaxt məhəbbət,
Bu sevgini məndən alma,İlahi.
İLAHİ
Mənə dərd bəxş etdi bu məhəbbətim,
Tükənib taqətim,dözüm-qüvvətim,
Belə yaşamağa çatmır qüdrətim,
Göz yaşlarım sanki Kür,Nil İlahi,
Bu sevgini qəlbimdən sil,İlahi .
Sağalmayır xəstəliyim ,azarım,
Qəm çölünə düşüb mənim güzarım,
Diri ikən qazılıbdır məzarım,
Ağı deyər dodaqla dil,İlahi,
Bu sevgini qəlbimdən sil,İlahi.
Qəm çəkməyin əzabı çox,xeyri yox,
Bu vüsalın deyən mənə meyli yox,
Kim söyləyir indi Əsli,Leyli yox,
Onlar ilə məni tən bil, İlahi,
Bu sevgini qəlbimdən sil,İlahi.
Dərd ilanı boğazıma dolanıb,
Hal-əhvalım Araz kimi bulanıb,
Ala gözüm nəmlənərək sulanıb,
Göz yaşlarım durulmaz Nil,İlahi,
Bu sevgini qəlbimdən sil,İlahi.
Vaxtsız sevda zəhər kimi udular,
Göy buludlar göz yaşımı yudular,
Qorxuram ki,ağlamaqdan tutular,
Çəkmə ala gözümə mil,İlahi,
Bu sevgini qəlbimdən sil,İlahi.
,
YA ILAHI, ÖZÜN MƏNƏ KÖMƏK OL
Yox yerdən möhtəşəm qala qurmusan,
Zalımların bəd işini burmusan,
Hamımızın keşiyində durmusan,
Yenə də pislərlə doludur sağ-söl,
Ya İlahi,özün mənə kömək ol,
Zülmət dünyamıza işıq saçarsan,
Şeytandan daima uzaq qaçarsan,
Bağlı qapıları üzümə açarsan,
Dərgahına uzanıbdır iki qol,
Ya İlahi, özün mənə kömək ol.
Hərdən soyuq əsir şimal küləyi,
Məndən uzaqlaşır ilham mələyi,
Ürəyimdə qalır arzu, diləyim,
Nədən belə sevincim az, qəmim bol,
Ya İlahi, özün mənə kömək ol.
Mən görmüşəm ayrılığın dadını,
İnsanların döğmasını, yadını,
Ürəyimə həkk etmişəm adını,
Dirilik suyu tək damarıma dol,
Ya İlahi,özün mənə kömək ol.
Bir kimsəyə aldanmadım, enmədim,
Şair oldum,alovlandım sönmədim,
Nə cahilə, nə kafirə dönmədim,
Göstər mənə qaranlıqda nurlu yol,
Ya İlahi, özün mənə kömək ol.
ALLAH
Bir belə əzabçun, bir belə qəmçün,
Mən sənə borcluyam,borcluyam ALLAH.
Qoy dua eyləyim taleyi kəmçün,
Yanında günahkar,suçluyam,ALLAH.
Sən mənim qəlbimə parlaq nur verdin,
Könlün qəm siminə “Segah”,”Şur”,verdin,
Şeriyyət çayını daha gur verdin,
İndi mən hamıdan güclüyəm,ALLAH.
Bu əzab,bu kədər yol yoldaşımdır,
Çəkdiyim iztirab qan qardaşımdır,
Ağrılar,acılar can sirdaşımdır,
Əzəldən ayrılıq köçlüyəm,ALLAH.
Mən dəli sevdasız heçliyəm, ALLAH.
TANRIM,SƏNƏ MİNNƏTDARAM
Günəş ömrə nur çilədi,
Ziyasını gur çilədi,
Qəlb yanğıma “Şur” çilədin,
Tanrım,sənə minnətdaram.
Kim deyir qəlb aram oldu,
Məhəbbət dərd yaram oldu,
Yaşam mənə haram oldu,
Tanrım,sənə minnətdaram.
Həyatı sərt verdiyinçün,
Vəsli namərd verdiyinçün,
Bir belə dərd verdiyinçün,
Tanrım.sənə minnətdaram.
Nə azımı çöx eylədin,
Nə qəmimi yox eylədin,
Eşqi qəlbə ox eylədin,
Tanrım,sənə minnətdaram.
Dünyanın qəm yaşı ollam,
Həsrət ilə yaşıd ollam,
Hicranıyla yaşa dollam,
Tanrım, sənə minnətdaram.
QAYIT
Kim verib fələyin həsrət behini,
Dərd nuru qurutdu çiçək şehini,
Əsdir başım üstdə vüsal mehini,
Dağılsın çiskinim,dumanım qayıt.
Bəyaz dən şəvə tək telinə düşüb,
Ürəyim hicranın selinə düşüb,
Bir vaxtsız sevdanın fe`linə düşüb,
Məndən saf duyğular umanım,qayıt.
Məni bu aləmə məhəbbət bağlar,
Ah çəksəm dünyanın təməli laxlar,
Qəlbində tək mənim sevgimi saxlar,
Həyata gözünü yumanım, qayıt.
BU QIZIN
Heç özü də bilmir nə istəyir nə.
Yenə də dolubdur gözü bu qızın,
Niyə qovuşmadı istədiyinə,
Sönməyir atəşi,közü bu qızın.
Tanrı necə gözəlliklər yaradır,
Fikr etməkdən sevən qəlbi yaradır,
Heç dilindən əskik olmur yar adı,
Məhəbbətdir söhbət-sözü bu qızın.
Yarəb, çətin özgəsinə meyl edə,
Fələyin bəd işlərininxeyr edə,
İstəyirəm göz dolusu seyr edəm,
Gözəllikdir elə özü bu qızın.
NƏYİM QALDI
İcazə ver gedim,dünya
Daha səndə nəyim qaldı.
İstədiyim edim dünya,
Daha səndə nəyim qaldı.
Ümidlərim külə dönmüş,
Üzüm solğun gülə dönmüş,
Ruhum mavi tülə dönmüş,
Daha səndə nəyim qaldı.
Qəm karvanın ötürmüşəm,
Özümə pay götürmüşəm,
Sevdiyimi itirmişəm,
Daha səndə nəyim qaldı.
Bəyaz saçım saralammaz,
Ala gözüm qaralammaz,
Ürəyimi yar alammaz,
Daha səndə nəyim qaldı.
Məhəbbətin sonu puçmuş,
Qəlbən sevmək böyük suçmuş,
Ümidlərim quş tək uçmuş,
Daha səndə nəyim qaldı.
AŞİQ
Yoı üstündə boynun burub,
Qalan aşiq,qalan aşiq.
Qəm əlindən məni durub,
Alan aşiq,alan aşiq.
Dəymədüşər,cığalmısan,
Saçlarıma sığalmısan,
Sən də mənim tək qalmısan,
Nalan aşiq,nalan aşiq.
Bahar don geyməz xəzəldən,
Zövq alaq şe`rdən, qəzəldən,
Bu dünya özü əzəldən,
Yalan aşiq,yalan aşiq.
Yar çətin yarsız keçinə,
Qoşula yarın köçünə,
Düşüb saf eşqin içinə,
Talan aşiq,talan aşiq.
Sevinc qəmdən qaçmayacaq,
Aləmə nur saçmayacaq,
Solub daha,açmayacaq,
Lalan aşiq, lalan aşiq.
BU YOL...
Bu yol heç qurtarmır, mən ha gedirəm,
Dərdimə söykənib tənha gedirəm.
Yol ilə gedirəm gecə və gündüz,
Bu yol hey uzanır,uzanır dümdüz.
Bu yolun yoxmudur görən heç sonu,
Bu yol soyunubdur yamyaşıl donu,
Bu yola tökülən sarı xəzəldir,
Bu yolun harası,nəyi gözəldir.
Bu yolda çovğun da,qar da görmüşəm,
Rəqib də görmüşəm, xar da görmüşəm,
Bu yolun üstündə ildırım çaxır,
Buyol çaylar kimi dənizə axır,
Bu yolda büdrəmək,yıxılmaq olmaz,
Bu yolda utanmaq,sıxılmaq olmaz.
Bu yol harda bitir, gülüm, bilinməz,
Bu yolda yanaram,külüm bilinməz.
Bu yolun qayası, daşı çox olar,
Nədən gözlərimin yaşı çox olar,
Bu yol kədər ilə,qəm ilə dolı,
Yaman çətin yolmuş Sevincin yolu.
NƏ VERDİ GÜLÜM
Azalmayan qəlb ağrısı bəxş etdi,
Soyumayan can yanğısı bəxş etdi,
Qurtarmayan eşq qayğısı bəxş etdi,
Alışaraq yandım,qaldı tək külüm,
Səni sevmək mənə nə verdi ,gülüm.
Qapımızı döymədi bir ilk bahar,
Pozuldu əhd- peyman,pozuldu ilqar,
Göydən yerə ələnmədi yağiş-qar,
Yetişərək saralmadı sünbülüm,
Səni sevmək mənə nə verdi,gülüm.
Oldum sənə mən sadiq yar,ağladım,
Çaldı kaman,dilləndi tar,ağladım,
Gah gizlı,gah da aşikar ağladım,
Göz yaşımdan al geyindi ağ tülüm,
Səni sevmək mənə nə verdi,gülüm.
Sevincəm,həyatım canlı abir kitab,
Ürəyim hicrana gətirərmi tab,
Ömrüm boyu görəcəyəm min əzab,
Bu yolda çəkdim mən iztirab,zülüm,
Səni sevmək mənə nə verdi gülüm.
QARAÇI
Sular tək durulub axırsan qəmli,
Şimşək tək səmada çaxırsan qəmli,
De,nədən üzümə baxırsan qəmli,
Vurma ürəyimə oxu, qaraçı,
Bəxtimi əlimdən oxu,qaraçı.
Ğizliçə alışan atəş-qormuşam,
Bu yolları yorum-yorum yormuşam,
Qızılı da,gümüşü də görmüşəm,
İstəmirəm varı-yoxu,qaraçı,
Bəxtimi əlimdən oxu,qaraçı.
De,nədən belədir bəxtim,taleyim
Çoxdan uçub gedib qartalım,leyim,
Köhnə dost-tanışdan vardir gileyim,
Unudubdur məni çoxu,qaraçı,
Bəxtimi əlımdən oxu,qaraçı.
Başıma yağıbdır dağların qarı,
Neynirəm dövləti, neynirəm varı,
Dərdimə yanan yox ,birçə sən barı,
Bir ümid çələngin toxı,qaraçı.
Mən Sevinçəm,özüm də bir şamanam,
Heç yaxşı gəlmədi dövri- zamanam,
Olacaqlar ürəyinə damanam,
Çin çıxar gördüyüm yuxu, qaraçı,
Bəxtimi əlimdən oxu,qaraçı.
AĞ-QARA MƏNİ
Ürəyimdə xoş diləklər,
Başım üstdə ağ mələklər,
Görən bu dəli küləklər,
Aparacaq hara məni.
Hey yol gedir qəmli karvan,
Mənəm bu karvana sarvan,
Şəklimi çəkməyin əlvan,
Rəsm edin ağ –qara məni.
Bir soyuq baxışda ölsəm,
Tufanda,yağışda ölsəm,
Ğülüm,əgər qışda ölsəm,
Tapşırın ağ qara mənı.
GEDİB
Ürəyimdə lal agrı var,
Taqətimi alıb gedib.
Qəlb dünyamda kal oğru var,
Hüsslərimi calıb gedib.
Yağdımı hicran leysanı,
Verilibmi qəm ehsanı,
Vaxtsız köçən bir insanın,
Ruhu mənə qalıb gedib.
Kaş fələyin boyu sına,
Xain çıxasoyu,sına,
Həsrətin kor quyusuna,
Kədər məni salıb,gedib
KƏM NAXIŞI
Səma axır üstümüzə,
Şimşək çaxır üstümüzə,
Nədən yağır üstümüzə,
Dərr göyünün qəm yağışı.
Vüsal vəslə yetməyir ki,
İstədiyin etməyir ki,
Heç gözümdən getməyir ki,
Onun qəmli baxışı.
Könül qəmə dözə bilməz,
Dərd çəkməkdən bezə bilməz,
Gülüm,.kimsə poza bilməz,
Tale çəkən kəm naxışı.
OLDU
Kədər ilə fərəhin,
Gecə ilə səhərin,
Gülüş ilə qəhərin,
Mükaliməsi oldu.
Fələk,gəlməyir səsin,
Göz yaşım demək bəsin,
Könlümdə acı hissin,
Mühakiməsi oldu.
Qəlbdə qəm yaradanın,
Eşq gölü qurudanın,
Sevdiyin unudanın,
Lal məhkəməsi oldu.
OLDUM
Yad qapını döymədim.
Heç xatirə dəymədim,
Kədərə baş əymədim,
Qüssəyə təslim oldum.
Fərəh azca,möhnət bol,
Qəmə çıxar dərdli yol,
Hicrana olmadım qul,
Həsrətə təhkim oldum.
İl ötdükcə çökülən,
Kərpic-kərpic sökülən,
Vərəq-vərəq tökülən,
Saralmış təqvim oldum.
İSTİ SİNƏ
Sevincdən fərəh çıxılır,
Qəlb sarayı nəm,yıxılır,
Ürəyim tez-tez sıxılır,
Dözməm yayın istisinə.
Dərd kədərlə bəhs eyləyir,
Hər günümü nəhs eyləyir,
Ay Günəşi əks eyləyir,
İşığı nə ,istisi nə.
Yarəb,nolar, suçumdan keç,
Məni xoşbəxt bir bəndə seç,
Qismətiməö düşmədi heç,
Qaynar ürək,isti sinə.
SIXILIBDIR
Uzaq dur əcəl-oğrudan,
Ayrı düşmə düz-doğrudan,
Həsrət adlı qar-çovğundan,
Könül evim yıxılıbdır.
Yenə qəm zəngi çalındı,
Hicrana körpü salındı,
Sonunda mənfi alındı,
Azdan çoxu çıxılıbdır.
Üzüldüm gül dəstəsindən,
Ağlaram qəm bəstəsindən,
Bu sevdanın istisindən,
Lal ürəyim sıxılıbdır.
AĞLA YAR
Günü-gündən uzaqlaşıb gözümdən,
Lal könlümü ayırdın da özümdən,
Od almadın lalə rəngli közümdən,
Həsrətimdən dağ çayı tək çağla yar,
Mənim üçün göz yaşı tök,ağla yar.
Bilirsənmi necə yaşadım sənsiz,
Gündüzü də gecə yaşadım sənsiz,
Gənc ömrümü heçə yaşadım sənsiz,
Gəkdirdiyin zülm gəlməz ağla, yar
Mənim üçün göz yaşı tök,ağla yar.
Bir gün görüş baş tutacaq nəhayət,
Gülüm,ovaxt danışarsan hekayət,
Həyat qoşar min əfsanə,hekayət,
İnanmaram daha rəngli nağla,yar.
Mənim üçün göz yaşı tök,ağla yar.
Qəm dumanın dağıtmaz ki yel,səba,
Etdiklərin,fələk, gəlməz hesaba,
Dözəmmirəm çəkdirdiyin əzaba,
Qəm qapısın möhkəm-möhkəm bağla,yar.
Mənim üçün göz yaşı tök,ağla yar.
Zalım fələk məni yaman xar etdi,
Qulağını ah-naləmə kar etdi,
Qəm çölünə yağan bəyaz qar etdi,
Ürəyimə az sitəm et, dağla yar.
Mənim üçün göz yaşı tök,ağla yar.
ARASINDA
Sal qızıldan taxt tapdın,
Qovuşmağa baxt tapdın,
Qəlb açmağa vaxt tapdın
İki daş arasında.
Həsrətdən yol salmışam,
Vəslin səsin almışam,
Özüm çaşıb qalmışam,
Sinnlə yaş arasında.
Kəmər belə yaxındır,
Mizrab telə yaxındır,
Əcəl elə yaxındır,
Gözlə qaş arasında.
Vüsal azadlıq qitəm,
Dünya çəkilməz sitəm,
Sağı həsrət , solu qəm,
Qalma kaş arasında.
Göydə ulduz batmayır,
Yə`qin qəmdən yatmayır,
Oksigenim çatmayır,
Qoşa haş arasında.
GEDƏK
Ürəyimiz qəmdən ağlar,
Yolumuzu fələk bağlar,
Aramızı kəsib dağlar,
Bu sərhəddi yıxaq gedək.
Bəxtin,qədərin əlini,
Ömrü hədərin əlini,
Gülüm, kədərin əlini
Bircə dəfə sıxaq gedək.
Qəm üçün nişan taxdılar,
Bizi yandırıb yaxdılar,
Üzümüzə çəp baxdılar,
Dur ayağa çıxaq gedək.
NƏYİM QALDI
İcazə ver ,gedim dünya,
Daha səndə nəyim qaldı,
Dediyini edim dünya,
Daha səndə nəyim qaldı.
Ümidlərim külə döndü,
Üzüm solğun gülə döndü,
Ruhum mavi gülə döndü,
Daha səndə nəyim qaldı.
Qəm karvanın ötürmüşəm,
Özümə pay götürmüşəm,
Əzizimi itirmişəm,
Daha səndə nəyim qaldı.
Bəyaz saçım saralammaz,
Ala gözüm qaralammaz,
Ürəyimi yar alammaz,
Daha səndə nəyim qaldı.
Məhəbbətin sonu puçmuş,
Qəlbən sevmək böyük suçmuş,
Arzularım quş tək uçmuş,
Daha səndə nəyim qaldı.
MƏNİ
Göydən fərəh ələyənəm,
Gur işığa bələyənəm,
Mən həmişə güləyənəm,
Tale qoymaz ağlar məni.
Bu dünyanın gör işi nə,
Hicranı nə,görüşü nə,
Gedəmmirəm görüşünə,
Hey çağirir dağlar məni.
Qəlbim eşqini gizləyir
Həsrətin məni izləyir,
Sevincəm, hələ gözləyir,
Gözəl dəmli cağlar məni
AĞARIBDIR SAÇLARIM.
Ucalmışam yavaş-yavaş,
Öc almışam yavaş-yavaş,
Qocalmışam yavaş-yavaş.
Ağarıbdır saçlarım.
Qəm sevinclə tən düşübdür,
Dağ başına çən düşübdür,
Sarı saça dən düşübdür,
Ağarıbdır saçlarım.
Sevinc,çalınar qəm zəngi,
Titrəyər səsin ahəngi,
Dəyişibdir günəş rənçi,
Ağarıbdır saçlarım.
BIR OLARIQ
Sən gedirsən,bilirəm ki,
Bir də geri qayıtmazsan.
O mürgülü xatirəni,
Oyatmazsan, oyatmazsan.
Bir də qara gözlərini,
Doya-doya görməyəcəm.
Anıb şirin sözlərini,
Şe`r-çələng hörməyəcəm.
Nə bileydim eşqin sonu,
Qara bir nöqtə olacaq.
Nə bileydim qəmin donun,
Qəlbin dərd mehi yolacaq.
Bunca ağrı, bunca əzab,
Məni axır heç edəcək.
Kim gətirər bu zülmə tab,
Sevinc axır köç edəcək.
Qarşılarsan məni,gülüm
Ruha dönüb nur olarıq.
Aramızı kəsməz ölüm,
Əbədilik bir olarıq.
ÇOXU MƏNƏ
Hicran,etmə vəslə lağ,
Həsrət, çəkmə qəlbə dağ,
Yeri qara, naxşı ağ,
Bir xalı toxu mənə.
Göydədir xəyal atım,
Tez uçub ona çatım,
İstərəm rahat yatım,
Şən nəğmə oxu mənə.
Min ümid bəsdləyirəm,
Görüşə səsləyirəm,
Səndən “hə” istəyirəm,
Demə o “yöx”u mənə.
Gülüm,yaşıl düzmüsən,
Gecə ya gündüzmüsən,
Telinə gül düzmüsən,
Tanışdır qoxu mənə.
Yalanla dolu dünya,
Vəslin əlçatmaz rö`ya,
Vəfasızsan sən guya,
Deyibdir çoxu mənə.
AĞLAMAQ İSTƏYİRƏM
Dünyanı unudaraq,
Vüsalı ovudaraq,
Telimdə qəmdən daraq,
Ağlamaq istəyirəm.
İtirmişəm özümü,
İradəmi,dözümü,
Kor edərək gözümü,
Ağlamaq istəyirəm.
Dərdlə yarışanadək,
Qəmlə barışanadək,
Suya qarışanadək,
Ağlamaq istəyirəm.
Kədərim sonsuz olar,
Göz yaşlarım duz olar,
Sənsiz qəlbim buz olar,
Ağlamaq istəyirəm.
Çinar yarpağın töküb,
Vəslin evin qəm söküb,
Məzarın üstə çöküb,
Ağlamaq istəyirəm.
ÖLÜM,GÜLÜM
Yorğun saldın kəhərimi,
Zülmət etdin səhərimi,
Dağdan ağır dərd-sərimi,
Mən kiminlə bölüb,gülüm.
Eşq bir qəlbdə iki candır,
Qayıt,vəslin şamın yandır,
Mənim kimi bağri qandır,
Laləzardır çölüm,gülüm.
Dəli həsrət,qəlbi coşdur,
Əzab çəkmək mənə xoşdur,
Sağındakı o yer boşdur,
İcazə ver ölüm,gülüm.
INDI
Çiynimə qonubdur pəri-mələklər,
Yüsalı azdırıb dəli küləklər,
Başım üstdə uçur şe`r-kəpənəklər,
Uşaq tək atılıb söz tutum indi.
Həsrətdir həmişə vüsaı oğrusu.
İçirdər insana ölüm ağusu,
Çox əzab verməsin ürək ağrısı.
Yalın əllərimdə köz tutum ındi,
Sən mənim qu dolu gölüm olmadın.
Laləli, nərgizli çölüm olmadın,
Səni məndən alan ölüm olmadı?
Mən kimə güvənib üz tutum indi.
ALDI GÜLÜM
Tufan dünyanı silkələr,
Gözün altın qəm kölgələr,
Sənlə bağlı xatirələr,
Ötənlərdə qaldı,gülüm.
Haqq yolunu azıb bəşər,
Üstələyir xeyiri şər,
Həsrət yaman dəymədüşər,
Vüsal sakit.laldı, gülüm.
Şeytan dönsə bir mələyə,
Sadəlövh düşər tələyə,
Mən nədeyim bu fələyə,
Səni məndən aldı,gülüm.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri