Fidan Naxçıvanski Cemşid Bakıda adına herbi mektebin olduğu insandı?
4 sonuçtan 1 ile 4 arası
-
03-07-2008, 09:25 PM #1Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Cəmşid Naxçıvanski
Uşaqkən bu şəxsiyyətin soyadını başa düşə bilmirdim

Naxçıvanski Cəmşid Cəfərqulu oğlu (10.8.1895, Naxçıvan şəhəri - 26.8.1938) - hərbi xadim, briqada komandiri. Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir (1915). Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi" - nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdu. Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C.Naxçıvanski inamla vuruşmuşdur. C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.

Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir. Adına, Bakıda və Naxçıvanda küçə var. Naxçıvanda ev-muzeyi yaradılmışdır.
-
03-08-2008, 08:29 PM #2Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Yer
- İstanbul/ Türkiye
- Mesajlar
- 240

-
03-08-2008, 08:59 PM #3Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Bəli xanım, bu insandır
sweety_girl Nickli Üyeden Alıntı
-
03-09-2008, 05:16 PM #4Senior Member
- Üyelik tarihi
- Sep 2007
- Yer
- İstanbul/ Türkiye
- Mesajlar
- 240
Hmmm. Melumat üçün çox sağolun xanım
fidan494 Nickli Üyeden Alıntı
Birde bize dalaşırlar deyirler
Baxın ne geşeng mehribanıq.



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri