Həzi Aslanov 1910 - cu il yanvarın 22- də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini 1 saylı şəhər orta məktabində alıb. Ikinci dünya müharibəsi başlananda o Ukraynada xidmət edirdi. 1941 - ci ilin iyununda alman zirehli qoşunları ilə qeyri - bərabər döyüşdə Həzi öz döyüşçüləri ilə Donbass ətrafında düşmənin şiddətli hücümlarünü beş ay dəf etdi, onu ağır tələfata uğratdı. Daha sonra Moskva ətrafında vuruşmalarda hərbi təşkilatçılıq bacarığı və səxsi igidliyinə görə Qırmızı Ulduz ordeninə layiq görüldü. Aslanovun 55 - ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H. Aslanov 1942 - ci ildə Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 - aya mənimsədi. Hərb təcrübəsində "cinahlardan zərbə vurmaq taktikasının" mahir ustası kimi tanınmış sərkərdədir və bu sahədə hərb elmini zənginləşdirmişdir. Təkcə 1944 - cü ilin hücum döyüşləri dövründə 8 - dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır.
1944 - ildə Aslanovun 35 - ci qvardiya tank briqadası Belorusiyanı, Pribaltika respublikalarını azad etmək uğrundakı vuruşmalarda xüsusilə fərqlənmişdi. 1944 - cü il avqustunda Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizlədilər. Bu döyüşdəki qələbəyə görə ikinci dərəcəli Suvorov ordeninə layiq görüldü. Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında da fəal iştirak etmişdir.
O Volqadan Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərmişdi. İki dəfə Qırmızı Ulduz, 3 dəfə Qırmızı bayraq, Aleksandr Nevski, ikinci dərəcəli Suvorov Ordeni, 1 –ci dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir. Həzi Aslanov faşizm üzərində qələbəyə üç ay yarım qaldığı bir vaxtda Mitava şəhəri yaxınlığındakı vuruşmada qəhrəmancasına həlak olmuşdur.
Ölümündən 47 - il sonra ona ikinci Sovet Ittifaqı Qəhrəmanı adı verilmişdir. Həzi Aslanovun qəbri Bakıda Şəhidlər Xiyabanındadır. Bakıda zabitlər evi, Volqoqradda küçə, Bakı və Volqoqradda məktəb və tanker onun adını daşıyır. Həzinin doğulduğu Lənkəranda ev - muzeyi açılmış, heykəli ucaldılmışdır.
[
Düz buyurdun Anel,Anel Nickli Üyeden Alıntı
tamam unutmuşdum əlavə etməyi, üzr istəyirəm.
fidan494 Nickli Üyeden Alıntı
[
Yer imleri