1 sonuçtan 1 ile 1 arası
-
09-11-2011, 07:22 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
Kamil İman sahibinin ədalət anlayışı
Kamil İman sahibinin ədalət anlayışı

Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum**lara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. (Nəhl surəsi, 90)
Allah Quranda insanlara şərtlər nə olursa-olsun ədaləti qorumalarını əmr etmişdir:
Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)
Kamil imana sahib olan möminlər Allahın bu əmrini əksiksiz olaraq yerinə yetirərlər. Verəcəkləri qərarın nəticələri özlərinə, ya da ən yaxınlarına təsir etsə də, Allah üçün ədaləti qoruyarlar. Çünki onlar öldükdən sonra hesab verəcəklərini və bütün etdiklərinin qarşılarına çıxacağını, böyük-kiçik hər şeydən hesaba çəkiləcəklərini bilərlər. Bu səbəblə də dünyada heç bir mənfəəti axirətdə qazanacaqlarını ümid etdikləri Allahın rizasından və cənnətindən üstün görməzlər.
Səmimi möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri özlərinə "yarışıb önə keçənlərin yolunu" seçmələridir. Bu səbəblə hər işlərində Allahın ən çox razı olacağını ümid etdikləri rəftarı göstərərlər. Buna görə nə qohumluq əlaqələri, nə öz dünyəvi mənfəətləri onları ədalətli davranmaqdan saxlamaz. Çünki Allah bir Quran ayəsində belə əmr edir:
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir. (Nisa surəsi, 58)
Bir başqa ayədə isə Allah inananların düşmənçilik bəslədikləri şəxslərə qarşı da son dərəcə ədalətli davranaraq, təqvalarından vaz keçməmələrini əmr etmişdir:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə Surəsi, 8)
Allahın hökmlərini yerinə yetirən kamil iman sahibləri bu xüsusiyyətlərilə cahiliyyə cəmiyyətindən tamamilə fərqlənirlər. Çünki cahiliyyə sistemində qəzəb və kin duyulan bir kimsədən intiqam alma duyğusu hər zaman üstünlük təşkil edir. Vicdan kənarda qalır və adamın alacağı qərarlarda nəfsi hakim mövqe tutur. Nəfsdə olan qəzəb və hirs isə adamın ağlını və mühakimə qabiliyyətini sıradan çıxarır. Bu səbəblə də adam ədalətli qərarlar verə bilmir.
Quranın ifadə etdiyi mənada bir ədalət anlayışı üçün isə adamın hər şeydən əvvəl nəfsinin istəklərinə qarşı çıxa bilməsi və vicdanının sözündən bir an olsun belə çıxmaması lazımdır. Hirsləndiyində qəzəbinə hakim ola biləcək bir iradəyə sahib olması və bunu hər an Quranın qoyduğu ölçülər daxilində düşünə bilməsi vacib şərtdir.
Məhz kamil iman sahibləri bu xüsusiyyətlərin hamısına sahibdirlər. "... Sözsüz ki, Allah insaflıları sevir" (Hucurat surəsi, 9) ayəsinin hökmü ilə ədalətdən əsla üz çevirməzlər.
(məqalə harun yahya)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri