1 sonuçtan 1 ile 1 arası
-
09-11-2011, 07:04 PM #1Senior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1.499
Quranda kamil iman iman nümunələri: Fironun arvadı
Quranda kamil iman iman nümunələri: Fironun arvadı

Tarixdə dünyanın ən zalım insanlarından biri kimi tanınan Fironun evli olduğu insan ondan tamamilə fərqli əxlaqa malikdir. Fironun arvadı Quranda tarixin ən qiymətli və ən saleh müsəlmanlarından biri kimi zikr edilmişdir. Allahın təqdir etdiyi qədərdə bir imtahan olaraq, dünyanın ən zalım insanlarından biri ilə ən yaxşı insanlarından biri eyni evdə yaşamışlar.
Bu qiymətli insanın sahib olduğu kamil iman Quranda qiyamətə qədər yaşayan müsəlmanlara nümunə verilmişdir:
Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi.... (Təhrim surəsi, 11)
Allahın iman edənlərə Fironun arvadını nümunə göstərməsinin səbəbi bu üstün əxlaqlı insanın təhlükə altında yaşasa belə, çətin şəraitə baxmayaraq, iman etməsidir. Eyni zamanda, cahiliyyə insanlarının əksinə, dünyada çox az insanın sahib olduğu bir mülkdən təsirlənməyərək, güclü xarakterlə Allaha dərindən bağlanmasıdır.
O dövrdə Misir xalqı Fironun ilahi gücü olduğuna inanırdı. Firon Misir xalqının bu düşüncəsindən istifadə edərək özünü "ilah elan etməyə" cürət etmişdi. Fironun arvadı da belə təhlükəli bir mühitdə və belə zalım bir insanla eyni evdə yaşamasına başmayaraq, Allaha iman etmişdir. Allahın varlığını və Misirdə hakim olan inancların hamısının batil olduğunu anlamışdır. Şübhəsiz, bu, dünyada çox az insanın dərk etdiyi həqiqətdir. Əlbəttə, böyük səbr tələb edən bir sınaqdır. Bu çətinlikdən təsirlənmədən yaşamaq üçün iradəli, ağıllı, romantiklikdən uzaq olan güclü bir iman lazımdır. Məhz Fironun arvadı da belə bir əxlaqa və kamil imana sahib idi. O, ağıllı davranmış və özünü sezdirmədən Fironun sarayında gizlicə iman edən mömin bir qadın kimi yaşamışdır. O, aləmlərin qadınlarına nümunə verilməklə şərəfləndirilmişdir:
Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi. (Təhrim surəsi, 11)
Fironun arvadı var-dövlət içində olmasına baxmayaraq, dünyəvi ehtiraslara qapılmamış, yalnız Allah üçün yaşamış, Allahın məmnuniyyətini, rizasını hər şeyin üstün tutmuşdur. Buna görə də, təvəkkülü, üstün səbri və yetkinliyi ilə peyğəmbər olmadığı halda, bütün insanlara nümunə olaraq Quranda zikr edilmiş qiymətli müsəlman bir qadındır.
(məqalə harun yahya)


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri