Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Quranda kamil iman nümunələri: sehrbazların imanı

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Quranda kamil iman nümunələri: sehrbazların imanı

    Quranda kamil iman nümunələri: sehrbazların imanı



    Hz. Musa Firona Allahın varlığını açıqlayıb Onun möcüzələrini göstərdiyi zaman Firon qürurlanmış və hz. Musanı hörmətdən salmaq üçün bir yarışma təşkil etmişdi. Firon İsrail oğullarının hz. Musadan təsirləndiyini və ona inanmağa başladığını sezdiyi üçün hz. Musanın göstərdiyi möcüzələri xalqa bir sehrbaz hiyləsi olaraq göstərməyi planlaşdırmışdı. Firon Misir xalqının Allaha iman etməsindən və batil dinlərini tərk etməsindən narahat idi. Yeganə məqsədi öz sistemini davam etdirmək idi, ədalət adı altında hiyləli oyunu ilə sistemini qoruyacağını və möhkəmlədəcəyini zənn etmişdi.

    Təyin olunan gün hz. Musa və sehrbazlar xalqın toplandığı bir meydanda qarşı-qarşıya gəldilər. Sehrbazlar güclərini göstərmək üçün əsalarını atdılar. Etdikləri sehrin təsiri ilə əsalar insanlara doğru qaçan kimi göründü. Hz. Musa isə əsasını atınca, Allahın iznilə əsa sehrbazların düzəltdikləri şeyləri uddu. Hadisələrin gedişatı Quranda belə izah edilir:

    (Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əsanı birinci) at, ya da biz (əlimizdəkiləri) ataq!” (Musa) dedi: “Siz (əvvəl) atın!” Onlar (əllərindəkiləri) atdıqda, insanların gözlərini sehrləyib canlarına qorxu saldılar və böyük bir sehr göstərdilər. Biz Musaya: “Əsanı (yerə) at!”– deyə vəhy etdik. Elə bu an (əsa ilana çevrilib) onların düzəltdikləri şeyləri uddu. Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. (Sehrbazlar) orada məğlub oldular və rüsvay olaraq geri döndülər. (Əraf surəsi, 115-119)

    Hz. Musanın həqiqəti söylədiyini anlayan sehrbazlar Allaha iman etdilər:

    Sehrbazlar səcdəyə qapandılar, və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə – Musanın və Harunun Rəbbinə!” (Şuəra surəsi, 46-48)

    Hz. Musanın sehrbazları məğlub etməsi və sehrbazların da onun üstünlüyünü qəbul edərək iman etməsi Firon üçün böyük məğlubiyyət idi. Buna görə də, Fironun reaksiyası çox sərt oldu. Çünki həm xalqının gözü qarşısında alçalmış, həm gücünü itirmiş, həm də öz sisteminə qarşı böyük təhlükə kimi gördüyü hz. Musa qalib gəlmişdi. O, iman edən sehrbazlara ağır cəza verəcəyinə qərar verdi:

    (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz Ona iman gətirdiniz? Şübhəsiz ki, O sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)

    Sehrbazlar isə Fironun ağır təhdidlərinə baxmayaraq, Allahın varlığını anladıqları an iman etmiş və səcdəyə qapanmışdılar. Heç bir bəhanə uydurmadan, mənfəət güdmədən Firona qarşı hz. Musanın tərəfinə keçərək onu dəstəkləmişdilər. Hz. Musaya qarşı çıxdıqlarına və ona qarşı mübarizə apardıqlarına görə də Allahdan əfv diləmişdilər:

    Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın (mükafatı) daha xeyirli, (cəzası) isə daha daimidir!” (Taha surəsi, 72-73)

    Burada Allaha qeyd-şərtsiz təslim olmağın insana qazandırdığı şəxsiyyət, güc və qətiyyət, başqa sözlə desək, imani yetkinlik nəzərə çarpır. Əgər sehrbazlar Fironun nizamına görə mənfəət güdməyə cəhd etsəydilər, əsla belə bir rəftar göstərə bilməzdilər. Çünki yaşadıqları mühitdə iman etmələri dünyəvi mənfəətləri ilə zidd düşürdü.

    Ancaq Allahın varlığına iman edən bir insan üçün bu təhlükələr geridə qalar. Çünki Allah bütün bu hadisələrə hökm edən, hər şeydən üstün olan gücdür. Kamil imanda Allaha müəyyən şərtlərə bağlı olmaq mümkün deyil. Çünki əsl iman heç bir şərtə bağlı olmayan imandır. Sehrbazların imanı Allaha və dinə səmimi yaxınlaşan, heç bir şərtə bağlı olmayan kamil imandır.
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.