Əməkdar artist Baloğlan Əşrəfov Muğam Teatrında solo konsert verəcək. Muğam Teatrının rəhbəri Arif Qazıyev açıqlamasında konsertin pullu olacağını bildirib: “Muğam Teatrında mütəmadi olaraq bu cür konsertlər təşkil edilir, amma pulsuz-parasız. Bu dəfə isə ənənəni pozacağıq. Baloğlanın konserti pullu olacaq, biletin də qiyməti 30 manatdır. Tamaşaçılar konsertdən zövq alacaqlar. Çünki mahnıların hamısı canlı səslənəcək, qətiyyən fonoqramdan istifadə olunmayacaq”.

Konsertdə Baloğlan Əşrəfovu özünün rəhbərlik etdiyi musiqi ansamblı müşayiət edəcək. Konsert 25 oktyabrda, saat 21:00-da başlayacaq. show-biznes.az