Sayfa 2/16 İlkİlk 123412 ... SonSon
158 sonuçtan 11 ile 20 arası

Son xeberler

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Çinin ilk sürətli qatarı istifadəyə verilib
    Bu qatar saatda 300 km-ə qədər sürət götürə bilir
    Dekabrın 22-də Çinin ilk sürətli qatarı Xese istifadəyə verilib. Bu qatar saatda 300 km-ə qədər sürət götürə bilir. Beləliklə, Çin dünyanın sürət qatarı layihələndirməyi və istehsal etməyi bacaran ilk dörd ölkəsinin tərkibinə daxil olub.

    Alimünium xəritəsindən tökülmüş hər bir vaqonun çəkiçi təxminən 7 tondur. Yeni qatar dünyanın ən sürətlilərindən olacaq

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Maykl Ceksonun üzü sarıqlı gəzməsinin səbəbi məlum olub

    5 yaşlı oğlunun yumruğundan sonra müğənninin dodağı partlayıb


    Pop musiqinin kralı sayılan Maykl Ceksonun üzü sarıqlı gəzməsinin səbəbi məlum olub. Məlumata görə, kiçik oğlu təsadüfən onun üzünə vurduğu yumruqdan sonra müğənni təcili plastik əməliyyat keçirmək məcburiyyətində qalıb.
    Qeyd edək ki, çoxsaylı plastik əməliyyat keçirən, hətta dərisinin rəngini dəyişən Maykl Ceksonun bu yaxınlarda Los-Anceles küçələrindən birində gəzdiyi zaman üzü sarıqlı vəziyyətdə şəkli çəkilmişdi.
    Məlumatı verən mənbə bildirib ki, 5 yaşlı oğlunun yumruğundan sonra Mayklın üst dodağı partlayıb. /ANS PRESS/

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Britni Spirsin yeni sevgilisinin adı Adnandır
    Qərb mətbuatı Adnan adlı şəxsin türk və yaxud ərəb olduğunu yazır

    Bu il şəxsi həyatı ilə gündəmdən düşməyən müğənni Britni Spirs Adnan adlı gənclə bir yerdədir. "OK" jurnalının yazdığı xəbərə görə, Britni gecəni Adnan adlı paparatsi ilə Peninsula mehmanxanasında keçirib. Adnanın mehmanxananı səhər saat 06.00-da tərk etdiyi bildirilir. Britni isə oteldən 3 saat sonra sonra çıxıb. Qərb mətbuatı Adnan adlı şəxsin türk və yaxud ərəb olduğunu yazır.


  4. #14
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyə İqtisad Məhkəməsi tərəfindən «Petkim» neft-kimya holdinqinin nəzarət səhm paketinin «SOCAR-Turcas/İnjas» alyansına satılması barədə qərarının icrasını müvəqqəti dayandırmasını hörmətlə qarşılayır. bu barədə ARDNŞ-in dekabrın 28-də yaydığı məlumatda bildirilir.

    «Türkiyə Respublikasının qanunlarına hər zaman hörmətlə yanaşan və «Petkim»in özəlləşdirməsində həmin qanunlar əsasında iştirak etmiş Azərbaycan Dövlət Neft Şirkəti yuxarıda qeyd edilən prosesləri Türkiyə Özəlləşdirmə İdarəsi ilə «Petrol-İş» təşkilatına aid olan məsələ kimi qəbul edir. ARDNŞ bu məsələ ilə bağlı Türkiyə hökumət orqanlarının hüquqi çərçivədə çıxaracaqları yekun qərara da hörmətlə yanaşır», - deyə məlumatda bildirilir.
    Qeyd edək ki, bu ilin iyulun 5-də Türkiyənin «Petkim» şirkətinin səhmlərinin dövlətə məxsus 51%-lik nəzarət səhm zərfinin özəlləşdirilməsi ilə bağlı açıq tender keçirilib və tenderdə ARDNŞ-in Türkiyədə təsis etdiyi «SOCAR-Turcas» birgə müəssisəsi və Səudiyyə Ərəbistanını təmsil edən «İnjas» şirkətlərinin alyansı iştirak edib. Noyabrın 22-də Türkiyə Özəlləşdirmə İdarəsi «Petkim Neft-Kimya Holdinq A.Ş.»nin səhmlərinin 51%-nin «Socar-Turcas/Injas» ortaq qrupuna satışı ilə əlaqədar qərar verib. Lakin Türkiyənin «Petrol-İş» Həmkarlar Təşkilatı bu qərara qarşı iddia qaldırdığından, dekabrın 27-də isə bu ölkənin İqtisad Məhkəməsi həmin iddianı qəbul edərək, Türkiyə Özəlləşdirmə İdarəsinin «Petkim»in nəzarət səhm paketinin «SOCAR-Turcas/İnjas» ortaq qrupuna verilməsi barədə qərarının icrasını müvəqqəti dayandırıb.

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Firudin Qurbansoy: “2008-ci il məhəbbət ilidir”

    “2008-ci ildə mədəniyyət və incəsənət sahəsində çox böyük inkişaf olacaq. Mədəniyyətin heç bir sahəsində maneələr gözlənilmir. Üzümüzə gələn siçan ili ümumilikdə musiqinin, teatrın, kinonun inkişafı üçün geniş meydan açacaq”.


    Bu sözləri qarşıdan gələn illə bağlı proqnozlarını söyləyən astroloq Firudin Qurbansoy deyib. Astroloq 2008-ci ilin məhəbbət ili olacağını da vurğulayıb. Onun sözlərinə görə, bütün il boyu ailə qurmaq istəyənlər üçün böyük imkanlar yaranacaq: “Gələn il incəsənət sahəsində çalışan subayların ailə quracağı gözlənilir. Gələn il sevənlərin, ailə quranların, uşaq dünyaya gətirənlərin sayı çoxluq təşkil edəcək. 2008-ci ildə dünyaya gələn uşaqlar da çox gözəl olacaq. Bu il daha çox torpaq ünsürlü bürclərə uğur gətirəcək. Yeni il hələ martda daxil olacaq. Yanvarın 1-dən sadəcə təqvim dəyişir”.
    Astroloq onu da bildirib ki, 2008-ci il meymun, kəsəyən, əjdaha ilində doğulanlar üçün daha uğurlu olacaq: “Siçan həddindən artıq ağıllı insanları və kollektiv əməyi sevmir. Daha çox aqressivliyi ilə seçilir. Ona görə də gələn il alimlərin və jurnalistlərin işi o qədər də yaxşı getməyəcək. Siçan ili oğlaq, buğa, qız bürcü altında dünyaya gələnlərə iş qurmaq üçün geniş imkanlar açacaq”. /APA/

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu gün Gənclər və İdman Nazirliyində (GİN) 2007-ci ilin son kollegiya iclası keçirilib. Bu haqda GİN kollegiyasının üzvü, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib. R.Abbasovun sözlərinə görə, tədbirdə 3 məsələ ətrafında müzakirələr aparılıb.

    Əvvəlcə ilin yekunlarına əsasən, 2008-ci ilin 8–24 avqustunda Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarına Azərbaycan üçün əsas sayılan idman növlərində qazanılan lisenziyalar və növbəti ilə hazırlığın gedişi məsələlərinə toxunulub. Məruzə ilə çıxış edən GİN-in idman şöbəsinin müdiri Mirkamil Rəhimov il ərzində 452 medalın qazanıldığını vurğulayıb. O, həmçinin 18 növ üzrə 200 idmançımızın Pekin Olimpiadasına lisenziya xarakterli 195 yarışa qatıldığını və 8 növ üzrə 22 lisenziya əldə etdiyini açıqlayıb. Nazir Azad Rəhimov növbəti ildə idmançıların təlim-məşq toplantıları və dərman preparatlarından istifadəyə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. O, lisenziya yarışlarına hazırlıq üçün məşq cədvəllərinin tərtib olunması, yığma komandalarımızın hər bir növ üzrə psixoloq və tibbi analitiklərlə təmin edilməsi haqda göstəriş verib. A.Rəhimov imkan daxilində təlim-məşq toplantılarını özünün də izləyəcəyini söyləyib.
    Gələn ilin I yarımilliyi üçün perspektiv iş planı iclasın gündəliyində duran ikinci məsələ olub. GİN-in fəaliyyət sferasında olan bütün sahələr üzrə görüləcək tədbirlər təsdiqini tapıb. 2008-ci ildə ölkəmizdə 30-dək beynəlxalq yarışın keçiriləcəyini deyən nazir bu rəqəmin artmasının mümkünlüyünü dilə gətirib.
    Üçüncü məsələ kimi isə Bakı şəhərinin Yasamal və Nəsimi rayon Gənclər və İdman idarələrinin tələbə təşkilatları ilə işinin daha da aktivləşdirilməsinin vacibləşdirilməsi vurğulanıb.

  7. #17
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu gün dekabrın 27-29-da Bakıda keçirilmiş Azərbaycan-Misir hökumətlərarası komissiyasının III iclasının yekunlarına dair protokol imzalanıb.

    Azərbaycan tərəfindən sənədi komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Heydər Babayev, qarşı tərəfdən isə Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Aboulnaqa imzalayıblar.
    Komissiyanın həmsədrləri həmçinin Gömrük məsələləri və gömrük pozuntularının qarşısının alınmasına dair Sazişi, iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında Elmi-Araşdırma Protokolu, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında Əməkdaşlıq Protokolu, «Azərbaycan Televiziya və Radio» QSC ilə Misir Televiziya və Radio Birliyi arasında Anlaşma Memorandumunu imzalayıb.
    Tədbirdə çıxış edən H.Babayev bildirib ki, imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün lazımi şərait yaradacaq. Nazir vurğulayıb ki, keçirilən danışıqlar zamanı Misir tərəfi Azərbaycana neft-qaz sektorunda əməkdaşlığa dair təkliflər zərfi təqdim edib və bunun əsasında hazırlanacaq qarşılıqlı əməkdaşlıq haqqında sənəd artıq hökumətlərarası komissiyasının növbəti iclasında imzalana bilər.
    Misirli nazir isə səfər çərçivəsində Azərbaycan prezidenti və hökumət rəsmiləri ilə görüşdüyünü, Abşeron rayonuna səfər etdiyi və ölkənin sosial-iqtisadi potensialı haqqında ətraflı məlumat aldığını bildirib. Bununla yanaşı, iki ölkə arasında sosial və humanitar sektorlar, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

  8. #18
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Dekabrın 29-da insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupunun 2007-ci ildə fəaliyyətinin yekunlarına həsr olunmuş növbəti iclası keçirilib.


    İşçi Qrupundan qrup üzvləri ölkə başçısının dekabrın 28-də imzaladığı əfv fərmanında hüquq-müdafiə təşkilatlarının təkliflərinin nəzərə alınmasına görə prezidentə təşəkkür ediblər. Hüquq-müdafiə təşkilatları ümidvar olduqlarını bildirib ki, ölkə başçısı konstitusion səlahiyyətləri çərçivəsində İşçi Qrupunun insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə və təkliflərinə gələcəkdə də dəstək verəcək. İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və Azərbaycan hakimiyyətinin nümayəndələrindən ibarət İşçi Qrupunun işinin bu formatda 2008-ci ildə davam etdiriləcəyi bildirilib. Tədbirdə qrup üzvləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Eldar Zeynalov, Zəliha Tahirova, Sahib Məmmədov, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Səməd Seyidov, Əli Hüseynov, Gültəkin Hacıyeva, Bəxtiyar Əliyev, Fuad Ələsgərov, Çingiz Əsgərov, Kəmalə İsmayılova, Otari Qvaladze, Fazil Quliyev, Kamran Əliyev, Vəfaddin İbayev və Faiq Qurbanov iştirak edib.
    Qeyd edək ki, fərman imzalanandan sonra bir neçə hüquq müdafiəçisinin İşçi Qrupunu tərk etdiyini bəyan edən hüquq müdafiəçisi Novella Cəfəroğlu həmin hüquq müdafiəçilərinin qrupda fəaliyyətlərini davam etdirməsinin səbəbi açıqlamaq istəməyib. O bununla bağlı gələn il açıqlama veriləcəyini deyib.

  9. #19
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    2007-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi milli maraqların təmin edilməsi, dövlətin davamlı inkişafı və vətəndaşların hüquqlarının müdafiəsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş ardıcıl fəaliyyətini həyata keçirməkdə davam edib. Dövlətin beynəlxalq arenada nüfuzunun və avtoritetinin möhkəmləndirilməsinə xüsusi diqqət ayrılıb.


    Bu barədə XİN-in mətbuat xidmətindən daxil olan 2007-ci ilin yekunları ilə bağlı şərhdə bildirilib. Azərbaycan XİN ötən il ərzində siyasət, təhlükəsizlik, iqtisadiyyat, insan hüquqları sahəsində, humanitar və digər istiqamətlərdə fəal iş apardığını bəyan edib.
    Ötən il ərzində XİN-in rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyası təsdiq olunub. Yola saldığımız ildə Azərbaycanın xarici siyasətində respublikanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin öz torpaqlarına qaytarılması prioritet təşkil edib. Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin tənzimlənməsi üzrə iki dövlətin prezidentləri və xarici işlər nazirləri səviyyəsində “Praqa prosesi” çərçivəsində danışıqların gedişində, Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün bütün imkanlardan maksimal dərəcədə yararlanmağa çalışıb, beynəlxalq ictimaiyyətin, Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləmək, ərazilərinin işğalını və etnik təmizləməni pisləmək mövqeyinin daha da möhkəmləndirilməsi yönündə səyləri davam etdirib.
    Ötən il Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “prezident seçkiləri”nin və “yerli özünüidarəetmə orqanlarına seçkilər”in Avropa İttifaqı, ATƏT, Avropa Şurası, GUAM, İKT və dünyanın aparıcı dövlətləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən qanunsuz adlandırılması Ermənistanın ilhaq siyasətinin və Azərbaycan ərazilərinin işğalını pərdələmək cəhdlərinin tam və qaçılmaz iflası olub.
    Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan tərəfindən azərbaycanlıların tarixi və mədəni abidələrinin məqsədli şəkildə məhv edilməsi, yaşayış məntəqələrinin simasının dəyişdirilməsi, həmçinin zəbt olunmuş torpaqlarda qeyri-qanuni iqtisadi fəaliyyətin aparılması faktlarına cəlb edilib. Dünya ictimaiyyətinin işğal olunmuş Azərbaycan torpaqlarında vandalizm faktları haqda məlumatlandırılıb, bununla bağlı Xarici İşlər Nazirliyində hazırlanmış bir sıra nəşrlər və hesabatlar çap edilərək yayılıb.

  10. #20
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    BMT-nin insan hüquqları üzrə Şurasının 6-cı sessiyasında Azərbaycan tərəfindən irəli sürülən, silahlı münaqişələr zamanı mədəni hüquqların və mədəni mülkiyyətin müdafiəsi haqda qətnamə yekdilliklə qəbul olunub. Azərbaycan xalqının tarixi-mədəni irsinin qorunması məsələsi də Azərbaycanın UNESCO, Avropa Şurası və İKT ilə əməkdaşlığının mərkəzində olub.
    Azərbaycan terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, insan alveri və digər qeyri-hüquqi fəaliyyətə qarşı beynəlxalq mübarizədə fəal iştirak edib.
    Azərbaycanın beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılıb, ötən ildə Azərbaycan Şərqi Avropa dövlətlər qrupundan BMT İnkişaf Proqramı / BMT Əhali Fonduna üzv seçilib.
    Xarici siyasətin Avropa və Avro-Atlantik istiqaməti çərçivəsində ölkəmizin NATO və Avropa İttifaqı ilə inteqrasiya əlaqələrinin inkişafı və tərəfdaşlığının möhkəmləndirilməsi üçün irəliləyən proses davam edib. 2007-ci ilin mayında NATO Şurası Azərbaycanın 2005-2007-ci illər üçün Fərdi Tərəfdaşlıq Planının həyata keçirilməsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib. Hazırda ikinci Planın layihəsi üzrə iş başa çatdırılır. İl ərzində Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planının yerinə yetirilməsinə xüsusi diqqət verilib.
    Azərbaycan İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığı davam etdirib. 2007-ci ilin birinci yarısında İKT sədri vəzifəsini yerinə yetirərək, Azərbaycan təşkilatın siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində onun təsiri və iştirakının gücləndirilməsi, beynəlxalq ictimaiyyətdə, və ilk növbədə Avropada islamın, onun mədəniyyət, dəyərlər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərib.
    Azərbaycan insan haqları sahəsində beynəlxalq səviyyədə fəal qarşılıqlı əlaqələri davam etdirib, bərabərhüquqlu tərəfdaş kimi, beynəlxalq hüquqi müdafiə əməkdaşlığı sisteminin möhkəmlənməsinə öz töhfəsini verib.
    Bu il ərzində Bakıda GUAM-ın iyun sammiti keçirilib, təşkilata sədrlik Azərbaycana keçib, Vilnüsdə GUAM-ın on illiyinə həsr olunmuş oktyabr sammiti ilk dəfə olaraq, tərəfdaş və digər maraqlı dövlətlərin ali rəhbərlərinin, həmçinin beynəlxalq və regional strukturların yüksək nümayəndələrinin iştirakı ilə geniş formatda keçirilib.
    Azərbaycan xarici iqtisadi əlaqələr sahəsində də fəal tədbirlər görüb. Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi ilə bağlı danışıqlar davam etdirilib, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi tərəfdaş-dövlətlərin diqqətini regional əməkdaşlığa əngəl törədən münaqişələrə cəlb edib. Ötən il Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlığını davam etdirib, ABŞ-la bu sahədə dialoq yaradıb, Xəzər dənizi və Aralıq dəniz hövzələrini birləşdirən səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin təmin olunması üçün trans-regional boru kəməri infrastrukturunun yaradılması sahəsində inkişaf əldə edib. 2007-ci ildə Türkiyə və Yunanıstanı birləşdirən qaz boru kəmərinin istismara verilməsi Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün əlavə imkanlar yaradıb.

Sayfa 2/16 İlkİlk 123412 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.