Hər şeyin ən gözəlii bilən Allahdır. Gözel yazi idi, ama Yazilarda Tanri əvəzinə Allah sözünü işlətməliyik. Çünki Tanrı Allahın adlarından biri deyidir. Mövzu üçün tesekkur!
ALLAH BILEN MESLEHETDIR.
Bir nurani qocanın yolu dənizin kənarından düşür bir gün. Görür ki,sahil uşaqlarla doludur. Kimisi topla oynayır,kimisi bir-birini qovur, kimisi dənizdə çimir, bir sözlə əylənirdilər. Amma bir uşaq lap uzaqda təkcə oturub. Uşağın tək oturması qocaya maraqlı gəlir. Ona tərəf getməyə başlayır. Qoca nəfəsi təngiyə-təngiyə addımlayır,oğlana çatmağa 5-6 addım qalmış bir qədər uca səslə deyir:”Oğlum,niyə bu uşaqlara qaynayıb qarışmırsan? Niyə bir kənara çəkilib oturmusan? Ətrafına bax,gör necə də gözəldir. Tanrının yer üzünə bəxş etdiyi bu gözəlliyə baxıb zövq almaq,şükür etmək lazımdır,oğlum.”
Oğlan başını qaldırmadan cavab verdi:”Allah məni məhrum edib bu gözəlliklərdən,baba. Yalnız eşidə bilirəm dənizin səsini, yaşıdlarımın gülüşlərini. Görəsən nə etmişəm,hansı səhvim olub ki, Allah belə cəzalandırıb məni? Neyləmişəm ki,həsrət qoyub məni gün işığına?”
Oğlanın bu sözləri qocaya çox pis təsir etdi. Diz çökdü qoca. Əllərini açdı göylərə:”Ya Rəbbim! Ey yeri-göyü yaradan! Ey alilərin alisi! Rəhm et bu aciz quluna. Nur ver onun gözlərinə. Izn ver, görsün yer üzünə vurduğun naxışları...”deyə yalvardı.
Tanrı qocanın dualarını eşitdi. Işıq verdi oğlanın gözlərinə...
Bir müddət keçdi aradan. Yenə həmin yerdən düşdü qocanın yolu. Gördüklərinə inana bilmədi qoca. Həmin oğlan şüşələri sındırıb,çilik-çilik əzib üstündən qum səpirdi. Uşaqlar qaçanda,oynayanda şüşə qırıqları ayaqlarına batırdı. Oğlan isə kənardan baxır,onların acılarına gülür və demək olar ki, zövq alırdı. Bu səhnə çox pis təsir etdi qocaya.
“Ey qadir Allah bağışla məni.Keç günahımdan. Səndən nə qədər əfv diləsəm yenə də azdır...”qoca dərin peşmançılıq hissi ilə uzaqlaşdı oradan...
Çox vaxt işlərimiz düz getməyən zaman”Niyə belə oldu? Niyə elə mənim başıma gəlir belə işlər? Kimə neyləmişəm mən?”deyə gileylənirik,şikayətlənirik heyatımızdan. Amma unutmayaq ki,həyatda nə baş verirsə,ürəyimizcə olub olmamasından asılı olmayaraq,hər şey yaxşılığa doğrudur. Nə olursa olsun Allah bilən məsləhətdir...
Hər şeyin ən gözəlii bilən Allahdır. Gözel yazi idi, ama Yazilarda Tanri əvəzinə Allah sözünü işlətməliyik. Çünki Tanrı Allahın adlarından biri deyidir. Mövzu üçün tesekkur!
Bir günah etsən əgər,
Minbir gün aahh etmən gərək.
Minbir gün aahh etsən əgər,
Heç bir günahın yox sənin.
cox sagol sende bunuda bilmirdim ( Tanrı Allahın adlarından biri deyidir.)kombat80 Nickli Üyeden Alıntı
tesekkur canim cox gozel idi..Her zaman ne olursa yaxsiliga dogru olur..
Seni burda gormek coox xosdu
...
sende sagol canim xos gunun olsun hemmeseje_demeure Nickli Üyeden Alıntı
Yer imleri