3 sonuçtan 1 ile 3 arası
Like Tree1Beğenme
  • 1 Gönderen Baku

İsmayıllı hadiseleri

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    İsmayıllı hadiseleri

    Bilirsiniz ki öten gün İsmayıllı rayonu hadiseler ile gündeme gelmişdi. İndi ise rayondakı veziyyete baxaq.

    Ötən gündən vəziyyətin gərginləşdiyi İsmayıllı rayonunda hazırda sakitlikdir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində hüquq-mühafizə orqanları sakitliyin təmin edilməsi istiqamətində nəzarət aparır. İcra Hakimiyyətinin ətrafı və mərkəzi küçələr təhlükəsizlik qüvvələrinin nəzarətindədir. İcra Hakimiyyətinin yaxınlığında polis avtobusları və xüsusi maşınlar dayanıb.

    Rayonda mağazalar normal iş qrafiki ilə işləyir. Küçədə insanlar rahat şəkildə hərəkət edirlər. Avtomobillərin hərəkətində də heç bir maneə yaradılmayıb.

    Xatırladaq ki, yanvarın 24-də saat 22.20 radələrində İsmayıllı şəhərində insident baş verib. Yüksək sürətlə hərəkət edən "Chevrolet Camaro" avtomobili şəhərə girişdəki yol ayırıcında dairəyə çırpılıb. Avtomobilin içindən bir neçə gənc çıxıb və hadisə yerinə yığılan yerli əhali onların arasında Emil və Vüqarı tanıyıblar. Bunlar yaxınlığda yerləşən "Çiraq" Motelinin meneceri ve onun dostları olub.

    Hadisə yerinə toplaşan əhalinin sözlərinə görə, yardım etmək məqsədi ilə toplaşan İsmayıllı sakinləri motelin meneceri Emil tərəfindən qəzəblə qarşılanıb və o toplaşanları əxlaqsız və təhqiramiz söyüşlərlə təhqir edib.

    Bu ifadələrə dözməyən bir sıra yerli sakin Emil ilə Vüqara etirazlarını bildirərək, onları sakit olmağa çağırıblar. Lakin buna cavab olaraq motel meneceri Emil toplaşanları “Makarov” tipli tapança ilə hədələyib, yenidən təhqir edib. Sakinlərin dediyinə görə, ətrafdakılar silahlı və sərxoş adamların xətasından qorxub onları tərkisilah ediblər, Emil ilə Vüqarı döyüblər. Qışqırıq və söyüşlərə hadisə yerinə insanlar yığışmağa başlayıb. Döyülmüş və xəsarət almış motel meneceri və onun dostları hadisə yerindən qaçmağa müfəffəq olublar. ANS PRESS-in hadisə yerindəki əməkdaşlarının məlumatına görə, xəsarət alanlardan biri rayon xəstəxanasında, digərləri isə polis idarəsində sığınacaq tapıblar.

    Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələrilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır.
    Regina bunu beğendi.

  2. #2
    Senior Member Regina - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2013
    Yer
    Deep Cove, Beautiful
    Mesajlar
    133
    Dünyada dəyişikliklər gedir. İqtidar da öz hakimiyətini qorumaq üçün dəyişikliklər etməlidir. Xalqı razı salmaq lazımdır. Əhalini bir hissəsi çox varlanıb,çox hissəsi isə çox çətinliklə dolanırlar, yaşamaq uğrunda mübarizə aparırlar. Uşaq pulu yoxdur. Düşmən olkə kasıb ölkə sayılır. Orada uşaq pulu verilir. Pensiya çox azdır. İşsizlərə pul verilmir. Rüşvərxorluq baş alıb gedir. Kasıb təbəqə daha da müflisləşir. Dövlət orqanları aşağı təbəqəni çox sıxışdırırlar. İmkan verilmir ki özlərinə gəlsinlər. Azərbaycanın pulları müxtəlif lazımsız işlərə xərclənir. Ancaq xalqa heç nə verilmir. Dağıdılan milyardlardan kasıb-kusublara heç nə verilmir. Dünyada gedən proseslər də göstərir ki hakimiyyət xalqı razı salmalıdır. Razı salmasa aradakı uçurum dərinləşir. Bunun da fəsadları çox pis olacaq. Ona görə də bir vətəndaş kimi bildirirəmi hakimiyət bütün lazımsız işləri buraxıb xalqın güzaranı ilə maraqlanmalı xalqın qeydinə qalmalı dərdinə şərik olmalıdır. Milyardlar,100 milyardlar xalqa xərclənməlidir. Bu milyardlar xalqa məxsusdur. Bundan az da olsa xalqa xərcləmək lazımdır.

  3. #3
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430
    Olar ele şeyler.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.