cox sag olun cox güldüm allah sizleri güldürsün
bir az gülek
Printable View
-
06-06-2007, 07:49 PMbakilibalasi
-
06-06-2007, 09:05 PMAzerbaycanlisaxta eskinaz
Hakim müttəhimə:
- Siz bilirsinizmi nədə ittiham olunursunuz?
- Bəli möhtərəm hakim, belə məlum oldu ki, bizim dövlət də eyni ilə mən çap edən pul əskinaslarından buraxır.
:loll: -
06-06-2007, 09:07 PMAzerbaycanli
Soyğunçu qaranlıq küçədə bahalı geyimdə olan bir nəfəri saxlayır:
-Pullarını ver!-deyə bıçağı onun boğazına dirəyir.
-Bunu etməyi sənə məsləhət görmürəm, mən hökümət işçisiyəm!
-Ax belə! Onda mənim pullarımı ver!
:D :D :D -
06-06-2007, 09:10 PMAzerbaycanlihakim - cavabdeh
Hakimlərin məşvərət otağında.
Sədrlik edən:
- İddiaçı 100 min dollar verib, cavabdeh isə 150 min dollar.
- Təklif edirəm cavabdehə 50 min dollar qaytaraq və qanunla mühakimə edək
:D -
06-06-2007, 09:11 PMAzerbaycanlidövlet yol polisi
Dövlət Yol Polisinin əməkdaşı sürətlə gedən maşını saxlayır:
- Burda sürət həddi 80km/saatdır, siz isə 120km/saatla gedirsiz. Hara tələsirsiz belə?
- Sizə bir “şirvanı” gətirirdim…
:loll: -
06-06-2007, 09:15 PMAzerbaycanliyeltsin - klinton - körpü
Yeltsin Klintona qonaq qedir. Çayın sahilində oturub yeyib-içirlər. Yeltsin soruşur:
- Bura bax, biz hansı pula içirik?
- Bu körpünü görürsən?
- Görürəm.
- Biz bu körpüyə 1 milyon dollar xərcləməliydik. Xərclədik 500 min dollar, həmən pullara da içirik.
Klinton Yeltsinə qonaq gəlir. Çayın sahilində oturub yeyib-içirlər. Klinton soruşur:
- Biz hansı pula içirik?
-O körpünü görürsən?
-Hanı, görmürəm?
-Bax, həmən bu pula da içirik. -
06-06-2007, 09:17 PMAzerbaycanlifemida
-Femidanın qözləri niyə bağlıdır?
-Aldığı rüşvəti qörməmək üçün! -
06-06-2007, 09:50 PMElif:loll: :loll: :loll:Alıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
-
06-07-2007, 11:17 PMElif
Güzgü məsələsi
Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb ülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf… -
06-11-2007, 02:46 AMfollow_me
Yine kardayız
Ücüncü Bogaz Köprüsü'nü Japon, Amerikan ve Türkler'den olusan bir konsorsiyum almis. Tam açilisin yapilacagi sirada kurdela kesilirken köprü büyük bir gürültüyle yikilmis. Japon; 'gitti bütün emeklerim, mahvoldu kumlarim' diyerek harakiri yapmis.
Amerikali; 'gitti çeliklerim, tonlarca çelik yikildi' diyerek tabancasini çekip intihar etmis.
Tüm bunlari izleyen Türk müteahhit de derin bir 'Oh!' çekerek yanindakilere dönmüş: '
'Iyi ki çimento koymamisim, yoksa bunlar gibi mahvolurdum'
