Nəfəsli orkestrin məşqində dirijor:
- İkinci torombon sehv çalır !
- İkinci trombon hele gelmeyib..
- Yaxşı, gələndə, ona deyərsiniz.
----------------------------------------------------------------------
Dostları Qırxayağa deyirlər: - Tez qaç, yaxınlıqdakı mağazadan yemək gətir. Üç-dörd saatdan sonra mağazadan qayıdan qırxayaqdan soruşurlar: - Niyə belə gec gəldin? - Mağazanın girəcəyindəki hansısa bir axmağın asdığı “Ayaqlarınızı təmizləyəndən sonra içəri keçin” elanına görə,- deyə o cavab verir.
-----------------------------------------------------------------------
- Sən NATO-nun neçə üzvü olduğunu bilirsənmi?
- Bir, o da ABŞ-dır.
- Mən bilən onun üzvlərinin sayı 26-dır axı?
- O biriləri üzvlük haqqı verənlərdir.
------------------------------------------------------------------------
Konsert. Gənc bir mügənni səhnəyə çıxır. Oxuyur. Zaldan qışqırırlar: "Bir daha !" Yenə oxuyur. Yenə qışqırırlar: "Oxu ! Oxu !" Təkrar oxuyur. Yenə: " Təkrar !" Mügənni:
- Bağışlayın. Neçə dəfə oxuyacam ? Mən axı yorulmuşam.
- Öyrənənə qədər !
------------------------------------------------------------------------
- Mən dünənləri Şamamanın ad günündəydim. Orada tam iki saat pianino çaldım !
- Düz eləmisən. Mənim də ondan zəhləm gedir.
bir az gülek
Printable View
-
04-02-2007, 05:07 PMElifbir az gülek
-
04-02-2007, 05:14 PMElif
- Təzə lətifə bilirsən?
- Yox.
- Nədi, sənin də internetini kəsiblər?
*******************************
- Anaa ! Anaaaa!...... Atam özünü asıb!...
- Harda???
- Yataq otağında....
Ana qorxmuş halda yataq otağına gəlir və heç nə görmür.
- Ana, bu bir aprel zarafatı idi. Atam özünü yataq otağında yox, mətbəxdə asıb.
*******************************
- Ata, yemək istəyirəm!
- Utan, mən sən yaşda olanda kosmonavt olmaq istəyirdim! -
04-02-2007, 05:32 PMElif
Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
- Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
- Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
Nəvəsi maraqla soruşur:
- Nə oldu bəs?
- Hamımızı öldürdülər...
***********************************
. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
***********************************
Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından çıxıb biz filik axı. -
04-02-2007, 05:37 PMElif
Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə batasan......
[ [ [ [ [ -
04-02-2007, 06:49 PMElif
Sən içirsən???
- Əgər bu sualdırsa onda yox, əgər bu təklifdirsə hə
************************************
İki dost restoranda otururlar. Yeyib içməkdən sonra, ofisiantdan çay gətirməsini xahiş edir:
- Ofisiant, bizə çay gətirin. Amma sən allah bax gör stəkan təmiz olsun.
Bir neçə dəqiqədən sonra ofisiant çay gətirir:
- Buyurun bu sizin çayınız. Kim təmiz stəkanda çay istəmişdi, bu da onun çayı.
************************************
Bir kişi restorana gəlir, konyak sifariş edir. Ofisiant gətirir. Kişi deyir:
- İndi başlayacaq.
İkinci dəfə sifariş edir.
Ofisiant gətirir kişi deyir:
- İndi başlayacaq...
Üçüncünü sifariş edir. Ofisiant gətirir. Ofisiant soruşur:
- Sizin pulunuz var??
- Başladı....
************************************
Oğul atasına yaxınlaşır:
- Ata alkaş nə deməkdi?
- Bax o dörd dənə ağacı görürsən? Alkaş elə bilir orda 8 ağac var.
- Ata, orda 2 ağac var. -
04-02-2007, 06:59 PMSindy
elif kefi yox idi bunlari oxudu kefi acildi cok sagol :)
-
04-02-2007, 07:06 PMfidan494
letifeler göre çoxsagol elif hamısı gözeldir :)
-
04-02-2007, 07:59 PMAzerbaycanli
Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar. -
04-02-2007, 08:01 PMAzerbaycanli
Biri gəlib məhəllədə başlayır goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra tutub boğursan, başlayır göyərməyə sonra göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə?? -
04-02-2007, 08:03 PMAzerbaycanli
Ata ölüm ayağında ikən övladlarını çağırıb deyir:
- Süpürgəni açın.
Açdılar.
- Çöplərini sındırın.
Sındırdılar.
- İndi isə yenidən bağlayıb sındırmağa cəhd edin!
Sındırdılar.
- Lənət sizə, mən sizə ağıllı bir şey demək istəyirdim, amma ağlıma bir şey gəlmədi. :D
