Tapmacalar insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstü örtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. "Mən getdikcə o da gedir" (kölgə), "Ağac başında al yanaqlı qız" (alma), "Qara toyuq qapıda yatar" (süpürgə), "Ağac başında unlu dağarcıq" (iydə) və s. Məncə forumda bir - birimizə tapmaca versək , bir yerdə tapsaq maraqlı olar . Buyurun ilk tapmacanı mən yerləşdirim başlıyaq . Onuda qeyd edim ki ,Tapmacalar qədim və orta əsrlərdə maraqlı bir əyləncə vasitəsi də olmuşdur.
Aldım bir dənə , çıxdı min dənə ...
Yer imleri