6 sonuçtan 1 ile 6 arası

Məzəli mesajlar

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Məzəli mesajlar

    Məzəli mesajlar

    1. Bütün gözəllik, zəka, ağıl, bir insanda cəmləşib, nəysə özümdən çox bəhs etdim səndən nə xəbər?

    2. Bir gün meymun öz balasıyla oturub söhbət edir. Bala meymun anasından soruşur ana biz niyə bu gündəyik? Anası balasına deyir bala biz hələm yaxşıyıq gör bu mesajı oxuyan nə gündədi.

    3. İndi hər 100 nəfərdən 35-i yatır, 10-nu yemək yeyir, 25-i çalışır, 10-nu maşın sürür, 4-ü dərs edir və bir ağılsızda əlində telefon sms oxuyur.

    4. Bu mesaj xüsusi bir frekansla göndərilmişdir. Ağıllılarda yaddaş zəifliyi, axmaqlarda qısa müddətli korluq, öküzlərdə bir anlıq gülümsəmə oyadır.

    5. Hal-hazırda xətlərin yorğunluğu səbəbindən mesaj tam olaraq gəlməmişdir və mesaj yüklənməkdədir. Bu vəziyyət *bir neçə dəqiqə sürə bilər. Xahiş edirik gözləyin.

    6. Ayda 200 milyon qazanmaq istəyərsinizsə aya gedin.

    7. Bütün ümidlərim suya düşdü, amma boğulmadılar. Çünki onlara üzməyi öyrətmişdim.

    8. Sevgilim səni çox sevirəm! Amma pulu daha çox, lakin pulun nə dəyəri var, mühüm olan miqdarıdır.

    9. Bir daha qumar oynamayacağıma mərcə girirəm.

    10. Səhər yemək yeyə bilmirəm, çünki səni düşünürəm, günorta yemək yeyə bilmirəm, çünki səni düşünürəm, axşam yemək yeyə bilmirəm, çünki səni düşünürəm. Gecə yata bilmirəm, çünki acam.

    11. Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətli keçərdi.

    12. Eşq axmaqların üzdüyü bir hovuzdur, amma məni itələdilər.

    13. Bilməmək ayıb deyil, yetərki hiss etdirməyəsən.

    14. Hörmətli qulumuz, qılınmamış namaz borcunuz görünməkdədir. Əməl dəftərinizin bağlanmaması üçün, xahiş olunur borcunuzu ödəyəsiniz. -"Axirət Müştəri Xidmətləri"

    15. Mədəsi daşdan yumşaq olan hər bir şeyi həzm edən ziyalı qrupuna TƏLƏBƏ deyilir

    16. Həyatımın mənası eşqimin antenası. Sənsiz yata bilmirəm kanal tuta bilmirəm.

    17. Baharın bu gözəl ayında bitən, çiçəkləri ilə eşqi, yarpaqları ilə isə sevgini anladan o gülün tikanları gözüvə girsin!

    18. Qara tellər,qara tellər,
    Qapqaradır qara tellər.
    Səni aldım xoşbəxt oldum,
    Dümağardı qara tellər!

    19. Gözlərini yum, təsəvvür elə ki, hamıdan uzaqda təksən. Yarpaqların pıçıltısı, yaşıllıq, çırpınan ürək, həyəcan və gün belini deşə-deşə Gədəbəydə kartof yığırsan

    20. Bir bilsən ki, səni necə çox istəyirəm. İstəmirəm ki, ayağına bir daş dəysin. İstəyirəm ki, hamısı başına dəysin.

    21. Bu gün çox sevinirdim. Çünki marşuruta minmədim, dalınca qaçdım, 20 qəpik irəli idim. Ancaq qanım qaraldı. Bilsəm taksinin dalınca qaçıb 5 AZN irəli olardım.

    22. Araz axır, Kür daşır, yarı görə bilmədim,
    Dünən suyu kəsdilər yenə çimə bilmədim!

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Məzəli mesajlar

    Bu
    güzellik, bu gülüs, bu zeka, bu akil hele anlam dolu gözler varya; Tüm güzellikleri birarada toplanmis. Neyse kendimden çok bahsettim senden ne haber?

    Bir uçurumun kenarindan düssem ve tek dalim sen olsan düsmemek için seni kökünden sökerim

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Məzəli mesajlar

    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Məzəli mesajlar


  5. #5
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Məzəli mesajlar


  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    527

    Re: Məzəli mesajlar

    Ay aman oldum gulmekden

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.