Müstəqillik dövründə varlanmış yeni azərbaycanlı xaricə gəzməyə gedir, ən bahalı oteldə nömrə tutur. Səhər ayılır, aşağı düşür ki, səhər yeməyi yesin. Restorana girir, görür ki, isveçsayağı stol düzəldilib. Ürəyində «nə yaxşı hər şeydən bol-bol qoyublar» deyir və girişir yeməyə. Ofisiant ona yaxınlaşıb xəbərdarlıq edir:
- Cavan oğlan, görmürsüz, isveçsayağı stoldur?
Yeni azərbaycanlı heç tövrünü də pozmur:
- Olsun da, isveçlilər gələndə duraram.