Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Azərbaycanda karantin rejimi uzadılacaq

  1. #1
    Moderlər ATAMAN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Mar 2020
    Mesajlar
    75

    Azərbaycanda karantin rejimi uzadılacaq

    Azərbaycanda xüsusi karantin rejimi iyunun 1-dən sonra da uzadılacaq.
    Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
    O bildirib ki, hazırda bununla bağlı müzakirələr aparılır.
    Qeyd olunub ki, karantin rejimi uzadılsa da, iyunun 1-dən bir sıra yumşalmalar gözlənir. Hazırda rayonlara gediş-gəlişin bərpası və iri ticarət mərkəzlərinin açılması ilə bağlı müzakirələr aparılır.
    Epidemioloji vəziyyətdən asılı olaraq iyunun 1-dən kafe və restoranların fəaliyyətinin tam bərpası da mümkündür. Həmçinin, iyunun 15-dən etibarən sərhədlərin açılması və beynəlxalq uçuşların bərpası ilə bağlı müzakirələr aparılır. İlk növbədə, Naxçıvana olan uçuşların bərpa olunması barədə düşünülür.
    İyunda toyların və kütləvi tədbirlərin təşkilinə isə icazə verilməyəcək.
    Yoluxma sürətlə artsa, növbəti həftələrdə hərəkət məhdudiyyətləri də tətbiq oluna bilər.
    Həmçinin qeyd olunub ki, qapalı məkanlarda tibbi maskalardan istifadə məcburidir.
    Ramin Bayramlı Ramazan bayramı ilə əlaqədar vətəndaşlara müraciət də edib.
    Mətbuat konfransında vurğulanıb ki, koronavirus aşkarlanmazdan öncə pnevmoniyadan müalicə olunmuş şəxslər təkrar müayinə olunacaqlar. Bu, xəstəliyin daha əvvəl Azərbaycanda olub-olmamasını müəyyənləşdirmək üçün vacibdir.
    Ramin Bayramlı yoluxmanın daha çox olduğu şəhər və rayonların adlarını da açıqlayıb.
    Qeyd olunub ki, koronavirusa yoluxanların 57 faizini qadınlar, 43 faizini isə kişilər təşkil edir.
    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: [

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 11-14-2013, 01:12 PM
  2. Cevaplar: 0
    Son Mesaj: 09-27-2013, 11:12 AM
  3. Cevaplar: 0
    Son Mesaj: 06-14-2013, 03:40 PM
  4. Cevaplar: 0
    Son Mesaj: 05-24-2013, 02:51 PM
  5. Suriya rejimi məhvə gedir
    By Baku in forum Maraqlı Xəbərlər
    Cevaplar: 0
    Son Mesaj: 12-21-2012, 08:40 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.