Rusiyanın Sankt-Peterburq şəhərində xəstəxanaların yaxınlığında soyuducu konteynerlər görüntülənib.
RT-nin məlumatına görə, onlardan koronavirus epidemiyası ilə əlaqədar vəziyyətin pisləşəcəyi təqdirdə istifadə olunmağa başlanacaq.

Mənbə bildirir ki, müvəqqəti soyuducular pandemiya ilə mübarizə planının bir hissəsidir. Hazırda belə qurğuların az hissəsindən istifadə olunur.
Son məlumatlara görə, Rusiyada 165 929 nəfər koronavirusa yoluxub.