Mətbuat Şurasında qəzetlərin yayım məsələləri ilə bağlı komissiya qurulub

Ötən gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin «Jurnalistlərin dostu» mükafatı təqdim olundu. Bu məqsədlə keçirilən mərasim eyni zamanda kütləvi informasiya vasitələri rəhbərlərinin dövlət başçısı ilə görüşü kimi də yadda qaldı. Görüşdə Azərbaycan mediası ilə bağlı bir sıra önəmli təkliflər səsləndi və bunlar Prezident tərəfindən müsbət qiymətləndirildi.

[