“Azərbaycan və Ukrayna bir çox dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır”

Dünən Kiyevdə Viktor Yanukoviç və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Ukrayna Prezidentləri Şurasının IV iclası keçirilib. İclası açan Ukrayna Prezidenti Viktor Yanukoviç qeyd edib ki, Ukrayna Azərbaycanla dostluq münasibətlərini, Azərbaycanın kömək və dəstəyini qiymətləndirir: “Biz Ukrayna dövlətinə və xalqına olan hörmətinə görə Azərbaycan Prezidentinə çox minnətdarıq. Bu, bizə çox yaxşı təsir bağışlayır. Əlaqələrimizdəki müxtəlif dövrləri, iki xalqın yaşadığı mürəkkəb zamanları yadda saxlayırıq və dostlar həmişə çətinliklər olan zaman tanınır”.

[