15 universitetin nümayəndələri “Qafqaz”a toplanırlar

Bu gün Qafqaz Universitetinin təşkilatçılığı ilə 15 universitetin (prorektor və dekanlar səviyyəsində) nümayəndələrinin iştirakı ilə “Universitet-iş dünyası əlaqələri” mövzusunda dəyirmi masa keçiriləcək. Qafqaz Universitetində baş tutacaq dəyirmi masada universitetlərin təhsil ilə əmək bazarı arasında uyğunluğun təmin edilməsi sahəsində qazandığı təcrübəyə diqqət edilməsi, yeni tədris metodlarından istifadənin əhəmiyyətinə nəzarət, universiteti bitirən məzunların oxuduqları müddətdə təcrübə ilə tanış olmaları, universitetlərdəki karyera mərkəzlərinin effektiv fəaliyyət göstərməsi, təhsil-istehsalat mübadiləsinin genişləndirilməsi, universitetlərdə start-up layihələrinə dəstək mühitinin formalaşdırılması və digər mövzularda müzakirələr aparılacaq.

[