10 ayda 99 çoxmərtəbəli binaya qaz verilib

Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qaz verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. ARDNŞ-dən bildirilib ki, cari ilin 10 ayı ərzində Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim etmiş 99 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 20 min 836 mənzil var.

[