“MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır”

Dünən Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Ölkə başçısı Prezident İlham Əliyev iclasda iştirak edib. Belarus Prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən dövlət başçılarını “Müstəqillik sarayı”nda qarşılayıb. Əvvəlcə, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Prezident Aleksandr Lukaşenko dövlət başçılarını iclasın gündəliyi ilə tanış etməzdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona ali dövləti vəzifəsində uğurlar arzulayıb.

[