“Dağlıq Qarabağ BMT TŞ-nin qətnamələri əsasında həll edilməlidir”

Dünən Avropa Parlamentinin plenar sessiyasında Avropa qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin “Şərq Tərəfdaşlığı”nın fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb və bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli Akvil Birgə Bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanıb.

[