Siyavuş Novruzov: “Əli Əhmədov artıq deputat hesab olunmur”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mediaya verdiyi açıqlamasında YAP sədrinin müavini - icra katibi, deputat Əli Əhmədovun Baş Nazirin müavini vəzifəsinə təyinatına görə deputat mandatının ləğvi ilə bağlı açıqlama verib. S. Novruzovun sözlərinə görə, məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) ayrıca müraciət gözlənilmir: “Çünki qanunvericiliyə görə, avtomatik olaraq dövlət və ya hökumət vəzifəsinə təyin olunan şəxs deputat mandatını daşıya bilməz, mandat dərhal itirilmiş hesab olunur. Ona görə də Əli müəllimin mandatından imtinası ilə bağlı MSK-ya heç bir rəsmi müraciət olmayacaq.

[