1 sonuçtan 1 ile 1 arası
-
10-22-2013, 09:30 AM #1
Azərbaycanlılar “Pokrov”dan “Cənub qapısı”na köçürülüblər
Azərbaycanlılar “Pokrov”dan “Cənub qapısı”na köçürülüblər
Moskvanın Qərbi Birlyulovo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasından çıxarılan bütün azərbaycanlılar yeni salınmış bazarda işləyir. Bu barədə APA-ya Rusiyada yaşayan azərbaycanlı iş adamı məlumat verib. O, qeyd edib ki, Moskva dairəvi avtomobil yolunun 19-cu kilometrliyində “Cənub qapısı” deyilən ərazidə yeni bazar salınıb və bazarda azərbaycanlıların ticarətlə məşğul olması üçün hər bir şərait yaradılıb. Qeyd edək ki, Moskvanın Çertanov Rayon Məhkəməsi “Pokrov” meyvə-tərəvəz bazasının 90 gün müddətinə bağlanması haqqında qərar çıxarıb. Məhkəmənin qərarı ilə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasının daxil olduğu “Novıe Çeryomuşki” QSC-nin fəaliyyəti dayandırılıb. Məhkəmədə iddiaçı qismində “Rospotrebnadzor” iştirak edib. “Rospotrebnadzor”un iddiasına görə, baza sanitar-epidemioloji qaydalara riayət etməyib. “Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub.
[
Benzer Konular
-
“Pokrov”dan çıxarılan azərbaycanlılar yeni salınmış bazara köçürülüb
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 10-21-2013, 02:10 PM -
Azərbaycanlılar ermənilərdən savadlıdır
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 10-09-2013, 03:52 PM -
GAMOH fəalları Evin həbsxanasından köçürülüblər
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 07-25-2013, 02:00 PM -
Bakının qapısı açıq avtobusları
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 06-07-2013, 09:22 AM -
Sərdar Ünsal: "Azərbaycan torpaqları azad olunmayana qədər Alican sərhəd qapısı açılm
By Baku in forum Xəbər LentiCevaplar: 0Son Mesaj: 01-13-2013, 10:11 AM


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri