Bizim maarifimiz əvvəlı ötən sayimizda

Nəyin öyrənilib, nəyin öyrənilməməsinin və nələrin nə vaxt veriləcəyini bilmək öyrənmə və öyrətmə qədər mühüm məsələdir. Bilik adı ilə vaxtsız verilmiş nə qədər məlumat var ki, ağlı tamamilə sarmış sis-duman kimidir. Belə bilik öz sahibinə işıq tuta bilməyəcəyi kimi, başqalarına da faydalı ola bilməyəcək.Bilgi, hər hansı meyar və ya düstur bilavasitə bir dəyər ifadə etsə də, çox vaxt onu daşıyanın çiynində bir yük və bir məsuliyyətdir. Belə ki, hər şeyi bilmək istəyənlərin və sırf bilmək üçün elm əldə edənlərin biliyi, onları bir məlumat hambalına çevirməkdən başqa bir işə yaramaz.

[