Erməni silahlı bölmələri dünən və ötən gecə Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.

[