Dünyanın ən məşhur müsabiqələrindən biri olan “Miss World-2013” yarışmasının qalibi Filippinli gözəl Meqan Yanq seçilib.

29 sentiyabırda İndoneziyada baş tutan müsabiqədə 130 ölkədən qızlar iştirak edib. Top-10-luqda Qana, Yamayka, İspaniya, İndoneziya, İngiltərə, Nepal, Fransa, Avstraliya, Braziliya və Filippin nümayəndələri qərarlaşıblar. Final turunda isə top-5 bəlli olub (Fransa, Filippin, Qana, Braziliya və İspaniya). Beləliklə, baş tutan yarışmada birinci yerin Filippin, ikinci yerin Fransa, üçüncü yerin sahibi isə Qana Respublikasının nümayəndəsi olub.

[