“Kürsüdən könüllərə” Mədəni həyatdan gözlədiklərimiz

Hazırda bizim ən böyük vəzifəmiz bu millətin kültür həyatına xidmət etməkdir. Əgər bu vacib işi axsatsaq, hər şeyi axsatmış olarıq. Məncə, dünyada ən zərərli mürtəcilik, gerilik, fanatizm varsa, o da budur. Çünki belə olan halda, ya dövrün inkişafı ilə ayaqlaşa bilmir, ya da onu, sadəcə, təqib edirsiniz. Halbuki Qurandan sünnəyə, müctəhidlərin səmimi ictihadları və dövrümüzdə yol göstərmək naminə ortaya qoyulan düsturlara qədərki yolda sədaqətli, inqilabçı ruha malik olmasanız, inkişaf edən hadisələrlə Allahın lütf etdiyi ehsanları tanımaqda, müəyyənləşdirməkdə və onlara motivasiya olmaqda çətinlik çəkər, bəlkə də heç motivasiya ola bilməzsiniz. “İrşad edirəm” deyə bir kənara çəkilər, insanları qaranlıq dəhlizə atar və: “Gəl hələ bir oturub mənqibə (dini hekayət) oxuyaq” deyib, bununla təsəlli tapmağa başlayarsınız. Halbuki şərtlər dəyişib, çox şey başqalaşıb. Məsələn, İslamiyyətə aid mövzular artıq seminar, konfrans salonlarında tədqiq edilir. Və həmçinin şərtlər sizə universitetlərin, akademiyaların, tədqiqat mərkəzlərinin yolunu göstərir.

[