Jan Mari Bokel: “Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır”

“Müstəqilliyinə qovuşduğu 20 ildən artıq bir dövrdə Azərbaycan, xüsusilə də, iki məsələdə diqqətəlayiq nəticələr əldə edib. Hər şeydən əvvəl, iqtisadi inkişaf tempi ölkəni müasirləşdirməyə imkan verib və onun əhalisinin yaşayış standartlarının keyfiyyəti artıb. 2005-2007-ci illər arasında dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı kimi, iqtisadi artım 25-35 faiz təşkil edib. 1990-cı illərin sonunda yoxsulluq həddi 45 faiz təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 7,6 faiz olub. Neft-qaz sektorunun, aqrar və tikinti sənayesi kimi qeyri-enerji sektorunun inkişafı ilə Azərbaycan Fransa sərmayəçilərinin diqqətini cəlb edib. Bundan əlavə, Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşına çevrilib. Eləcə də, Fransa Böyük Britaniyadan sonra Azərbaycana birbaşa sərmayə qoyan ikinci böyük xarici sərmayədardır”.

[